Bu kitab şəhərimizin tanınmış şairi Mehriban Həsənlinin
oxucularıyla beşinci görüşüdür . Azərbaycan Jurnalist
Həmkarlar İttifaqının " Ziya " fəxri diplomuna layiq
görülmüş şairin sözügedən kitabının İcma Məlumat
Mərkəzində Alma Cəfərovanın rəhbərliyilə təqdimatı keçirildi .
Mərasimdə şəhərimizin müxtəlif idarə və təşkilatlarının
nümayəndələri iştirak edirdi .
Şairin həyat və yaradıcılığının qısa arayışıyla başlayan
tədbirdə Şirvan OYL şirkətinin sosial məsələlər üzrə
mühəndisi Zemfira Məmmədova kitabla bağlı rəy və
düşüncələrini dilə gətirdi . Natiq söylədi ki , Vətən sevgisi ,
azadlıq hayqırtısı , dünənimiz , bu günümüz və qələbəyə
olan inam hissi beş bölmədən ibarət olan bu nəşrin
ana xəttini təşkil edir . Onun şəhidlərimizə ,
qəhrəmanlarımıza etdiyi ittihaflar gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyəsində önəmli məqamdır , deyən ,
Zemfira xanım bildirdi ki , şairin Milli Qəhrəman
Mübariz İbrahimovun əziz xatirəsinə həsr etdiyi poeması
qəhrəmanın təhsil aldığı Beləsuvar rayonunun Əliabad kənd
orta məktəbində ictimaiyyətə təqdim olunmuş və bu
layihə hər kəs tərəfindən yüksək dəyərləndirilmişdir .
Şirvan şəhər " Sevil " qadınlar cəmiyyətinin xəttiylə
reallaşdırılan layihə daha sonra " N " saylı hərbi
hissədə göstərilmişdir .
Yeni kitabının işıq üzü görməsi münasıbətilə şairi
təbrik edən Şirvan şəhər Gənclər və İdman idarəsinin
aparıcı - məsləhətçısı Əfqan Həsənov vurğuladı ki , mayası
vətənpərvərlik olan Mehriban Həsənli yaradıcılığında
həyatın bütün reallıqları mükəmməl şəkildə yaradıcı
təxəyyülündən süzülüb gələn rəngarəng bədii çalarların
fonunda oxucuya təqdim olunub . Kitabda milli - mənəvi
dəyərlərimizə bağlılıq , ailə - məişət problemləri , ailə
məsulliyyəti , biganəlik , günümüzün aktual ağrısı olan
qocalar evinə sakin edilmiş valideynlərin acı taleyi ,
şəhid analarının qəlbinin göynərtisi və digər
mövzular o qədər təsirli qələmə alınıb ki , insanı
düşünməyə vadar edir .
Mərasimdə gənc şair İbrahim Həssasın və
Mərkəzi kitabxananın direktor müavini Vəzifə Xudiyevanın
da çıxışları da dinlənildi . Şairin şeirləri və şeirlərinə
yazılmış mahnılar qonaqlara təqdim olundu .
YAQUT HÜSEYNOVA
Sunday, October 30, 2011
Thursday, October 20, 2011
SON ZƏNG
Yetişib zamanı sonuncu zəngin ,
Əlvida deyirəm , sənə , məktəbim !
Qoynunda yaşanan şirin günlərə ,
Əlvida deyirəm , sənə , məktəbim !
Ümid nəğməsiylə çalınır bu zəng,
Xatirə içində kövrəlib ürək ,
Səcdənə tələbə adıyla gələk ,
Əlvida deyirəm , sənə , məktəbim !
YAQUT HÜSEYNOVA
Əlvida deyirəm , sənə , məktəbim !
Qoynunda yaşanan şirin günlərə ,
Əlvida deyirəm , sənə , məktəbim !
Ümid nəğməsiylə çalınır bu zəng,
Xatirə içində kövrəlib ürək ,
Səcdənə tələbə adıyla gələk ,
Əlvida deyirəm , sənə , məktəbim !
YAQUT HÜSEYNOVA
ANAM ...
Sığmaz sözə ürək varın ,
Üzü nurlu gözəl anam !
Sən - Kəbəsən , biz - zəvvarın ,
Üzü nurlu gözəl anam !
Tanrı sevər ibadəti ,
Haqq eşqinə itaəti ,
Ey , ömrümün hidayəti ,
Üzü nurlu gözəl anam !
Həyat sənlə nəfəs alır ,
Hey düşünüb , fikrə dalır ,
Sənli dünyam qanad çalır ,
Üzü nurlu gözəl anam !
YAQUT HÜSEYNOVA
Üzü nurlu gözəl anam !
Sən - Kəbəsən , biz - zəvvarın ,
Üzü nurlu gözəl anam !
Tanrı sevər ibadəti ,
Haqq eşqinə itaəti ,
Ey , ömrümün hidayəti ,
Üzü nurlu gözəl anam !
Həyat sənlə nəfəs alır ,
Hey düşünüb , fikrə dalır ,
Sənli dünyam qanad çalır ,
Üzü nurlu gözəl anam !
YAQUT HÜSEYNOVA
Wednesday, October 19, 2011
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ .
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ 1967-Cİ İLDƏ YARADILMIŞDIR .
Naxçıvan Dövlət Universitetinin əsas korpusu . Xarakterinə görə Naxçıvan Dövlət Universiteti möhkəm milli bünövrəyə malik olan, dövlətçilik təmayüllü, dünyaya inteqrasiya olunmuş müasir tipli ali təhsil ocağıdır. Naxçıvan Dövlət Universitetinin gerbi . Dünyanın dörd qitəsində əllidən çox universitetlə əməkdaşlıq müqavilələri imzalamış Naxçıvan Dövlət Universitetinin beynəlxalq aləmdə geniş əlaqələri, etibarlı tərəfdaşları və səmimi dostları vardır. Universitetdə TEMPUS proqramı üzrə üç qrant layihəsi həyata keçirilməkdədir. Üzvü olduğu Avropa Universitetlər Assosiasiyası, Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, Qaradəniz Universitetlər Birliyi, Qafqaz Universitetlər Assosiasiyası, İpək Yolu Universitetləri Rektorlarının Birliyi Naxçıvan Dövlət Universitetinin əlaqələrinin genişlənməsində və birgə layihələrin, beynəlxalq simpoziumların təşkilində mühüm rol oynayır. Naxçıvan Dövlət Universitetinin elektron kitabxanası . Naxçıvan Dövlət Universitetindəki teatr studiyası, rəqs və vokal qrupları, xor kollektivləri burada mədəni mühitin inkişafına xidmət edir. Universitetdə tələbə idmançılar üçün ən müasir imkanlar yaradılmışdır. Bir sözlə, Naxçıvan Dövlət Universitetində yüksək səviyyədə ali təhsil almaq, geniş bilik və dünyagörüşü qazanmaq, bacarıqları və qabiliyyətləri inkişaf etdirmək, asudə vaxtı maraqlı və mənalı keçirmək üçün hər cür şərait və böyük imkanlar vardır. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsi . Naxçıvan Dövlət Universiteti XXI əsrin universitetidir. |
| Veb Səhifə : |
|---|
VƏTƏN , SƏNƏ GÜVƏNİR !
VƏTƏN , sənə güvənir !
Zəfər bağlı adınla ,
VƏTƏN , sənə güvənir !
Addımından od yağır ,
Gözündə şımşək çaxır ,
Şuşa yoluna baxır ,
VƏTƏN , sənə güvənir !
Qır , tikanlı məftili ,
Azad əssin sübh yeli ,
Haydı , atlan , YA ƏLİ ,
VƏTƏN , sənə güvənir !
YAQUT HÜSEYNOVA
VƏFASIZ DÜNYA ...
Dərd gül oldu baharıma ,
Niyə , dünya , vəfasızsan ?!
Sən cavab ver , sualıma :
- " Niyə , dünya , vəfasızsan ?! "
Təslim etdi yalan düzü ,
Oxa döndü mərdin sözü ,
Nələr gördü , bu Yer üzü ,
Niyə , dünya , vəfasızsan ?!
Nahaq haqqı talan etdi ,
Məzlum ahı ərşə yetdi ,
Pis yaşadı , yaxşı getdi ,
Niyə , dünya , vəfasızsan ?!
Bir kitabsan oxunmamış ,
Qəlb yanmaz söz toxunmamış ,
Qərib səndən yurd ummamış ,
Niyə , dünya , vəfasızsan ?!
Ürəyimə çəkdin sitəm ,
Az qalmışam dərddə itəm ,
Dəftərində bir beytəm ,
Niyə , dünya , vəfasızsan ?!
YAQUT HÜSEYNOVA
Niyə , dünya , vəfasızsan ?!
Sən cavab ver , sualıma :
- " Niyə , dünya , vəfasızsan ?! "
Təslim etdi yalan düzü ,
Oxa döndü mərdin sözü ,
Nələr gördü , bu Yer üzü ,
Niyə , dünya , vəfasızsan ?!
Nahaq haqqı talan etdi ,
Məzlum ahı ərşə yetdi ,
Pis yaşadı , yaxşı getdi ,
Niyə , dünya , vəfasızsan ?!
Bir kitabsan oxunmamış ,
Qəlb yanmaz söz toxunmamış ,
Qərib səndən yurd ummamış ,
Niyə , dünya , vəfasızsan ?!
Ürəyimə çəkdin sitəm ,
Az qalmışam dərddə itəm ,
Dəftərində bir beytəm ,
Niyə , dünya , vəfasızsan ?!
YAQUT HÜSEYNOVA
Sunday, October 2, 2011
MÜSTƏQİLLİK - MİLLİ SƏRVƏTİMİZDİR .
" Ən böyük şəxsiyyətlər özündən çox mənsub olduğu
cəmiyyəti düşünən , onun varlığının və xoşbəxtliyinin
qorunması üçün həyatını qurban verən insanlardı " , böyük
öndər Mustafa Kamal Atatürkün bu kəlamı dövlət
müstəqilliyimizi tarixə qızıl hərflərlə yazan vətən
fədailərinin həyat amalını aydın şəkildə təcəssüm etdirir .
Xalqımız 1991 - ci il oktyabrın 18 - də böyük dövlətlərin
maraqlarının kəsişdiyi bir regionda müstəqil , öz taleyini
özü müəyyənləşdirən suveren dövlətini yaratdı və onu
inkişaf etdirərək beynəlxalq aləmdə lider mövqelərə sahib
oldu .
Dövlət müstəqilliyimizin 20 illiyi ərəfəsində Şirvan şəhər
Heydər Əliyev Mərkəzində " Dövlət müstəqilliyimiz - qürur
mənbəyimizdir " mövzusunda elmi - praktik konfrans keçirildi .
Dövlət himni səsləndikdən sonra mərkəzin direktoru
Samirə Abışova giriş nitqiylə çıxış etdi . O qeyd etdi ki ,
" Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah
əsəridir " . Dövlət müstəqilliyimizin qorunub saxlanmasında
Ümummilli liderin rolu danılmazdır . 20 il bundan əvvəl
xalqımız milli dövlətçilik tarixində ikinci dəfə öz
müstəqilliyinə qovuşdu . Müstəqilliyi əldə etmək nə qədər
şərəflidirsə , onu qoruyub saxlamaq qazanmaqdan
qat - qat məsuliyyətlidir , söyləyən natiq bildirdi ki ,
H . Əliyevin böyük siyasi təcrübəsi , zəngin idarəçilik və
dövlətçilik səriştəsi sayəsində respublikamızda
daxili - siyasi sabitlik əldə edildi . Milli dövlətçilik
ənənələri gücləndirildi .
Konfransda " Müstəqillik və gənclər siyasəti "
mövzusunda çıxış edən Şirvan şəhər Gənclər və
İdman idaəsinin aparıcı - məsləhətçisi Əfqan Həsənov
vurğuladı ki , Ümummilli liderimizin dərin zəkası ,
müdrikliyi və uzaqgörənliyi müstəqil dövlət quruculuğu
prosesini uğurla həyata keçirməyə və Azərbaycanın
tarixi istiqlaliyyətini möhkəmləndirməyə imkan verdi .
Onun hakimiyyətə qayıdışından sonra respublikada
ictimai - siyasi sabitliyin bərqərar edilməsi gələcəyə olan
inamı daha da artırdı .
Ulu öndərimizin 1995 - ci ilin martında Respublika
gəncləriylə görüşündəki çıxışının bəzi məqamlarını diqqətə
çatdıran Əfqan Həsənov bildirdi ki , H . Əliyev gənc
nəslin hərtərəfli inkişafına xüsusi önəm verərək gəncləri
həyatda fəal mövqe tutmağa , sağlam həyat tərzi
keçirməyə , hər zaman vətəndaş həmrəyliyin nümayiş
etdirməyə və milli - mənəvi dünyamıza söykənərək ümumbəşəri
dəyərlərdən istifadə etməyə çağırırdı . Bu günədək
gənclər siyasəti istiqamətində dövlətimizin uğurla
reallaşdırdığı praqmatik fəaliyyət planı tarixi nailiyyətlərə
zəmin yaradıb . Belə ki , 2002 - ci ildə " Dövlət gənclər
siyasəti " haqqında qanunun qüvvəyə minməsi ,
" Azərbaycan Gəncliyi " adlı dövlət proqramlarının icrası
və digər islahatların həyata keçirilməsi gənclərimizin
hər bir sahədə özünü təsdiq etməsi üçün əlverişli
şərait formalaşdırıb .
Tədbirdə H . Əliyev mərkəzinin elmi işçiləri Aynur
Fərzəliyeva və Günel Əkbər qızı , o cümlədən Şirvan
şəhər Müalicə - Diaqnostika Mərkəzinin nümayəndəsi Coşqun
Səfərov məruzə etdi . Sonda müstəqilliyimizi tərənnüm
edən poeziya çələngi " Gənc Heydərçilər " qrupunun
ifasında qonaqlara təqdim olundu .

Subscribe to:
Posts (Atom)