Hayana baxıram səni görürəm ,
Həsrətdən telimə çələng hörürəm ,
Divanə könüllə ömür sürürəm ,
Qayıt , gəl , ömrümə , qayıt , sevgilim !
Nədir üzündəki küskün baxışlar ,
Bu hüsnün qəlbimə kədər bağışlar ,
Fələklər qisməti yazar , naxışlar ,
Qayıt , gəl , ömrümə , qayıt , sevgilim !
İçimdə nə qədər ağrı - acım var ,
Kədərdən qurulan taxtım - tacım var ,
Sevginə əbədi ehtiyacım var ,
Qayıt , gəl , ömrümə , qayıt , sevgilim !
YAQUT HÜSEYNOVA
Wednesday, April 18, 2012
İLLƏR OLDU ...
İllər oldu ayrılanı ,
Gəl , bitirək , həsrəti biz !
Dönək , sevgi dünyamıza ,
Gəl , bitirək , həsrəti biz !
Bir döyünür ürəyimiz ,
Səadətdi diləyimiz ,
SEVGİ olsun gərəyimiz ,
Gəl , bitirək , həsrəti biz !
Budur , gəldi çiçəkli yay ,
Güldü Günəş , sevindi Ay ,
Dualarım saldı haray ,
Gəl , bitirək , həsrəti biz !
Sevdim səni sonsuzadək,
İnamından dumanı çək,
Sənsiz, inan, qalmışam tək,
Gəl, bitirək həsrəti biz !
YAQUT HÜSEYNOVA
Gəl , bitirək , həsrəti biz !
Dönək , sevgi dünyamıza ,
Gəl , bitirək , həsrəti biz !
Bir döyünür ürəyimiz ,
Səadətdi diləyimiz ,
SEVGİ olsun gərəyimiz ,
Gəl , bitirək , həsrəti biz !
Budur , gəldi çiçəkli yay ,
Güldü Günəş , sevindi Ay ,
Dualarım saldı haray ,
Gəl , bitirək , həsrəti biz !
Sevdim səni sonsuzadək,
İnamından dumanı çək,
Sənsiz, inan, qalmışam tək,
Gəl, bitirək həsrəti biz !
YAQUT HÜSEYNOVA
Qurbanam , ana !
Dünyadan 34 yaşında getmış nənəm Zəhranın
əziz xatirəsinə ittihaf etmışəm .
Baxıb məzarına bəmdən ağlaram ,
Yatdığın torpağa qurbanam , ana !
Od olub dünyanın bağrın dağlaram ,
Yatdığın torpağa qurbanam , ana !
Gəlmişəm , ay ana , ziyarətinə ,
İnsaf et , oyan sən , baxım üzünə ,
Bu şikəst ürəyim möhtac sözünə ,
Yatdığın torpağa qurbanam , ana !
Çiçəkdən hörülən çələng olaydım ,
Qəbrinin üstünə kaş qoyulaydım ,
Solub torpağına mən qarışaydım ,
Yatdığın torpağa qurbanam , ana !
YAQUT HÜSEYNOVA
əziz xatirəsinə ittihaf etmışəm .
Baxıb məzarına bəmdən ağlaram ,
Yatdığın torpağa qurbanam , ana !
Od olub dünyanın bağrın dağlaram ,
Yatdığın torpağa qurbanam , ana !
Gəlmişəm , ay ana , ziyarətinə ,
İnsaf et , oyan sən , baxım üzünə ,
Bu şikəst ürəyim möhtac sözünə ,
Yatdığın torpağa qurbanam , ana !
Çiçəkdən hörülən çələng olaydım ,
Qəbrinin üstünə kaş qoyulaydım ,
Solub torpağına mən qarışaydım ,
Yatdığın torpağa qurbanam , ana !
YAQUT HÜSEYNOVA
SORUŞ
Deyirsən , lal kimi durmusan , yenə ,
Soruş , gözlərimdən məhəbbətimi !
Qəlbimi qoparıb vermışəm sənə ,
Soruş , ürəyimdən məhəbbətimi !
Göydəki ulduzlar gəlməyir saya ,
Qəlbimdə cücərən arzular kimi .
Gündüzlər Günəşə , gecələr Aya ,
Mən həmdəm etmişəm təmiz eşqimi .
YAQUT HÜSEYNOVA
Soruş , gözlərimdən məhəbbətimi !
Qəlbimi qoparıb vermışəm sənə ,
Soruş , ürəyimdən məhəbbətimi !
Göydəki ulduzlar gəlməyir saya ,
Qəlbimdə cücərən arzular kimi .
Gündüzlər Günəşə , gecələr Aya ,
Mən həmdəm etmişəm təmiz eşqimi .
YAQUT HÜSEYNOVA
SƏNDƏN SONRA .
Səndən sonra əllərimdən ,
Hicran tutdu , kədər tutdu !
Həsrət qara tellərimdə ,
Bəyaz qardan betər tutdu !
YAQUT HÜSEYNOVA
Hicran tutdu , kədər tutdu !
Həsrət qara tellərimdə ,
Bəyaz qardan betər tutdu !
YAQUT HÜSEYNOVA
...................................nəyindən küsüm ?!
Doğrayıb , çox qəlbi söz yarasıyla ,
Mən belə dünyanın nəyindən küsüm ?!
Ucaldıb namərdi , endirib mərdi ,
Mən belə dünyanın nəyindən küsüm ?!
Yalanı bilinmir , düzü bilinmir ,
Göynəyən gözlərin yaşı silinmir ,
Haqsızlıq önündə lal olub dinmir ,
Mən belə dünyanın nəyindən küsüm ?!
YAQUT HÜSEYNOVA
Mən belə dünyanın nəyindən küsüm ?!
Ucaldıb namərdi , endirib mərdi ,
Mən belə dünyanın nəyindən küsüm ?!
Yalanı bilinmir , düzü bilinmir ,
Göynəyən gözlərin yaşı silinmir ,
Haqsızlıq önündə lal olub dinmir ,
Mən belə dünyanın nəyindən küsüm ?!
YAQUT HÜSEYNOVA
YAĞ , SEVGİ YAĞIŞIM , YAĞ !
Dəli külək əsir . Yağmur öz həzin nəğməsini damla - damla
ürəyimin hər döyüntüsünə köçürür . Narın damlaların altında
düşüncələrim , sanki cilalanır , ruhum rahatlıq tapır . Rüzgarları ,
yağmurları , bir də dənizi çox sevirəm .
Yağmurlu yollarda adlaya - adlaya yenə də ürəyim SƏNİNLƏ
həmsöhbət olub . Yenə qəlbimdəki təmiz sevginin al şəfəqlərinə
boyanıb, həsrətli yollarda azıb qalan gözlərim . Yollar , bəlkə də
SƏNİ gözləməkdən yorulub - usanacaq . Mənsə əsla . Əbədi
duyğularımı misralara düzə - düzə SONSUZLUQDA yox oldum .
Amma çox xoşbəxtəm . Çünki bu " yoxluq " ƏBƏDİYYƏTƏ
VARMAQDIR !
Yağan yağmur damlalarına qarışıb göz yaşlarım . Yağ ,
sevgi yağışım , yağ ! Qoy , həsrətdən cadar - cadar olmuş
qəlb torpağımda min ARZU , bir ÜMİD cücərsin . İşıqlansın ,
ömür karvanımın adladığı enişli - yoxuşlu yollar ...

Subscribe to:
Posts (Atom)