Wednesday, May 11, 2011

" HEÇ KİM UNUDULMUR , HEÇ NƏ YADDAN ÇIXMIR ! "







ŞİRVAN  ŞƏHƏR   '' SEVİL ''  QADINLAR   CƏMİYYƏTİNİN

SƏDRİ ,    DÖVLƏT   TƏRƏFİNDƏN   " TƏRƏQQİ "  MEDALIYLA

TƏLTİF  OLUNMUŞ    QABAQCIL  MÜƏLLİM  

ƏZİZƏ  XANIM  MƏMMƏDOVA .   






  
      ŞİRVAN  ŞƏHƏR   '' SEVIL ''  QADINLAR  CƏMİYYƏTİNİN  ALBOMU.



                                                             YAQUT   HÜSEYNOVA

Tuesday, May 10, 2011

" AND YERİMİZ , VƏTƏNDİR ! "

" N "  saylı   hərbi   hissədə   Şirvan  şəhər   " SEVİL "  qadınlar   cəmiyyətinin   
və   16  nömrəli   tam  orta   məktəbin    xəttilə   reallaşan  tədbirdə   şəxsi   heyət    
vətənə , xalqa   sədaqətlərini  bu   sözlərlə   ifadə   etdilər .  O   gün   hərbi   hissədə
Milli  Qəhrəman   Mübariz    İbrahimovun   əziz   xatirəsinə    həsr   olunmuş   
" ŞƏRƏF   və   QƏHRƏMANLIQ   GECƏSİ "   adlı   layihə  əsgər   və   zabitlərə   
təqdim   olundu .  Hərbi    hissədə   gördüklərimiz   bir   daha   sübut   etdi   ki , 
Azərbaycan   ordusu   getdikcə   güclənir .  Daha   da   mətinləşir   və   ordu    
quruculuğunun   beynəlxalq    standartlara    uyğun    şəkildə   formalaşdırılması ,  
inkişaf   etdirilməsi    daim   dövlətin     diqqqət    mərkəzindədir .
      Azərbaycan   Respublikasının   dövlət   himninin   sədaları   altında   üç   
rəngli    bayrağımız   tribunanın     önünə   gətirildi .  Sonra    tədbirin   bədii   
hissəsi   açıq   elan   olundu .  Məktəblilərin ifasında   vətən ,  ordu ,  mərdlik ,  
igidlik ,  əsgər   şücaəti ,  yenilməzlik ,  şəhidlik   və   qəhrəmanlıq haqqında   şeir    
və   mahnıların     səsləndirildiyi    proqramda   vətənpərvərlik    nidalı   səhnəciklər 
hər    kəs   tərəfindən   böyük    rəğbət   və    alqışlarla    qarşılandı .
    " İndi    Azərbaycanın    öz   torpaqlarını   qorumaq ,  düşmən   əsarətində   olan    ərazilərimizi    azad    etmək    iqtidarında    olan    nizami ,   güclü   ordusu   var. "   
deyən ,  Şirvan    şəhər   " SEVİL "    qadınlar    cəmiyyətinin     sədri    Əzizə    
Məmmədova    bir   ana    kimi    gənc   döyüşçülərə    vətən   qarşısında    əsgəri    
borclarına   sonadək   sadiq   olmalarını   arzuladı .  Natiq qeyd   etdi    ki ,  türk    
oğlu   yenilməz    qaladır .  Əminik   ki ,  bu   gün   ordu   sıralarında   xidmət edən   
igid   oğullarımız   erməni - daşnaklarını    məğlub   edərək    QƏLƏBƏYƏ   imza     
atacaq.  Zəfər   marşı   QARABAĞIMIZDA    səslənəcək !
       Tədbirdə    hərbi    hissə    komandirinin    tərbiyə   işləri   üzrə   müavini   
palkovnik - leytenat   Ağacan   Zərbəliyev   çıxış   etdi .  O    bildirdi   ki ,  
Azərbaycan   ordusu   dünyanın   ən   nüfuzlu   hərbi    təşkilatlarından    olan    
NATO   ilə   əməkdaşlıq   edir .  Azərbaycan    sülhməramlıları   dünyanın    ən    
qaynar   nöqtələrində    xidmət   edir .  Qarşımızda    duran   ən   ümdə    vəzifəmiz , 
işğal   altında    olan   torpaqlarımızı    mənfur    düşmənlərdən    azad   etməkdir .  
Odur   ki ,  biz , hamımız   Ali    Baş   Komandanın     " İRƏLİ ! "   əmrini    gözləyirik
və    buna   hər   an   hazırıq!
       Tədbirdə   hərbi   hissənin   tabor   komandiri    palkovnik - leytenant   Azər   
Quliyev   və   komendant    bölüyünün    tərbiyə   işləri   üzrə   müavini    kapitan    
Sənan    Əşrəfov    da   məruzələrində   Azərbaycan   ordusunun   qüdrətini   bir   
daha   vurğuladılar .   Layihənin    rəhbəri ,  şair    Mehriban   Həsənli   sonda   
şəxsi   heyyətə     " ÇƏK    ƏLİNİ ,  QARABAĞDAN ! "  poemasını   səsləndirdi .          














YAQUT    HÜSEYNOVA


Monday, April 4, 2011

AZANSIZ QALIBDI MƏSCİDLƏRİMİZ!


Milli  Qəhrəman  Seyid  Mübariz  
          
            Ağakərim  oğlu Ibrahimovun   dilindən.



Yola   sal , ay   ana ,  mən   getməliyəm ,
AZANSIZ    qalıbdır   məscidlərimiz !
Haqqını  halal  et ,  xeyir - dua  ver ,
AZANSIZ    qalıbdır   məscidlərimiz !


                                 Günahlar   içində   yanır   Yer  üzü ,
                                 Bilinmir    dünyanın   yalanı ,  düzü ,
                                 Qəlbimin ,  ruhumun  sonuncu   sözü ,
                                 AZANSIZ    qalıbdır   məscidlərimiz !


Düşmənə    nifrətim   bitməz - tükənməz ,
Üç   rəngli   bayrağım    bir   daha   enməz ,
Tutduğum   bu    yoldan   geri   dönülməz ,
AZANSIZ    qalıbdır   məscidlərimiz !


                                                        

                                                        YAQUT    HÜSEYNOVA









Sunday, February 27, 2011

ALLAH - BÖYÜK HƏQİQƏTDİR...

Dinlə ,  məni ,  Yer    kürəsi ,
ALLAH - böyük   həqiqətdir !
Olsun   qəlbin   saf   nəğməsi ,
ALLAH - böyük   həqiqətdir !


                              Tanrı   təbib ,   biz  xəstəsi ,
                              Şəfa   tapar   hər   bəndəsi ,
                              Ömür   qönçə    gül   dəstəsi ,
                              ALLAH - böyük   həqiqətdir !          


Gah   ucaldar ,   gah   endirər .
Gah   ağladar ,  sevindirər ,
Yerə  nemət ,  naz   göndərər ,
ALLAH - böyük   həqiqətdir !      


                                                             YAQUT     HÜSEYNOVA                  

NƏ AD VERİM SƏNƏ , DÜNYA !

Dəstək  oldun   cinayətə ,
Nə   ad   verim  sənə , dünya !  
Badə   qalxdı   xəyanətə ,
Nə   ad   verim  sənə , dünya !  



                              Qələm   çəkdin   insanlığa ,
                              Cığır   açdın   yamanlığa ,
                              VƏZİR   oldun ,  çox   xanlığa ,
                               Nə   ad   verim  sənə , dünya !  




                                                         YAQUT     HÜSEYNOVA

Wednesday, December 8, 2010

" HƏR ŞEY VƏTƏN ÜÇÜN !.. "

 
 
   Azərbaycanin  Milli  Qəhrəmanı  Mübariz  Ağakərim  oğlu  İbrahimovun  son  
sözləri , məhz ,  bu  kəlmələr  oldu . Onun  qəlbi  Vətənlə  bir  döyünürdü .
O , Vətənini , elini ,  obasını  çox  sevirdi . Və  bu  sevgiylə  müqəddəs
şəhidlik  zirvəsinin  fatehinə  çevrildi . Mübariz  bütün  nəsillərə , ələxüsus ,
gənclərə  böyük  örnək  oldu .O ,  bizlərə  qəlbimizdəki  Vətən  sevgisinin ,
isriqlal  şərəfinin  sərhədsiz  olduğunu  bir  daha  anlatdı . İgid  qəhrəmanımız
sübut  etdi  ki , Türkün  oğlu  yenilməzdir , Torpaq  üçün  doğulsq  da , Vətən 
üçün  ölməliyik !..
     Bu  günlərdə  Şirvan  şəhər  '' SEVIL ''  Qadınlar  cəmiyyətinin  xəttilə 
şəhərimizin  ziyalı   qadınları  cəmiyyətin  sədri  Əzizə  Məmmədovanın
rıhbırliyilə  Milli  Qəhrəman  Mübariz  İbrahimovun  dünyaya  göz 
açdığı   Beləsuvar  rayonunun   Əliabad  kəndində  oldu . Nümayəndə
heyəti  şəhidin  ailəsiylə  görüşüb  onlara  dərin  hüznlə  baş   sağlığı
verdi .
      Qadınlar  cəmiyyətinin  sədri  Əzizə  xanım  Məmmədova  şəhidin  
valideynlərinə  baş  sağlığı  verərək  bildirdi  ki , Mübariz  təkcə  sizin  
oğlunuz  deyil , o , bütün  Azərbaycanın  qəhrəman  övladıdır . O ,
" HƏR  ŞEY  VƏTƏN  ÜŞÜN ! "  deyib , öz  şirin  canından  keçərək  
ömrünü  Vətənin  ömrünə  qatdı . Şəhidlik  Uca  Yaradanın  yanında 
ali  bir  məqamdır . Tanrı  Mübarizi  bu  mükafatla  şərəfləndirdi .
Övlad  itkisi  ağır  olsa  da  unutmayın  ki , şəhidlər  öəmür . Onlar
daim  qəlblərdə , Vətən  tarixinin  şanlı  səhifələrində  yaşayacaqlar .
Əzizə  xanım , çıxışının  sonunda  şəhidin  atasına ,  anasına  Allahdan  
səbr  dilədi .
    Şəhidin  atası  Ağakərim  İbrahimov  nümayəndə  heyyətinə  təşəkkür
etdi . Və vurğuladı  ki , hörmətli  prezidentimiz  İlham  Əliyev  və  xanımı
Mehriban   Əliyevanın  hər  an  dəstək  və  qayğısını  duyuruq . 
Prezidentimizin  və  xalqımızın  oğluma  verdiyi  qiymət  bizim  üçün  ən
böyük  təsəllidir . Biz , bir  valideyn  kimi  Mübarizlə  fəxr  edirik .
Şəhidin  anası  göz  yaşlarını  gizlədə  bilmədi . Mübarizlə  bağlı  xatirələrini
dilə  gətirdi . Şamama  ana  qeyd  etdi  ki , Vətən  onun  üçün  hər  şey  idi .
Həmişə  mənə  deyirdi  ki , "  ANA , məscidlərimiz  azansız  qalıb , mən  buna
dözə  bilmirəm !.. "
Sonda  Mehriban  Həsənli , Yaqut  Vafiqqızı  və  Fatma  Məmmədova  şəhidə
həsr  etdikləri  şeirləri  onun  valideynlərinə  təqdim  etdilər . Xatirə   şəkli  
çəkdirildi .
    Nümayəndə  heyəti  şəhid  Fərid  Güloğlan  oğlu Əhmədovun  ailəsiylə
də  görüşdü . Heyəti  Fəridin  bibisi  Tohidə  Şahbazova  və   nənəsi  
qarşıladı .Fərid  Əhmədovun  duyğulu  qəlbinin    hayqırtılarını  onun  yazdığı  
şeirlərdə    və    çəkdiyi    rəsmlərdə  eşitdik .

      ALLAH  BÜTÜN  ŞƏHİDLƏRİMİZƏ  RƏHMƏT  ELƏSİN !




                                                             YAQUT    HÜSEYNOVA
    































































































Tuesday, December 7, 2010

ÇƏMBƏRƏKƏND HƏQİQƏTİ .

Yaddaşımın   harayıdı ,
Çəmbərəkənd   həqiqəti !
Yurd  eşqinin  sarayıdı ,
Çəmbərəkənd   həqiqəti !


                              Ömür    bənzər    fəsillərə ,
                              Tarix   dönür   əsrlərə ,
                              Yetir   gələn   nəsillərə ,
                              Çəmbərəkənd   həqiqətin !


Çevrilib   biz   unutqana ,
Aldıq   cəza   yana - yana ,
Döndü   yenə  Xiyabana ,
Çəmbərəkənd   həqiqəti !


                           İstədilər   məhv   etsinlər ,
                           - " TÜRK   milləti  yox ! " -  desinlər ,
                           Yaşayacaq, qoy ,  bilsinlər ,
                           Çəmbərəkənd    həqiqəti !
                           Yaşayacaq , qoy ,  bilsinlər ,
                            TURAN  elli   TÜRK MİLLƏTİ !





                                          YAQUT     HÜSEYNOVA