ŞEİR ERMƏNİ VƏHŞİLİYİNİN QURBANI OLMUŞ ŞƏHİD
KÖRPƏLƏRƏ HƏSR OLUNUB !
Laylan susdu , çalınmamış ,
Fəryad etmə , ey beşiyim !
Hədəf oldun güllələrə ,
Fəryad etmə , ey beşiyim !
Dünya duysun faciəni ,
Anaların naləsini ,
CİHAD eylə , haqq səsini ,
Fəryad etmə , ey beşiyim !
YAQUT HÜSEYNOVA
Tuesday, November 18, 2014
" GÖZƏL QIZIM "
Günəşimsən , Ayımsan ,
Sən TANRIDAN payımsan ,
Ümmanımsan , çayımsan ,
Gözəl qızım , gül qızım !
Qığıltındı sevincim ,
Həm sədəfim , həm incim ,
Kama çatmış diləyim ,
Gözəl qızım , gül qızım !
Bapbalaca əllərin ,
Ləçəyidi güllərin ,
Nəğməsi bülbüllərin ,
Gözəl qızım , gül qızım !
Laylalarda dil açır ,
Arzularım nur saçır ,
Səadətə yol açır ,
Gözəl qızım , gül qızım !
Dualarım bəzəyir ,
Beşıyini çiçək tək .
Mələklərə bənzəyir ,
Gözəl qızım , gül qızım !
YAQUT HÜSEYNOVA
Sən TANRIDAN payımsan ,
Ümmanımsan , çayımsan ,
Gözəl qızım , gül qızım !
Qığıltındı sevincim ,
Həm sədəfim , həm incim ,
Kama çatmış diləyim ,
Gözəl qızım , gül qızım !
Bapbalaca əllərin ,
Ləçəyidi güllərin ,
Nəğməsi bülbüllərin ,
Gözəl qızım , gül qızım !
Laylalarda dil açır ,
Arzularım nur saçır ,
Səadətə yol açır ,
Gözəl qızım , gül qızım !
Dualarım bəzəyir ,
Beşıyini çiçək tək .
Mələklərə bənzəyir ,
Gözəl qızım , gül qızım !
YAQUT HÜSEYNOVA
" SÖYLƏ KİMİN "
- Söylə , baba , güllər kimin ?!
- Bahar donlu çəmənlərin !
- Qopuz çalan əllər kimin ?!
- Oğuz adlı ərənlərin !
- Üstü şehli yarpaq kimin ?!
- Ağacdakı budaqların !
- Qartal adlı qoçaq kimin ?!
- Uca - uca mərd dağların !
- Söylə , baba , torpaq kimin ?!
- Torpaq - onu əkənindir !
- VƏTƏN odlu ocaq kimin ?!
- VƏTƏN - onu sevənindir !
- Bəs etibar , vəfa kimin ?!
- Elə sirdaş olanların !
- Cənnət kimi səfa kimin ?!
- Zəhmətdən zövq alanların !
- Alov dilli işiq kimin ?!
- Gözümüzün süvincidi !
- Qorqud sazlı aşıq kimin ?!
- SÖZ yurdunda bir incidi !
- Barış kimin , dava kimin ,
- Haq - nahaqqın axır sözü !
- Udduğumuz hava kimin ?!
- Dörd ünsürdü həyat özü !
- Dünya kimin , məşhər kimin ?!
- Bağışlayan TANRIMIZIN !
- Xeyir kimin , bəs şər kimin ,
- TƏZADIDIR dünyamızın !
YAQUT HÜSEYNOVA
" ÇİÇƏKLƏR BAĞÇASINDA "
Bir gün bağda çiçəklər ,
Qəzəbləndi arıya .
Çətirlənən ləçəklər ,
Bənzəyirdi saraya .
- " Şirəmizi çəkərək ,
Bal verirsən insana.
Bağban bizi əkərək ,
Həyat veribdir sana ! "
Arı dedi çiçəklər .
Biz naşükür deyilik .
Dinləyin , ey ləçəklər ,
Qarşınızda əyillik !
Həkk etmışık pətəyə ,
Yalnız ALLAH kəlməsin .
Qada , bəla heç zaman ,
TƏBİƏTƏ gəlməsin .
" QURAN " ın ayəsində ,
Nəql olunur eşqimiz .
Zəhmətin sayəsində ,
Yaşar əmək sevgimiz . "
Xəcalətdən qızardı ,
Al yanağı güllərin .
Ahəstəcə ucaldı ,
Nəğməsi bülbüllərin :
- " Dayan , getmə , ay arı ,
Gəl , bağışla , bizləri .
Ayırmasın dostları ,
Dilin acı sözləri . "
Arı geri qayıdıb ,
Çiçəklərlə barışdı .
Göy otları oyadıb ,
Təbəssümə qarışdı .
YAQUT HÜSEYNOVA
" ŞAXTABABA "
Son qış günü yağırdı ,
Hər tərəfə bəyaz qar .
Kimsə çöldən çağırdı ,
Çox sevindi uşaqlar .
Çölə çıxıb gördülər ,
Şaxtababa gəlibdi .
Hey , şənlənib güldülər ,
- YOLKAMIZ bəzənibdi !
Keçib gəldiyi yolu ,
Bir - bir nağıl elədi .
Şaxtababa hər kəsə ,
Xoşbəxt həyat dilədi .
Bir əfsanə danışıb ,
Körpələri əylədi .
Fikir dağından aşıb ,
Şaxtababa söylədi :
- " Dava olan çox eldə ,
Səadəti görmədim.
Didərgin uşaqların ,
Könlün ala bilmədim .
TANRIYA yalvarıram ,
Körpə gözü dolmasın !
İli yola salıram ,
Daha dava olmasın ! "
YAQUT HÜSEYNOVA
Hər tərəfə bəyaz qar .
Kimsə çöldən çağırdı ,
Çox sevindi uşaqlar .
Çölə çıxıb gördülər ,
Şaxtababa gəlibdi .
Hey , şənlənib güldülər ,
- YOLKAMIZ bəzənibdi !
Keçib gəldiyi yolu ,
Bir - bir nağıl elədi .
Şaxtababa hər kəsə ,
Xoşbəxt həyat dilədi .
Bir əfsanə danışıb ,
Körpələri əylədi .
Fikir dağından aşıb ,
Şaxtababa söylədi :
- " Dava olan çox eldə ,
Səadəti görmədim.
Didərgin uşaqların ,
Könlün ala bilmədim .
TANRIYA yalvarıram ,
Körpə gözü dolmasın !
İli yola salıram ,
Daha dava olmasın ! "
YAQUT HÜSEYNOVA
" TÜLKÜ VƏ DOVŞAN "
Sizə , a dostlar , nədn ,
Hiyləsi baş tutmayan
Uzunquyruq tülküdən .
Bir gün yaman ac idi ,
Şikara möhtac idi .
Hey əlləşir , çarpışır ,
Yenə kələk axtarır .
Axır ki , tapdı kələk ,
Ova başlasın gərək .
Gözləyirdi anbaan ,
Gələsidir boz dovşan .
Bala dovşan keçərkən ,
Tülkü dedi "ürəkdən " :
- " Qəlbi təmiz şən dostum ,
Səni necə unudum .
Gəl , biz birgə əylənək ,
Deyib , gülək , şənlənək . "
Dovşan bildi fikrini ,
Dedi bircə kəlməni :
- " Mənim dostum çoxdur çox ,
Dosta ehtiyacım yox !
Get , özünə yoldaş tap ,
Çalış , özün kimin tap ! "
Ey insanlar , dinləyin ,
Budur canı fikrimin :
- " İnsan yalan danışmaz .
Yalnçıdan dost olmaz ! "
YAQUT HÜSEYNOVA
Wednesday, November 5, 2014
" Gözlərdən oxunar hər bir həqiqət! "
" Gözlərdi - ürəyin danışan dili! " şeirimi 14 il əvvəl, 2000 - ci ildə
yazmışam. "Yaradıcılığımın Günəşidi " bu şeirim. Müqəddəs Aşura
günündə, 4 noyabr 2014 -cü ildə bu mövzuda " Gözlərdən oxunar hər
bir həqiqət! " adlı daha bir şeiri yazmağı Uca Yaradan nəsib etdi
mənə. Ədəbiyyatda ən sevdiyim mövzudu gözlərin vəsfi, tərənnümü və
fəlsəfi anlamı. Həmin şeiri sizlərə təqdim edirik.
Mənliyin çözülər, inan anbaan,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Xislətin tanınar baxışlarından,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Gizlədə bilməyir, yalanı heç vaxt,
Hayqırıb danışır, sən susduğun vaxt,
Arzular quranda ürəyində taxt,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Qəlbini yansıdar baxışlarına,
Çevrılər payızın yağışlarına,
Aldanma, dünyanın naxışlarına,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Gah boğar nurunu kini, nifrəti,
Gah da ki Günəş tək yayar şəfqəti.
Bəzən də çəkdirər o məşəqqəti,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
Həqiqət sanma, sən hər bir kəlməni,
Min dona girərək azdırar səni!
Çatdırar ünvana şirin səsini,
GÖZLƏRDƏN oxunar hər bir həqiqət!
YAQUT HÜSEYNOVA
Subscribe to:
Posts (Atom)