Sunday, July 29, 2012

Daha bir " Blogger`s Camp " reallaşdı .

    İREX  ( Beynəlxalq    Tədqiqatlar    və   Mübadilələr    Şurası )    
təşkilatının    " Azərbaycan    Yeni    Media "  (  " Azerbaijan    
New    Media    Project "  )  layihəsi     çərçivəsində    bu    günlərdə     
paytaxtda    bloqçular    üçün    üçgünlük     təlim - Blogger`s    Camp    
reallaşdı .  Onu    da   qeyd    edək  ki ,  sessiya    Milli    Mətbuat    
gününə   həsr   olunmuşdu .  Campın    tərkibi    jurnalistika     
sahəsində   çalışan ,  bloqçuluq    fəaliyyətiylə    məşğul    olan
və    xəbər     portalı    idarəçilərindən    ibarət    idi . Təlimə    
əvvəlcədən    respublika    üzrə    elan    olunmuş    seçim   
turlarından    uğurla    keçmış    bloqçular    cəmlənmişdi . 
    USAİD  (  ABŞ    Beynəlxalq    İnkişaf   Agentliyi  )  tərəfindən    
mailiyyələşdirilən    "  Blogger`s    Camp "   ın    proqramı     da
çox    zəngin    oldu .  Sessiyada     təlimçi    Əli     Novruzovun , 
İlqar    Mirzənin     " Uğurlu    Blog " ,  Vüsalə     Əlibəyli ,
Vüqar    Məmmədovun    təqdimatında    " Multimedia    təlimi " ,
" Media   hüququ "   Ələsgər    Məmmədlinin     məruzəsində
dinlənildi .  " Bloqların    məşhurlaşdırılması "     və    " Yeni
Mediada    peşə    etikası    məsələləri "    də    təlim    zamanı
müzakirə    olundu .  Məşhur    bloqer   Adnan   Hacızadə    ilə
görüş    " Blogger`s     Camp " ı    daha    unudulmaz   etdi .
   ( P . S .  Qeyd     edək   ki ,  Şirvan   şəhərini    sessiyada
yaqutvafiqqizi.blogspot .com    bloq   saytıyla    Yaqut    Hüseynova
və   Şirvan   İcma    Məlumat   Mərkəzinin   rəhbəri    Alma
Cəfərova    təmsil   edirdi . ) 


                                                     YAQUT          HÜSEYNOVA