Son qış günü yağırdı ,
Hər tərəfə bəyaz qar .
Kimsə çöldən çağırdı ,
Çox sevindi uşaqlar .
Çölə çıxıb gördülər ,
Şaxtababa gəlibdi .
Hey , şənlənib güldülər ,
- YOLKAMIZ bəzənibdi !
Keçib gəldiyi yolu ,
Bir - bir nağıl elədi .
Şaxtababa hər kəsə ,
Xoşbəxt həyat dilədi .
Bir əfsanə danışıb ,
Körpələri əylədi .
Fikir dağından aşıb ,
Şaxtababa söylədi :
- " Dava olan çox eldə ,
Səadəti görmədim.
Didərgin uşaqların ,
Könlün ala bilmədim .
TANRIYA yalvarıram ,
Körpə gözü dolmasın !
İli yola salıram ,
Daha dava olmasın ! "
YAQUT HÜSEYNOVA
Tuesday, November 18, 2014
" TÜLKÜ VƏ DOVŞAN "
Sizə , a dostlar , nədn ,
Hiyləsi baş tutmayan
Uzunquyruq tülküdən .
Bir gün yaman ac idi ,
Şikara möhtac idi .
Hey əlləşir , çarpışır ,
Yenə kələk axtarır .
Axır ki , tapdı kələk ,
Ova başlasın gərək .
Gözləyirdi anbaan ,
Gələsidir boz dovşan .
Bala dovşan keçərkən ,
Tülkü dedi "ürəkdən " :
- " Qəlbi təmiz şən dostum ,
Səni necə unudum .
Gəl , biz birgə əylənək ,
Deyib , gülək , şənlənək . "
Dovşan bildi fikrini ,
Dedi bircə kəlməni :
- " Mənim dostum çoxdur çox ,
Dosta ehtiyacım yox !
Get , özünə yoldaş tap ,
Çalış , özün kimin tap ! "
Ey insanlar , dinləyin ,
Budur canı fikrimin :
- " İnsan yalan danışmaz .
Yalnçıdan dost olmaz ! "
YAQUT HÜSEYNOVA
Wednesday, November 5, 2014
" Gözlərdən oxunar hər bir həqiqət! "
" Gözlərdi - ürəyin danışan dili! " şeirimi 14 il əvvəl, 2000 - ci ildə
yazmışam. "Yaradıcılığımın Günəşidi " bu şeirim. Müqəddəs Aşura
günündə, 4 noyabr 2014 -cü ildə bu mövzuda " Gözlərdən oxunar hər
bir həqiqət! " adlı daha bir şeiri yazmağı Uca Yaradan nəsib etdi
mənə. Ədəbiyyatda ən sevdiyim mövzudu gözlərin vəsfi, tərənnümü və
fəlsəfi anlamı. Həmin şeiri sizlərə təqdim edirik.
Mənliyin çözülər, inan anbaan,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Xislətin tanınar baxışlarından,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Gizlədə bilməyir, yalanı heç vaxt,
Hayqırıb danışır, sən susduğun vaxt,
Arzular quranda ürəyində taxt,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Qəlbini yansıdar baxışlarına,
Çevrılər payızın yağışlarına,
Aldanma, dünyanın naxışlarına,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Gah boğar nurunu kini, nifrəti,
Gah da ki Günəş tək yayar şəfqəti.
Bəzən də çəkdirər o məşəqqəti,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Həqiqət sanma, sən hər bir kəlməni,
Min dona girərək azdırar səni!
Çatdırar ünvana şirin səsini,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
YAQUT HÜSEYNOVA
Wednesday, October 29, 2014
" Keçdiyimiz yolları bəzəyən güllər "
Həyat çox qəribədi. Yaşadığımız ağrıların, ürəyimizdəki yaraların belə,
qəlbimizdəki SEVGİNİ silməyə gücü yetmir. Ehtiram, hörmət, dəyər və
xatırələrə dönən yaşananların fövqündə daha da dərinləşərək ülviləşər
SEVGİMİZ! Yaşadar bizi saflığıyla. Əzəmətini hopdurar baxışlarımıza.
Düşündürər. Düşündürdükcə aranan suallara cavab olar duyğularımızda.
Bəzən axtardığımız səbəblərdə bizi hər an göynədən acıya dönər. Bəzən
də bir pıçıltıya çevrilər könlümüzdə.
usanmadan qırsan da, çəkib getsən də... Qarşılıqsız və səbəbsiz sevdim!
Bizim üçün qurduğumuz sevgi dünyasıyla tanıdım DÜNYANI. Könlümdə
misralanan məhəbbət nəğməsiylə, şeiriyyətiylə arzulardan arzulara yürüdüm.
Sadəcə sevdim! Gəlməyəcəyini bilə-bilə gözləmək saflıq deyil, SEVGİDİ!
Sadəcə sevdim! Gəlməyəcəyini bilə-bilə gözləmək saflıq deyil, SEVGİDİ!
Zaman qədər dəyərli heç nə yoxdur, həyatda insan üçün. Sevdiyinə verə
biləcəyin ən böyük və əvəzsiz hədiyyə də, məhz ZAMANDI, ona vaxt
ayırmaqdı, hər anında yanında olmaqdı. SEVGİNLƏ əllərindən tutmaqdı...
Dostluğu ifadə edən Sarı güllər, sevgi etirafını dilə gətirən Yasəmənlər
bəzədi keçdiyimiz yolları !
bəzədi keçdiyimiz yolları !
YAQUT HÜSEYNOVA
Tuesday, September 23, 2014
"Yanımda olmağını istədim..."
( "Gözlərdi-ürəyin danışan dili" şeirimə yazılan mahnını dinləyərkən )
Mus: Sahib Mustafayev
Kaş yanımda olaydın bu gün. Səninlə paylaşmaq istədim, yaşadığım ən
Mus: Sahib Mustafayev
Kaş yanımda olaydın bu gün. Səninlə paylaşmaq istədim, yaşadığım ən
gözəl anları, sevincləri, sonsuz arzuları. Bütün küskünlüklərin, acıların
aramızda hördüyü hicran adlı tikanlı məftilləri sevginlə yox etməyini
dilədim. Mən arzuladıqca, xəyal etdikcə suallarıma "bəlkə" və "kaş"
lardakı həqiqət cavab verdi. Gah bir dost kimi mənə sarıldı, gah bir
düşmən kimi məhf etməyə çalışdı məni, gah da bir huzur kimi sardı
ətrafımı "kaş" və "bəlkə" lər. Yanılmaq istədim! Şirin bir yuxu idi,
oyandım! Yaşadığım yox, oxuduğum sonu vüsalla bitən bir sevda
nağılıydı, bitdi deməyə çalışdım! Amma xatirələr gecələrimi ulduzlu
asiman tək bəzəyib, gündüzlərimə günəş tək şəfəq saçdı!..

ilk addımlarımızı atmağı diləsəm də, ürəyimdə düyünlədi qəhərim. Narın payız
yağışlarında sevgi nəğməsinə çevrilən şeirimi sənsiz dinləyirəm. Ağ vərəyin
yağışlarında sevgi nəğməsinə çevrilən şeirimi sənsiz dinləyirəm. Ağ vərəyin
köksünə illər öncə köçürdüyüm bu sətirlər bizi tanış edən, sən və məni
BİZ edən yeganə sevincimdi!..
YAQUT HÜSEYNOVA
Saturday, September 20, 2014
SARILMA, NİFRƏTƏ!
Nifrəti sirdaş etmə, gözlərinə. Onunla süsləmə baxışlarını. Nə olursa, olsun!
Həyatda ən böyük ağrını yaşasan belə! Gözlərini kor etmək istədiyin xəyanəti
görsən belə! Yalanlarla ürəyin paramparça edilsə də, nifrətə sarılma! İzn
vermə, kin, küdurət, əzablar həyatına yansıyan sevgi dolu baxışlarını silərək,
onu bir kabusa döndərsin. Əsla, izn vermə!
onu bir kabusa döndərsin. Əsla, izn vermə!
burulğanını. Qoy, gözlərin qəlbini bütün səmimiyyətiylə ifadə etsin. Danışsın,
gözlərin ulduzlu asimanla, qara torpaqla, dənizlə, salxım söyüdlərlə. Məhəbbətin
rəngi, dürüstlüyün əzəməti çöksün xəyallar dünyasına səni yolçu edən
baxışlarına. Bəzən də səssizliyinin tərcümanı olsun baxışların...
YAQUT HÜSEYNOVA
Saturday, August 16, 2014
"SƏNİN ÜÇÜN"
Həyatı sevdirdin mənə. İnsanlığa itmiş inamımı geri qaytardın səmimiyyətinlə.
Sonsuz ümidlərlə işıqlandırdın könlümü. Nifrəti sildin gözlərimdən, gülüşü
hədiyyə etdin çöhrəmə. Qəlbindəki TANRI sevgisindən qopan bir damla tək
tanıtdın sevgini mənə. Ürəyimizdəki məhəbbətin həzin pıçıltısında var etdik
bizi. Danışmadan, etiraf etmədən iki dost tək addımladıq eyni yolda. Susduq...
Susaraq yürüdük.
Baxışlarımızsa susmadı. Ülvi sevgimizin gözlərimizə hopan həqiqətində
dilləndi söyləmək istədiklərimiz. Ulduzların işıltısında, göylərin ənginliyində,
dənizlərin dalğalarında, günəşin qürubunda və üstündə addımladığımız qara
torpağın bizi saracaq ətrində çözüldü sevdamız. AZAN ÇİÇƏKLƏRİNİN İLAHİ SƏDAQƏTİNDƏN rəng almasını dilədik dualarımızda... Sınaqlar mərhəmətin,
güvənin, etibarın, dürüstlüyün dəyərini anlatdı bizə. Birgə addımladığımız
sevgi yollarında ömür adlı əmanətin mahiyyətində İLAHİ EŞQİN gücününün,
huzurunun və sarsılmazlığının şahidi olduq!

Subscribe to:
Posts (Atom)