Tuesday, February 28, 2012
" ANAMI VƏ SADİQİ XATIRLADAN TƏQVİM ... "
" Üçrəngli bayrağımızı biz , Qarabağda göylərə əbədi
ucaldacağıq ! " Bu kəlmələr onun qəlbinin döyüntüsüydü .
Hərbiçi olmaq , Vətənə layiqincə xidmət etmək ən böyük
arzusuydu . Hələ məktəbdə oxuduğu illərdə ibtidai hərbi
hazırlıq dərsinə böyük həvəs və məsuliyyətlə yanaşar ,
müəllimindən hərbi incəlikləri , xüsusən silahların " dilini "
öyrənməyə səy göstərərdi . Təbiətcə sakit olsa da çox
çılğın idi Sadiq . Yaşasaydı martın biri 22 yaşı olacaqdı .
Sadiq ailəmizin sonbeşiyi , yeganə qardaşımız idi . Zəhməti
çox sevirdi . Yaxşı yadımdadır , ailəmizin ən çətin
məqamlarında yaşının az olmasına baxmayaraq ,
işləyərək atama kömək edərdi . Öz dünyası vardı . Şirin
arzulardan qurduğu gözəl bir dünyası . İdmanla məşğul
olurdu . Arzuları sonsuz idi . Həmişə deyirdi ki , hərbi
xidməti yerinə yetirdikdən sonra Məşhədə ziyarətə
gedəcək , bacım Lamiyyəni də özüylə aparacaq ... "
Ləman qardaşını xatırlaya - xatırlaya qəhərə qərq oldu .
Gözlərindən süzülən damlalar kədərdən bir anlıq donmuş
dodaqlarındakı ürək yanğısını tamamladı . Köks ötürərək
sözünə yenidən davam etdi :
- " 2009 - cu il ailəmizə iki böyük itkini yaşatdı . Öncə
anamı iyun ayının 29 - zu itirdik . Qardaşım Sadiq yasın
üçüncü gününə yetişə bildi , onun qəfil ölümüylə barışa
bilmirdi . Yaralı quş tək çırpınırdı .
Sadiqin əsgərliyə getdiyi günü xatırlayıram . 2007 - cı
il aprelin biri onu hərbi xidmətə yola saldıq , çox
sevinirdi . Arzusu cəbhə bölgəsində xidmət etmək idi .
Atalar yaxşı deyib : " Niyyətin hara , mənzilin ora . "
Tez - tez komandirindən təşəkkür məktubları alırdıq . Kiçik
çavuş idi . Anamın qırxından 25 gün keçmişdi . Qəlbimiz
əzablar içində göynəsə də bizi bir ümid , bir sevinc
yaşadırdı . Sadiqin hərbi xidmətini bitirib yanımıza
qayıtmasını səbirsizliklə gözləyirdik . Sayılı günlər qalmışdı .
Hər gün təqvimdən bir yarpaq düşürdü . Anam Sadiq
gedən gündən təqvimin ötən hər gününü qeyd edirdi .
Amma amansız ölüm bu təqvimin tamamlanmasına
imkan vermədi . Bu gün həmin təqvim anamdan bizə
qalmış acı xatırələrimizdəndir . 2009 - cu il sentyabrın
5 - iydi . Qardaşımın gəlməyinə 25 gün qalmışdı . Sadiqin yerinə
qapımızı onun ölüm xəbəri döydü . O Ağdamın Yusifcanlı
kəndində şəhid oldu . İndi anamla birlikdə Şirvan şəhər
qəbiristanlığında uyuyur . "
Tanrının yanında şəhidlər diri ,
Vətənçin ölənə - ölü deyilməz !
Onların yatdığı torpaq , and yeri ,
VƏTƏNçin ÖLƏNƏ - ÖLÜ DEYİLMƏZ !
Şəhidlər ölmür . Atayev Sadiq Seyfi oğlunun adı VƏTƏN
tarixinin şanlı səhifələrinin birində əbədi yaddaşlara köçdü .
ALLAH cəmi ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN !
YAQUT HÜSEYNOVA
Sunday, January 8, 2012
QƏRƏNFİL ƏTİRLİ GECƏ ...
yan qərənfil ətrinə bürünüb . Yaddaşımızı , ürəyimizi qanlı
şənbə gecəsinin şaxtası bu gün də qılınc tək kəsir .
Yaddaşımız da düşüncələrimiz tək qərənfil yağışına tutulub .
Qərənfillər içində itib addımladığımız yollar . Bir zamanlar
sevgililərin sevimli gülləri olan al qərənfillər bu gün tamam
başqadır . Onlar daha sevgi , məhəbbət nidalı deyil . Məhz o
qanlı şənbə gecəsində al qərənfillər , mübarizlərin cihad
simvoluna çevrildi .
Yaddaşımızın 20 yanvar səhifəsi 131 şəhidin adıyla yazıldı .
Tarix yenidən yaşandı . Dünən bir daha təkrarlandı . O gün
mürgülü yaddaşımız da silkələnib oyandı . Azadlıq deyə ,
hayqırdı ürəklərimiz . Əliyalın olsaq da canımızla , qanımızla
istiqlaliyyət uğrunda irəlilədik . Odlu silahların , zirehli
tankların altında xıncım - xıncım əzilsək də geri
çəkilmədik , əyilmədik . Qəlbimizdəki AZƏRBAYCAN boyda
VƏTƏN sevgisinin gücüylə qana boyanmış gecədən
açılan səhərin al şəfəqlərinə qovuşduq ...
Deyirlər , yazılan taledən qaçmaq mümkün deyil . Qanlı
şənbə gecəsində bunun bir daha şahidi olduq .
Qərənfillərin də taleyi dəyişmədi . Əbədi and yerimiz
olan " ŞƏHİDLƏR XİYABANI " nda uyuyan
İLHAM və FƏRİZƏ adlı məhəbbət dastanını sevgi
çələngi tək bəzəyən qərənfillər , ilahi eşqin qəlbimizdə
nurlandırdığı elə bir sönməz məşəldir ki , daim
İSTİQLALİYYƏT nəğməsi kimi dilimizdə səslənəcək !
Tanrının yanında şəhidlər diri ,
VƏTƏNÇİN ölənə - ölü deyilməz !
Onların yatdığı torpaq , and yeri ,
VƏTƏNÇİN ölənə - ölü deyilməz !
Vağzalı üstündə yasin oxundu !
Məhəbbət nidalı qərənfillərə ,
Vağzalı üstündə yasin oxundu !
DÜNƏNDƏN SABAHA yol gedirik . Tarixin keşməkeşlərinə
sinə gərərək , dünəndən sabaha addımladığımız cığırın körpüsü,
məhz bu gündən keçir . Bu körpüdə inamla addımlamalıyıq.
Çünki BU GÜN adlı bu körpüdə milli ruha köklənən
VƏTƏN sevgisi və QALİBİYYƏT qətiyyətiylə atdığımız
hər addımın izi , tarıxın daş salnamələrinə naxışlanan möhür
kimi dünənimizi yaşadan sabahlara sakin edəcək bizləri !
YAQUT HÜSEYNOVA
Thursday, December 15, 2011
QADINLARIN VƏ QIZLARIN TƏHSİLİ .
" Qadınların və qızların təhsili yalnız gender bərabərliyinin
təbliğində deyil , həm də XXI əsrin bir sıra mühüm
problemlərinin həllində vacib rol oynayır . Tədqiqatlar sübut
edir ki , təhsilin maliyyələşdirilməsi bir ölkənin inkişafa
qoyduğu ən effektiv və yüksək gəlirli sərmayə növüdür , "
fikirləri Şirvan şəhər mərkəzi kitabxanasında Amerika
səfirliyinin və İREX - in ( Beynəlxalq Tədqiqatlar və
Mübadilə Şurası ) birgə təşkilatçılığıyla reallaşan tədbirdə çıxış
edən səfirliyin nümayəndəsi Kristofer Consun nitqində səsləndi .
Natiq qeyd etdi ki , qızların təhsili həm onların hüquqları ,
həm də inkişafa təkan vermək baxımından vacıbdir . Onların
təhsilinə dəstək verilməsi özü ilə bir sıra müsbət nəticələr
gətirir .
Tədbirdə Kaliforniyalı sahibkar Alisia Morqa mövzuyla
bağlı məruzə etdi . O bildirdi ki , qızların və qadınların
təhsil alması , adətən təhsilin onlara , onların uşaqlarına və
cəmiyyətə verdiyi faydalar baxımından qiymətləndirilir . Ancaq
bu düzgün yanaşma deyil . Qızların və qadınların təhsil
alması onların ailələrinə və ya cəmiyyətə verə biləcəkləri
faydalara görə yox , ilk növbədə insan hüquqları tələbi kimi
qəbul edilməlidir . Alisia Morqa eyni zamanda qadın və biznes
haqqında düşüncələrini iştirakçılarla bölüşdü .
Sonda İREX - in nümayəndəsi Sara Hennesi ABŞ - ın
Azərbaycanda , o cümlədən dünyanın bir çox ölkələrində
həyata keçirdiyi təhsil proqramları və təhsil imkanları
barəsində məlumat verdi .

HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN SƏFƏRLƏRİ .
Əməkdaşlıq və iş təcrübəsinin artırılması məqsədilə Şirvan
Şirvan şəhər Heydər Əliyev mərkəzinin kollektivi , o cümlədən
mərkəzin nəzdində fəaliyyət göstərən " Heydərsevərlər " klubunun
üzvləri bu günlərdə Sabirabad və Saatlı rayonunda səfərdə oldu .

Öncə Sabirabad rayonunda yerləşən H. Əliyev mərkəzində
qonaq olan kolllektivi mərkəzin direktoru Rəna xanım
salamladıqdan sonra mərkəzlə yaxından tanış edərək , Ulu
Öndərimizin Sabirabad rayonuna olan 14 səfəri haqqında
danışdı .
Kollektivin Saatlı rayonuna səfəri də yaddaqalan oldu .
Belə ki , rayonun Heydər Əliyev Mərkəzində səmimiyyətlə
qarşılanan kollektivə Ümummilli Liderin Saatlı rayonunun
inkişaf tarixindəki rolu bələdçinin təqdimatında işıqlandırıldı .
Mərkəzin direktoru Əzizağa müəllim qonaqlara " Saatlı " adlı
disk hədiyyə etdi , xatirə şəkli çəkdirildi .
Görüş Yeni Azərbaycan Partiyasının Saatlı rayon
təşkilatında dəyirmi masa ətrafında davam etdirildi . Mərkəzlər
arasında əməkdaşlıq münasibətlərinin qurulması və iş
təcrübəsinin paylaşılması yüksək dəyərləndirildi .

Monday, October 31, 2011
" QARABAĞIN QARA BƏXTİ " ( ıı )
Yazıma şərqin böyük filosofu , şairi , rəssamı Cibran Xəlil
Cibranın sözləriylə başlamaq istəyirəm . O deyirdi : - " Alimlə
şair arasında bir yaşıl zolaq uzanıb gedir ; onu adlayan
alim müdrik olur , ona adlayan şairsə - peyğəmbər . "
Ədəbiyyat , poeziya , ümumiyyətlə , söz sənəti bəşəriyyətə Ulu
Yaradanın bəxş etdiyi ən uca nemətdir . Ömrünü
ədəbiyyatın söz ilmələrində yaşadan və insan qəlbinin
coğrafiyasını öz qələmiylə addımbaaddım çözən şairlərimizdən
biri də Mehriban Həsənlidi . O , 1945 - ci ildə Əli Bayramlı
şəhərində ziyalı ailəsində dünyaya göz açıb . Atası Sadıq
Baxışov dostları Salman Mümtaz və Hüseyn Cavidin
dayısıyla birlikdə sovet hakimiyyətinə qarşı mübarizədə
fəal iştirak etmişdir . Anası Mirxanım xanım isə Tanrının
sevimli bəndələrindən olan Mir Möhsüm Ağanın qohumu
olmuşdur . Bədii yaradıcılığa kiçik yaşlarından başlayan
Mehriban xanımın çap olunmuş ilk şeiri " Payız " dir ki ,
o beşinci sinifdə oxuyarkən " Pioner " qəzetində işıq üzü
görüb . 1964 - 1969 - cu illərdə o , Azərbaycan Pedaqoji
İnstitutunun dil - ədəbiyyat fakültəsini bitirib . Şəhərimizin
tanınmış pedaqoqlarından olan Mehriban Həsənlinin ilk
şeirlər kitabı 1996 - cı ildə " Qaytar , ötən günlərimi "
adıyla işıq üzü görüb . Azərbaycan Jurnalist Həmkarlar
İttifaqının " Ziya " fəxri diplomuna layiq görülmüş
şairin daha sonra " Bir payız axşamı " , " Mənim
analı dünyam " və " Durnalar qayıdanda " adlı
nəşrləri oxucuların ixtiyarına verilib .
Bu günlərdə Mehriban Həsənlinin yeni kitabı
ədəbiyyatsevərlərə təqdim olundu . Hər zamanın öz
sözü , hər sözün öz zamanı var . Buna görə də söz
zamanın , zaman da sözün rənginin yaradıcısıdır . Beş
bölmədən ibarət olan bu kitabda şair oxuculara
zaman və sözün qüdrətini bir daha göstərərək
vurğulayır ki , zaman söz qarşısında acizdir , sözün
özü elə vaxtdır .
Kitabı vərəqləyirəm . Elə ilk sətirlərdən bütöv
Azərbaycanın tarixi reallıqları , istiqlaliyyət uğrunda
" Təki , VƏTƏN sağ olsun ! " deyib , şəhid olmuş
igidlərimizin mübarizliyi , işğal altında qalan qədim
yurd yerlərimizin hayqırtısı , dünənimizlə gələcəyimiz
arasında körpü olan bu günümüzün qələbə nidalı ,
zəfər soraqlı sabahları oxucuya bədii çalarlarla diktə
olunur . " Çək , əlini Qarabağdan ! " söyləyən , Mehriban
xanım bir daha Azərbaycan oğlunun yenilməzliyini
bütün dünyaya bəyan edərək yazır :
Çək , əlini Qarabağdan ,
Yatmış şirdi Türkün oğlu ,
Oyanarsa ,
Soy - kökünün
Olacaqdır onda sonu !
Şairin yaradıcılığında atılmışlar və biganəlik mövzusu
əsas qayələrdən birini təşkil edir . Onun " Atılmışlar "
şeirini oxuduqca körpələr evinin acı mənzərəsi bir lent
kimi göz önündə canlanaraq ürəkləri göynədir . Həyat bal
ilə zəhərin uyuşmasıdır . Mehriban Həsənli bu şeirində elə
təsirli bədii ifadə və təsvir vasitələrindən istifadə edib
ki , körpələr evinin acı görüntüsü oxucunu rahat buraxmır ,
hey düşündürür :
Alıb çənəsini kiçik ovcuna ,
Nisgilli qəlbiylə baxır yollara .
Bir ana laylası , ana nəfəsi ,
Yad olub , yad olub atılmışlara .
Onun " Bir ananın acı taleyi " poeması da bu
mövzunun davamıdır . Çünki bu sətirlərdə qocalar evinə
atılmış valideynlərin iztirablı taleyi əks olunub :
Ananı qocalar evinə qoyub ,
Geriyə dönəndə çalış , unutma .
Qayıt , özünə də sən bir otaq seç ,
Övladın gətirəndə otaqsız qalma .
" Qarabağın qara bəxti " ni oxuduqca insan ruhən
dincəlir . Kitab insan adının ucalığını dərk etməyə
səsləyir hər kəsi . Müxtəlif janrlarda şairin qələmə
aldığı əsərlərdə ilahi eşq , Tanrı məhəbbəti , dini
ibadətlərə çağırış , milli - mənəvi dünyamıza hörmət və
sadiqlik , sevgi və xəyanət , ailə dəyərləri , ailə
məsulliyyəti , qısqanclıq , unutqanlıq və günümüzün digər
aktual problemləri işıqlandırılıb .
Mehriban xanımı , bu münasibətlə təbrik edir və
ona yeni yaradıcılıq uğurları arzulayıram . Yazımı
şairin bu misralarıyla bitirmək istəyirəm :
Tanrı insanları yaratmayıb ki ,
Dünya boş qalmasın , insanla dolsun .
Tanrı yaratdı ki , yarananların
QƏLBİNDƏ ÜNSİYYƏT , MƏHƏBBƏT olsun !

Sunday, October 30, 2011
" QARABAĞIN QARA BƏXTİ "
Bu kitab şəhərimizin tanınmış şairi Mehriban Həsənlinin
oxucularıyla beşinci görüşüdür . Azərbaycan Jurnalist
Həmkarlar İttifaqının " Ziya " fəxri diplomuna layiq
görülmüş şairin sözügedən kitabının İcma Məlumat
Mərkəzində Alma Cəfərovanın rəhbərliyilə təqdimatı keçirildi .
Mərasimdə şəhərimizin müxtəlif idarə və təşkilatlarının
nümayəndələri iştirak edirdi .
Şairin həyat və yaradıcılığının qısa arayışıyla başlayan
tədbirdə Şirvan OYL şirkətinin sosial məsələlər üzrə
mühəndisi Zemfira Məmmədova kitabla bağlı rəy və
düşüncələrini dilə gətirdi . Natiq söylədi ki , Vətən sevgisi ,
azadlıq hayqırtısı , dünənimiz , bu günümüz və qələbəyə
olan inam hissi beş bölmədən ibarət olan bu nəşrin
ana xəttini təşkil edir . Onun şəhidlərimizə ,
qəhrəmanlarımıza etdiyi ittihaflar gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyəsində önəmli məqamdır , deyən ,
Zemfira xanım bildirdi ki , şairin Milli Qəhrəman
Mübariz İbrahimovun əziz xatirəsinə həsr etdiyi poeması
qəhrəmanın təhsil aldığı Beləsuvar rayonunun Əliabad kənd
orta məktəbində ictimaiyyətə təqdim olunmuş və bu
layihə hər kəs tərəfindən yüksək dəyərləndirilmişdir .
Şirvan şəhər " Sevil " qadınlar cəmiyyətinin xəttiylə
reallaşdırılan layihə daha sonra " N " saylı hərbi
hissədə göstərilmişdir .
Yeni kitabının işıq üzü görməsi münasıbətilə şairi
təbrik edən Şirvan şəhər Gənclər və İdman idarəsinin
aparıcı - məsləhətçısı Əfqan Həsənov vurğuladı ki , mayası
vətənpərvərlik olan Mehriban Həsənli yaradıcılığında
həyatın bütün reallıqları mükəmməl şəkildə yaradıcı
təxəyyülündən süzülüb gələn rəngarəng bədii çalarların
fonunda oxucuya təqdim olunub . Kitabda milli - mənəvi
dəyərlərimizə bağlılıq , ailə - məişət problemləri , ailə
məsulliyyəti , biganəlik , günümüzün aktual ağrısı olan
qocalar evinə sakin edilmiş valideynlərin acı taleyi ,
şəhid analarının qəlbinin göynərtisi və digər
mövzular o qədər təsirli qələmə alınıb ki , insanı
düşünməyə vadar edir .
Mərasimdə gənc şair İbrahim Həssasın və
Mərkəzi kitabxananın direktor müavini Vəzifə Xudiyevanın
da çıxışları da dinlənildi . Şairin şeirləri və şeirlərinə
yazılmış mahnılar qonaqlara təqdim olundu .

Thursday, October 20, 2011
SON ZƏNG
Yetişib zamanı sonuncu zəngin ,
Əlvida deyirəm , sənə , məktəbim !
Qoynunda yaşanan şirin günlərə ,
Əlvida deyirəm , sənə , məktəbim !
Ümid nəğməsiylə çalınır bu zəng,
Xatirə içində kövrəlib ürək ,
Səcdənə tələbə adıyla gələk ,
Əlvida deyirəm , sənə , məktəbim !
YAQUT HÜSEYNOVA
Əlvida deyirəm , sənə , məktəbim !
Qoynunda yaşanan şirin günlərə ,
Əlvida deyirəm , sənə , məktəbim !
Ümid nəğməsiylə çalınır bu zəng,
Xatirə içində kövrəlib ürək ,
Səcdənə tələbə adıyla gələk ,
Əlvida deyirəm , sənə , məktəbim !
YAQUT HÜSEYNOVA
Subscribe to:
Posts (Atom)