Milli Qəhrəman Seyid Mübariz
Ağakərim oğlu Ibrahimovun dilindən.
Yola sal , ay ana , mən getməliyəm ,
AZANSIZ qalıbdır məscidlərimiz !
Haqqını halal et , xeyir - dua ver ,
AZANSIZ qalıbdır məscidlərimiz !
Günahlar içində yanır Yer üzü ,
Bilinmir dünyanın yalanı , düzü ,
Qəlbimin , ruhumun sonuncu sözü ,
AZANSIZ qalıbdır məscidlərimiz !
Düşmənə nifrətim bitməz - tükənməz ,
Üç rəngli bayrağım bir daha enməz ,
Tutduğum bu yoldan geri dönülməz ,
AZANSIZ qalıbdır məscidlərimiz !
YAQUT HÜSEYNOVA