Həm sevinc , həm uğur , həm sınaq kimi ,
Bir il də beləcə ötdü ömürdən !
Payızda tökülən bir yarpaq kimi ,
Bir il də beləcə ötdü ömürdən !
Səngərdə keçrilən Yeni ili biz ,
Şuşada qeyd edək QƏLƏBƏMİZLƏ !
Torpağa tökülən şəhid qanının ,
Qisasın alaq biz QƏLƏBƏMİZLƏ !
YAQUT HÜSEYNOVA
Monday, December 29, 2014
Saturday, December 27, 2014
Thursday, December 25, 2014
" ÖMRÜMÜZƏ GƏLƏN İLLƏR ... "
Saatın əqrəbləri ilin son anlarını sehrli səsində yekunlaşdırır . Yaşananlar , yaşatdıqlarımız , qazandıqlarımız və itirdiklərimiz düzgün nəticələrə gətirib
çıxarır düşüncələrimizi , ələlxüsus verəcəyimiz qərarları . Alman filosofu
İmmanuil Kant söyləyirdi ki : - " ZAMAN səssiz mişardır ! " Vaxt və zaman
haqqında deyilən aforizmləri vərəqlədikcə , bu kəlamda bütün
söylənilənlərdən yığcam , amma daha güclü bir məqamın əksini görmək
mümkündür . Həqiqətən zaman dayanmadan , aman dinləmədən səssizcə keçib
gedir . Kimi aldanar onun səssizliyinə , fəqət , itkisini , acisini bir ömürboyu
çəkər . Həyat amalını qətiyyətlə saf niyyətlərində müəyyənləşdirənlər isə
zamanla eyni vaxtda addımlamağı bacarar . Zamanı verilən ömür payında
düzgün dəyərləndirməyi , onu doğru yolda sərf edərək varlığını yaddaşlara ,
ürəklərə sevgi , hörmət və ehtiramla yazmağı bacarmaq insanın mənəvi
ucalığından xəbər verir .
Daha bir ili geridə qoyduq . 365 günlük kiçik zaman kəsiyinin artıq
son saatlarını yaşayırıq . Yaşanmış daha bir il xatirəyə dönərək yaddaşımıza
köçdü . Bəşəriyyətin , Yer üzünün keçib gəldiyi siyasi , iqtisadi , mədəni
tənəzzül və tərəqqi dolu 2014 - cü il tarixə qovuşdu . Sonsuz arzularla ,
tükənməz ümidlərlə , daha qətiyyətli məqsəd və addımlarla 2015 - ci ilə qədəm
qoyuruq. Ömrümüzün yepyeni səhifəsi açılır . Uğurlu nəticələr mətin addım
və qərarlara bağlıdır . Nənəm axıska türkü idi . Axıska ədəbiyyatından dönə -
dönə işlətdiyi bir sözü heç vaxt unutmaram : - " ZAMAN sənin həyatında deyil ,
sən ZAMANDA iz sala biləsən ! "
31 dekabr Azərbaycan tarixində Yeni il bayramıyla yanaşı , Dünya
Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur . 1991 - ci ilin dekabr
ayının 16 - da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər
Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın zəruri olduğunu nəzərə
alaraq , 31 dekabrı HƏMRƏYLİK GÜNÜ elan etdi . Və o gündən Həmrəylik
Günü çoxmilyonluq Azərbaycan Diasporunun əziz bayramlarından biri
olaraq , dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlıların birlik rəmzinə
çevrildi . Ümummilli Liderin bu tarixi anı yaratmasında əsas ideya , önəmli
məqam , məhz ilin son gününü " GÜCÜMÜZ HƏMRƏYLİKDƏDİR ! " söyləyib ,
yeni ilə də bu amalla addımlayaraq , işğal altında olan yurd yerlərimizdə üç
rəngli bayrağımızı dalğalandırmalıyıq çağırışıdı !
YAQUT HÜSEYNOVA
QƏDRİYYƏ QULİYEVA : - " Göstərilən etimadı doğruldacağam ! "
Artıq bələdiyyə seçkilərinin nəticələri müəyyənləşdi . Şirvan şəhər
bələdiyyəsi üzvlüyünə namizədliyi qeydə alınan 55 nəfərdən 17 - si səs
çoxluğuyla qalib gəldi . Demokratik , şəffaf və azad şəraitdə keçirilən
seçkilərdə qələbəni qazananlardan biri də Quliyeva Qədriyyə Ramiz qızıdır .
Şəhərimizin fəal gənclərindən olan Qədriyyə Quliyeva 1988 - ci il iyulun
22 - də Əli Bayramlı ( Şirvan ) şəhərində dünyaya göz açıb . 2006 - cı ildə
Mübariz İsrailov adına 18 nömrəli tam orta məktəbi uğurla bitirərək ,
Lənkəran Dövlət Universitetində tarix və ictimaiyyət ixtisası üzrə qiyabi
təhsil alıb . 2008 - ci ildən 2014 - cü ilin sentyabr ayına qədər Şirvan şəhər
Tarix - Diyarşünaslıq Muzeyində böyük elmi işçi kimi çalışıb . O , şəhərimizin
ictimai həyatında fəal iştirakıyla hər zaman fərqlənib . Tarix muzeyində
keçirdiyi tarix dərsləri şəhər məktəblilərinin tariximizin daha dərindən
öyrənməsinə daima yardımçı olub . 2014 - cü ildə müəllimlərin işə qəbulu
üzrə imtahana qatılaraq müvəffəqiyyət qazanıb .
Hal - hazırda Qədriyyə Quliyeva Sabirabad rayonu Çöl Beşdəli kənd
orta məktəbində müəllim işləyir . Qədriyyə xanım ona bu seçkilərdə etimad
göstərən hər kəsə təşəkkürünü bildirərək qeyd edir ki , bələdiyyə üzvü kimi
əsas məqsədim mənə göstərilən etimadı layiqincə doğruldaraq müstəqil
Azərbaycanın milli mənafeyi naminə suverenliyimizin inkişaf və
möhkəmlənməsinə bütün qüvvəmlə çalışacağam !
YAQUT HÜSEYNOVA
Monday, December 15, 2014
SƏADƏT QULİYEVA : - " Daha bir uğura imza atdıq ! "
- " Artıq 2014 - cü ilin son günlərini yaşayırıq . Yaşanan hər il , hər gün ,
hər an həyatımızdakı iziylə yaddaşımıza köçür . Amma bu günlərdə
qazandığımız nailiyyət varlığımızı bir daha sübut etdi . " İLİN ƏN YAXŞI
MƏKTƏBİ " müsabiqəsinin qalibi olduq . Sevincimizin həddi - hüdudu yoxdur .
Çünki bu müvəffəqiyyət bütün kollektivimizin gərgin zəhmətinin və müəllimlik
adına duyduqları məsuliyyətin nəticəsidir . " Səadət Quliyeva gözlərindəki fəxr
hissini , sözlərinə köçürdüyü sevinci müsahibədə bir daha dilə gətirdi :
- Məktəbimizin nailiyyətləri mənə imkan verdi ki , bu müsabiqəyə qatılaq .
Müsabiqə üç mərhələdən ibarət idi . 91 məktəb iştirak edirdi . Şirvan
şəhərindən biri bizim məktəb olmaqla iki məktəb qatılmışdı müsabiqəyə .
Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəb və biz " İLİN ƏN
YAXŞI MƏKTƏBİ " müsabiqəsinin qalibi olduq . Bu şəhərimizin təhsil
sistemində qazandığı növbəti tarixi uğurdu . I mərhələ Təhsil Nazirliyinə
məktəbin göstəriciləri , yəni cari ildə əldə etdiyi nailiyyətlər haqqında
sənədlərin təqdimatından ibarət idi . Qürurla qeyd etmək istəyirəm ki ,
rəhbəri olduğum 21 nömrəli tam orta məktəbin tələbə qəbulu üzrə bu ilki
nəticələri şəhər məktəbləri arasında birinci yerdədir .
II turda məktəblərin hansı layihələrdə iştirak etməsi ilə əlaqədar seçim
qarşıya qoyulmuşdur . 61 məktəbin mübarizə apardığı bu turda , İNEPO - da
bürünc medal qazanmağımız , ingilis dilinin intensiv tədrisi ilə bağlı " XXI əsr
üçün müəllim " layihəsindəki artıq iki ilə yaxın olan qazandıqlarımız daha bir
sevinci yaşatdı bizə .
Eyni zamanda Təhsil Nazirliyində müəyyən olunmuş komissiya qarşısında
on dəqiqəlik məruzə etməliydik . 9 və 11- ci siniflərin buraxılış imtahanlarının
nəticələrinə görə qiymətləndirilən sonuncu həlledici məqamda, nəhayət , bütün
səd və pillələri inamla keçərək " İLİN ƏN YAXŞI MƏKTƏBİ " adını
qazandıq ! " Ümumulikdə 50 ümumtəhsil məktəb bu ada layiq görülüb .
Daha böyük qələbələr arzusuyla ,
YAQUT VAFİQQIZI .

Sunday, December 14, 2014
Saturday, December 13, 2014
KÖLGƏ
Diqqətlə yanaş ki , hər bir sözünə ,
Nahaqdan kimsəni incitməyəsən .
İnan zəhmətinə , güvən özünə ,
Özgə kölgələrdə sən itməyəsən !
Kimliyin , mənliyin , ruhun , əqidən ,
Dəyişkən olmasın fəsillər kimi !
Köklənsə , Vətənə hər bir məqsədin ,
Tarixə iz salar , əsrlər kimi .
Çalış ki , özün ol , təqlid eləmə ,
Varlığın puç olar təqlidlərində !
Əyrini - doğrunu tanıt qələmə ,
Həqiqət çözülsün tənqidlərində !
YAQUT HÜSEYNOVA
Nahaqdan kimsəni incitməyəsən .
İnan zəhmətinə , güvən özünə ,
Özgə kölgələrdə sən itməyəsən !
Kimliyin , mənliyin , ruhun , əqidən ,
Dəyişkən olmasın fəsillər kimi !
Köklənsə , Vətənə hər bir məqsədin ,
Tarixə iz salar , əsrlər kimi .
Çalış ki , özün ol , təqlid eləmə ,
Varlığın puç olar təqlidlərində !
Əyrini - doğrunu tanıt qələmə ,
Həqiqət çözülsün tənqidlərində !
YAQUT HÜSEYNOVA
Subscribe to:
Posts (Atom)

.jpg)

.jpg)