Tuesday, February 14, 2017

TƏŞƏKKÜRLƏR, UYGAD.

   Dəvət  üçün minnətdaram, UYGAD cəmiyyəti. Türkiyə Cümhuriyyətinin UYGAD cəmiyyətinin AZƏRBAYCAN TƏMSİLÇİSİ olduğum üçün qürur duyuram.










Tuesday, February 7, 2017

HƏR BİRİMİZ DƏSTƏK OLAQ.

ELAN:

   Yanvar ayının 26- da Salyan rayonunun Qarabağlı sovetliyinin Kolanlı kənd sakini Ziyafət Bağırovun yaşadığı evdə elektrik naqillərinin nasazlığı səbəbindən yanğın olub. Salyan royon İH-dən, bələdiyyəsindən və kənd sovetliyindən yardım üçün söz verilsə də bu günə qədər heç bir köməklik edilməyib. Yeddi nəfərdən ibarət olan ailənin bu günkü durumu olduqca ağırdı. Onu da qeyd edək ki, ev tamamilə yanaraq külə dönüb. Ailənin nə qalmağa yeri var , nə də ki, yenidən kiçik bir koma belə tikməyə imkanı. Ailə üzvlərindən iksi azyaşlı uşaqdı. Ziyafət Bağırov, həyat yoldaşı və oğlu uzun illərdir ki, parnikdə fəhlə işləyir. Hər kəsi, əsasən də təmir-tikinti şirkətlərini keçirilən yardım aksiyasına dəstək olmağa çağırırıq.


Ünvan: Salyan rayonunun Qarabağlı Sovetliyinin 
             Kolanlı kənd sakinləri Nigar və Ziyafət Bağırov.

(P.S Edəcəyiniz yardımı bu ünvana göndərə bilərsiniz.)