Qaçqınlar içində saçı ağarmış ,
Mehriban , gülərüz bir ana vardı .
Dilindən süzülən bayatılarla ,
Vətənsiz dünyanı zindan sanardı .
Kədərdən döynəyən mavi gözləri .
Əlvida söylədi dünya nuruna .
Vətənə köklənən qəmli sözləri ,
Çevrildi qəlblərin yanar qoruna .
Vətən həsrətiylə yatağa düşdü ,
Yaşamaq ümidi tamam kəsildi .
Səngərdə oğlunun qəlbi üşüdü ,
Elə , - ana ! - deyib . qəlbi əsirdi .
Vətənin səsinə səs verən oğlu ,
Eşitdi anası xəstədir yaman .
Tələsdi ... Ürəyi ümidlə dolu ,
Möhlət də istədi Ulu Tanrıdan .
Vaxtında yetişib evə çatanda ,
Uşaq tək ağladı anasın görcək .
Öpüb üz - gözündən əlin tutanda ,
Duydu ki , ayrılıq yeli əsəcək .
Gücünü tolayıb , ana son anda :
- " Xoş gəldin , ay oğul ! " - dedi gülərək .
İşıqsız gözündən giryan axanda ,
Etdi vəsiyyətin dilə gələrək :
- " Mən getsəm əbədi , demə ki , təksən ,
Atan da , anan da Vətəndir sənin.
Yaxşılıq adlanan imarət tik sən ,
Yaradan dadına yetəndir sənin !
Bura da Vətənin bir parçasıdır ,
Bil , mənə əzizdir onun hər kolu .
Tək Şuşam könlümün bitməz yasıdır ,
Oradan başlamış ömrümün yolu .
Sən məni burada torpağa gömür ,
Qurbanam yurdumun hər qarışına .
İnan ki , Şuşasız heç oldu ömür ,
Dərd çökdü Vətənin bəyaz qışına .
Vətənə həsr elə , bütün ömrünü ,
Qoyma ki , sarala , vaxtsız bir yarpaq .
Yetışsə , ay oğul , QƏLƏBƏ günü ,
Tez götür , Şuşadan bir ovuc torpaq .
Torpağı gətirib üstümə tök ki ,
İşıqsız gözlərim , qoy tez açılsın !
Nigaran ruhumun qəmini sök ki ,
Qəbrimə Şuşamın nuru saçılsın ! "
Ananın sözləri sona yetəndə ,
Qovuşdu əbədi haqq dünyasına .
Sonuncu mənzilə tərəf gedəndə ,
Göylər də göz yaşı tökdü yasına .
Diz çöküb məzarın önündə oğul ,
And içdi yanıqlı haray edərək .
Söylədi : - " Nifrətim , yenidən doğul ,
Gücümü səfərbər ordu edərək !
Ana , gözlərini açmayınca mən ,
Bu canım rahatlıq bilməyəcəkdir !
QƏLƏBƏ mülkünə yetincə VƏTƏN ,
Silahım çiynimdən enməyəcəkdir !
QƏLƏBƏ mülkünə yetincə VƏTƏN ,
Silahım çiynimdən enməyəcəkdir !
YAQUT HÜSEYNOVA
Tuesday, November 18, 2014
" DÜŞÜNCƏLƏRİM "
" Axının əksinə getmək ... İnsanın axının əksinə getməyinə səbəb , ədalətsizlik və haqsızlıqlardan qaçaraq , aradığı həqiqətdə yox olmaq istəməsidir . "
" İNAM və GÜVƏN ümidlərin doğrulduğu zaman yaranır . "
" İrəli getmək və özün olmaq istəyirsənsə , ayağına dolaşan sarmaşıqlara addımını tanıtmağı bacarmalısan ! "
" SƏHVƏ öyrəncəli addımların yolları da haçalı olar ! "
" Məhz valideyn sevgisi və nəvazişi , övladı həyatda yönləndirir . "
" Sınan ürəyin memarı yoxdur . "
" Nadanlığa qarşı elm əlində qılıncın , ağılsa qalxanındı ."
" Kimsəni özün kimi düşünmə , çünki çox vaxt fədakarlıq bədbəxtliyə gedən yolun başlanğıcıdır . "
" Qarşındakına bəslədiyin hörmət , özünə hörmətdən qaynaqlanır . "
" İmkansız , lakin istedadlı insanlara dayaq olanlar , sağ ikən şəhidlik zirvəsinə ucalanlardı . Onların bu əməli susuzluqdan yanan pöhrə bir ağaca tökülən su kimi ucadır . "
YAQUT HÜSEYNOVA
" BAYATILAR "
Əzizim hardan gəlir .
Eldən - obadan gəlir .
Aşıq oxur yanıqlı ,
Səsi uzaqdan gəlir .
Şirin sözümsən , Vətən ,
Odum , közümsən , Vətən.
İnan , sənsiz koram mən ,
İki gözümsən , Vətən .
Novruzgülü açanda ,
Ətrafa nur saçanda .
Həyat gülür , nazlanır ,
Qaranquşlar uçanda .
Bahar qışa dönəcək ,
Ömür solub gedəcək .
Yaxşılıqdan dünyada
Gül - çiçəklər bitəcək .
YAQUT HÜSEYNOVA
Eldən - obadan gəlir .
Aşıq oxur yanıqlı ,
Səsi uzaqdan gəlir .
Şirin sözümsən , Vətən ,
Odum , közümsən , Vətən.
İnan , sənsiz koram mən ,
İki gözümsən , Vətən .
Novruzgülü açanda ,
Ətrafa nur saçanda .
Həyat gülür , nazlanır ,
Qaranquşlar uçanda .
Bahar qışa dönəcək ,
Ömür solub gedəcək .
Yaxşılıqdan dünyada
Gül - çiçəklər bitəcək .
YAQUT HÜSEYNOVA
" LAYLAN SUSDU "
ŞEİR ERMƏNİ VƏHŞİLİYİNİN QURBANI OLMUŞ ŞƏHİD
KÖRPƏLƏRƏ HƏSR OLUNUB !
Laylan susdu , çalınmamış ,
Fəryad etmə , ey beşiyim !
Hədəf oldun güllələrə ,
Fəryad etmə , ey beşiyim !
Dünya duysun faciəni ,
Anaların naləsini ,
CİHAD eylə , haqq səsini ,
Fəryad etmə , ey beşiyim !
YAQUT HÜSEYNOVA
KÖRPƏLƏRƏ HƏSR OLUNUB !
Laylan susdu , çalınmamış ,
Fəryad etmə , ey beşiyim !
Hədəf oldun güllələrə ,
Fəryad etmə , ey beşiyim !
Dünya duysun faciəni ,
Anaların naləsini ,
CİHAD eylə , haqq səsini ,
Fəryad etmə , ey beşiyim !
YAQUT HÜSEYNOVA
" GÖZƏL QIZIM "
Günəşimsən , Ayımsan ,
Sən TANRIDAN payımsan ,
Ümmanımsan , çayımsan ,
Gözəl qızım , gül qızım !
Qığıltındı sevincim ,
Həm sədəfim , həm incim ,
Kama çatmış diləyim ,
Gözəl qızım , gül qızım !
Bapbalaca əllərin ,
Ləçəyidi güllərin ,
Nəğməsi bülbüllərin ,
Gözəl qızım , gül qızım !
Laylalarda dil açır ,
Arzularım nur saçır ,
Səadətə yol açır ,
Gözəl qızım , gül qızım !
Dualarım bəzəyir ,
Beşıyini çiçək tək .
Mələklərə bənzəyir ,
Gözəl qızım , gül qızım !
YAQUT HÜSEYNOVA
Sən TANRIDAN payımsan ,
Ümmanımsan , çayımsan ,
Gözəl qızım , gül qızım !
Qığıltındı sevincim ,
Həm sədəfim , həm incim ,
Kama çatmış diləyim ,
Gözəl qızım , gül qızım !
Bapbalaca əllərin ,
Ləçəyidi güllərin ,
Nəğməsi bülbüllərin ,
Gözəl qızım , gül qızım !
Laylalarda dil açır ,
Arzularım nur saçır ,
Səadətə yol açır ,
Gözəl qızım , gül qızım !
Dualarım bəzəyir ,
Beşıyini çiçək tək .
Mələklərə bənzəyir ,
Gözəl qızım , gül qızım !
YAQUT HÜSEYNOVA
" SÖYLƏ KİMİN "
- Söylə , baba , güllər kimin ?!
- Bahar donlu çəmənlərin !
- Qopuz çalan əllər kimin ?!
- Oğuz adlı ərənlərin !
- Üstü şehli yarpaq kimin ?!
- Ağacdakı budaqların !
- Qartal adlı qoçaq kimin ?!
- Uca - uca mərd dağların !
- Söylə , baba , torpaq kimin ?!
- Torpaq - onu əkənindir !
- VƏTƏN odlu ocaq kimin ?!
- VƏTƏN - onu sevənindir !
- Bəs etibar , vəfa kimin ?!
- Elə sirdaş olanların !
- Cənnət kimi səfa kimin ?!
- Zəhmətdən zövq alanların !
- Alov dilli işiq kimin ?!
- Gözümüzün süvincidi !
- Qorqud sazlı aşıq kimin ?!
- SÖZ yurdunda bir incidi !
- Barış kimin , dava kimin ,
- Haq - nahaqqın axır sözü !
- Udduğumuz hava kimin ?!
- Dörd ünsürdü həyat özü !
- Dünya kimin , məşhər kimin ?!
- Bağışlayan TANRIMIZIN !
- Xeyir kimin , bəs şər kimin ,
- TƏZADIDIR dünyamızın !
YAQUT HÜSEYNOVA
" ÇİÇƏKLƏR BAĞÇASINDA "
Bir gün bağda çiçəklər ,
Qəzəbləndi arıya .
Çətirlənən ləçəklər ,
Bənzəyirdi saraya .
- " Şirəmizi çəkərək ,
Bal verirsən insana.
Bağban bizi əkərək ,
Həyat veribdir sana ! "
Arı dedi çiçəklər .
Biz naşükür deyilik .
Dinləyin , ey ləçəklər ,
Qarşınızda əyillik !
Həkk etmışık pətəyə ,
Yalnız ALLAH kəlməsin .
Qada , bəla heç zaman ,
TƏBİƏTƏ gəlməsin .
" QURAN " ın ayəsində ,
Nəql olunur eşqimiz .
Zəhmətin sayəsində ,
Yaşar əmək sevgimiz . "
Xəcalətdən qızardı ,
Al yanağı güllərin .
Ahəstəcə ucaldı ,
Nəğməsi bülbüllərin :
- " Dayan , getmə , ay arı ,
Gəl , bağışla , bizləri .
Ayırmasın dostları ,
Dilin acı sözləri . "
Arı geri qayıdıb ,
Çiçəklərlə barışdı .
Göy otları oyadıb ,
Təbəssümə qarışdı .
YAQUT HÜSEYNOVA
Subscribe to:
Posts (Atom)