Dünən telekanalların birində bütün dünyanı ayağa qaldıran
SOMALİDƏKİ dəhşətli səhnələr , eyni zamanda ibrətamiz
məqamlar yayımlanırdı . Somali cəhənnəmində minlərlə insanın -
uşağın , qocanın , cavanın aclıq və susuzluğun qurbanı olduğunu
görüntüləyən kadrlarda , hətta ibrət götürüləcək çox məqamlar
yer almışdı . Belə ki , Somali düşərgələrində sığınacaq tapan
insanların çoxu hər səhər sübh tezdən aclıq və susuzluğun
hökm sürdüyü bu məkanda sahura qalxır , oruc tutur ,
ibadətlərini TANRI rzasına yerinə yetirir . Amma qəlb
göynədən reallıq odur ki , dünya dövlətlərinin yardımı
nətıcəsində hər axşam açılan iftar zamanında oruc
tutanların çoxu dünyasını dəyişir . Bu görüntüləri
izlədikdən sonra günümüzün reallığına nəzər saldım .
ƏFSUS ki , bu gün bütün şəraitə , var - dövlətə ,
dünyanın hər cür naz - nümətinə , fiziki sağlamlığa
sahib olan çox insanlar yaşayaraq yarı
etdikləri ömürlərində bir dəfə də olsun , nə
sahura qalxıb , nə də UCA YARADANIN iftar
adlı ziyafətinə qonaq olub ...
MADDİ zənginliyə deyil , MƏNƏVİ VARİDATA
sahib olmağa can ataq və bir həqiqəti heç zaman
unutmayaq :
DÖVLƏTİ BAŞINDAN AŞSA DA , YENƏ ,
KƏFƏNİ XARADAN GEYƏN OLMADI !..
YAQUT HÜSEYNOVA
( misralar " DÜŞÜNCƏLƏR " şeirimdəndir )
Sunday, August 21, 2011
Thursday, August 18, 2011
QOCALAR EVI
ANA duasını , ATA nəfəsin ,
Qocalar evinə sakin etməyin !
Onların müqəddəs ayaq səsini ,
Qocalar evinə sakin etməyin !
YAQUT HÜSEYNOVA
Qocalar evinə sakin etməyin !
Onların müqəddəs ayaq səsini ,
Qocalar evinə sakin etməyin !
YAQUT HÜSEYNOVA
VƏTƏNÇİN ÖLƏNƏ - ÖLÜ DEYİLMƏZ !
TANRININ yanında şəhidlər diri ,
VƏTƏNÇİN ÖLƏNƏ - ölü deyilməz !
Onların yatdığı torpaq - AND YERİ ,
VƏTƏNÇİN ÖLƏNƏ - ölü deyilməz !
Fərizə eşqinə , İLHAM andına ,
VAĞZALI üstündə yasin oxundu !
Məhəbbət nidalı qərənfillərə,
VAĞZALI üstündə yasin oxundu !
YAQUT HÜSEYNOVA
VƏTƏNÇİN ÖLƏNƏ - ölü deyilməz !
Onların yatdığı torpaq - AND YERİ ,
VƏTƏNÇİN ÖLƏNƏ - ölü deyilməz !
Fərizə eşqinə , İLHAM andına ,
VAĞZALI üstündə yasin oxundu !
Məhəbbət nidalı qərənfillərə,
VAĞZALI üstündə yasin oxundu !
YAQUT HÜSEYNOVA
SƏFƏRİM VAR , TƏBRİZƏ ...
Yol üstədyəm , a dağlar ,
Səfərim var , Təbrizə !
Sovqat ver , güllərindən ,
Səfərim var , Təbrizə !
Durnalara sözüm var ,
Hər müşkülə çözüm var ,
Ayrılıq var , dözüm var ,
Səfərim var , Təbrizə !
YAQUT HÜSEYNOVA
Səfərim var , Təbrizə !
Sovqat ver , güllərindən ,
Səfərim var , Təbrizə !
Durnalara sözüm var ,
Hər müşkülə çözüm var ,
Ayrılıq var , dözüm var ,
Səfərim var , Təbrizə !
YAQUT HÜSEYNOVA
BİGANƏLİK
Ay - ulduzlu dünyamızı ,
Qaraltmasın BİGANƏLİK !
Atanımızı , anamızı ,
Qocaltmasın BİGANƏLİK !
Qoşma üstə dindir tarı ,
Qoy , ərisin qəlbin qarı .
Qaysaq tutmuş yaraları .
Qanatmasın BİGANƏLİK !
Dünya fani , ömür yarı ,
Nüçə sirrin yox açarı ,
Pöhrələnən ağacları ,
Qurutmasın BİGANƏLİK !
YAQUT HÜSEYNOVA
Qaraltmasın BİGANƏLİK !
Atanımızı , anamızı ,
Qocaltmasın BİGANƏLİK !
Qoşma üstə dindir tarı ,
Qoy , ərisin qəlbin qarı .
Qaysaq tutmuş yaraları .
Qanatmasın BİGANƏLİK !
Dünya fani , ömür yarı ,
Nüçə sirrin yox açarı ,
Pöhrələnən ağacları ,
Qurutmasın BİGANƏLİK !
YAQUT HÜSEYNOVA
TƏZAD .
Qəribə dünyanın təzadı böyük ;
Nadanı heç zaman saata baxmır .
Aqilsə bir anı durdurmaq üçün ,
And - aman etsə də, ZAMAN dayanmır !
Sözünlə əməlin , çalış düz olsun ,
Yalan gizlənməsin söz arxasında .
Qoy , həyat eşqiylə ürək durulsun ,
İldırım çaxmasın göz arxasında !
YAQUT HÜSEYNOVA
Nadanı heç zaman saata baxmır .
Aqilsə bir anı durdurmaq üçün ,
And - aman etsə də, ZAMAN dayanmır !
Sözünlə əməlin , çalış düz olsun ,
Yalan gizlənməsin söz arxasında .
Qoy , həyat eşqiylə ürək durulsun ,
İldırım çaxmasın göz arxasında !
YAQUT HÜSEYNOVA
Wednesday, August 17, 2011
DÜŞÜNCƏLƏR
Həyatda hər anın qədrini bilsən ,
Ömrünü alınmaz qala edərsən.
Bil ki , haqq nazilər , ancaq üzülməz ,
BƏŞƏR düzəlməsə , DÜNYA düzəlməz !
Ümiddən əlini üzərsə , güman ,
Quruyub səhraya dönər bir ümman .
Bir zaman dost - dosta çevirsə arxa ,
Etibar məhv olar , göz baxa - baxa !
YAQUT HÜSEYNOVA
Ömrünü alınmaz qala edərsən.
Bil ki , haqq nazilər , ancaq üzülməz ,
BƏŞƏR düzəlməsə , DÜNYA düzəlməz !
Ümiddən əlini üzərsə , güman ,
Quruyub səhraya dönər bir ümman .
Bir zaman dost - dosta çevirsə arxa ,
Etibar məhv olar , göz baxa - baxa !
YAQUT HÜSEYNOVA
Subscribe to:
Posts (Atom)
