Wednesday, October 29, 2014

" Keçdiyimiz yolları bəzəyən güllər "

   Həyat   çox  qəribədi.  Yaşadığımız  ağrıların, ürəyimizdəki  yaraların  belə,  
qəlbimizdəki   SEVGİNİ    silməyə  gücü  yetmir. Ehtiram,  hörmət, dəyər  və   
xatırələrə   dönən   yaşananların  fövqündə   daha  da  dərinləşərək  ülviləşər   
SEVGİMİZ!  Yaşadar  bizi  saflığıyla.  Əzəmətini   hopdurar   baxışlarımıza.  
Düşündürər.  Düşündürdükcə  aranan  suallara  cavab  olar   duyğularımızda.  
Bəzən  axtardığımız   səbəblərdə   bizi   hər  an   göynədən  acıya  dönər.  Bəzən  
də   bir   pıçıltıya   çevrilər   könlümüzdə.  
   


   Həyatımın   ən   gözəl   anı   səni   tanımağım   oldu.  Məni  incitsən  də,  ürəyimi    
usanmadan   qırsan  da,  çəkib   getsən  də...  Qarşılıqsız  və  səbəbsiz  sevdim!  
Bizim  üçün  qurduğumuz   sevgi  dünyasıyla  tanıdım   DÜNYANI.  Könlümdə   
misralanan   məhəbbət   nəğməsiylə,  şeiriyyətiylə   arzulardan   arzulara   yürüdüm.
Sadəcə  sevdim!  Gəlməyəcəyini   bilə-bilə   gözləmək  saflıq  deyil,  SEVGİDİ!  
Zaman  qədər dəyərli   heç  nə  yoxdur,  həyatda  insan  üçün.  Sevdiyinə  verə  
biləcəyin   ən   böyük   və  əvəzsiz hədiyyə  də,  məhz   ZAMANDI,  ona  vaxt   
ayırmaqdı,  hər  anında   yanında   olmaqdı.  SEVGİNLƏ   əllərindən  tutmaqdı...
     Dostluğu  ifadə  edən  Sarı  güllər,  sevgi  etirafını  dilə   gətirən  Yasəmənlər  
bəzədi   keçdiyimiz  yolları !



                                                                     YAQUT    HÜSEYNOVA