Wednesday, May 11, 2011

" HEÇ KİM UNUDULMUR , HEÇ NƏ YADDAN ÇIXMIR ! "







ŞİRVAN  ŞƏHƏR   '' SEVİL ''  QADINLAR   CƏMİYYƏTİNİN

SƏDRİ ,    DÖVLƏT   TƏRƏFİNDƏN   " TƏRƏQQİ "  MEDALIYLA

TƏLTİF  OLUNMUŞ    QABAQCIL  MÜƏLLİM  

ƏZİZƏ  XANIM  MƏMMƏDOVA .   






  
      ŞİRVAN  ŞƏHƏR   '' SEVIL ''  QADINLAR  CƏMİYYƏTİNİN  ALBOMU.



                                                             YAQUT   HÜSEYNOVA

Tuesday, May 10, 2011

" AND YERİMİZ , VƏTƏNDİR ! "

" N "  saylı   hərbi   hissədə   Şirvan  şəhər   " SEVİL "  qadınlar   cəmiyyətinin   
və   16  nömrəli   tam  orta   məktəbin    xəttilə   reallaşan  tədbirdə   şəxsi   heyət    
vətənə , xalqa   sədaqətlərini  bu   sözlərlə   ifadə   etdilər .  O   gün   hərbi   hissədə
Milli  Qəhrəman   Mübariz    İbrahimovun   əziz   xatirəsinə    həsr   olunmuş   
" ŞƏRƏF   və   QƏHRƏMANLIQ   GECƏSİ "   adlı   layihə  əsgər   və   zabitlərə   
təqdim   olundu .  Hərbi    hissədə   gördüklərimiz   bir   daha   sübut   etdi   ki , 
Azərbaycan   ordusu   getdikcə   güclənir .  Daha   da   mətinləşir   və   ordu    
quruculuğunun   beynəlxalq    standartlara    uyğun    şəkildə   formalaşdırılması ,  
inkişaf   etdirilməsi    daim   dövlətin     diqqqət    mərkəzindədir .
      Azərbaycan   Respublikasının   dövlət   himninin   sədaları   altında   üç   
rəngli    bayrağımız   tribunanın     önünə   gətirildi .  Sonra    tədbirin   bədii   
hissəsi   açıq   elan   olundu .  Məktəblilərin ifasında   vətən ,  ordu ,  mərdlik ,  
igidlik ,  əsgər   şücaəti ,  yenilməzlik ,  şəhidlik   və   qəhrəmanlıq haqqında   şeir    
və   mahnıların     səsləndirildiyi    proqramda   vətənpərvərlik    nidalı   səhnəciklər 
hər    kəs   tərəfindən   böyük    rəğbət   və    alqışlarla    qarşılandı .
    " İndi    Azərbaycanın    öz   torpaqlarını   qorumaq ,  düşmən   əsarətində   olan    ərazilərimizi    azad    etmək    iqtidarında    olan    nizami ,   güclü   ordusu   var. "   
deyən ,  Şirvan    şəhər   " SEVİL "    qadınlar    cəmiyyətinin     sədri    Əzizə    
Məmmədova    bir   ana    kimi    gənc   döyüşçülərə    vətən   qarşısında    əsgəri    
borclarına   sonadək   sadiq   olmalarını   arzuladı .  Natiq qeyd   etdi    ki ,  türk    
oğlu   yenilməz    qaladır .  Əminik   ki ,  bu   gün   ordu   sıralarında   xidmət edən   
igid   oğullarımız   erməni - daşnaklarını    məğlub   edərək    QƏLƏBƏYƏ   imza     
atacaq.  Zəfər   marşı   QARABAĞIMIZDA    səslənəcək !
       Tədbirdə    hərbi    hissə    komandirinin    tərbiyə   işləri   üzrə   müavini   
palkovnik - leytenat   Ağacan   Zərbəliyev   çıxış   etdi .  O    bildirdi   ki ,  
Azərbaycan   ordusu   dünyanın   ən   nüfuzlu   hərbi    təşkilatlarından    olan    
NATO   ilə   əməkdaşlıq   edir .  Azərbaycan    sülhməramlıları   dünyanın    ən    
qaynar   nöqtələrində    xidmət   edir .  Qarşımızda    duran   ən   ümdə    vəzifəmiz , 
işğal   altında    olan   torpaqlarımızı    mənfur    düşmənlərdən    azad   etməkdir .  
Odur   ki ,  biz , hamımız   Ali    Baş   Komandanın     " İRƏLİ ! "   əmrini    gözləyirik
və    buna   hər   an   hazırıq!
       Tədbirdə   hərbi   hissənin   tabor   komandiri    palkovnik - leytenant   Azər   
Quliyev   və   komendant    bölüyünün    tərbiyə   işləri   üzrə   müavini    kapitan    
Sənan    Əşrəfov    da   məruzələrində   Azərbaycan   ordusunun   qüdrətini   bir   
daha   vurğuladılar .   Layihənin    rəhbəri ,  şair    Mehriban   Həsənli   sonda   
şəxsi   heyyətə     " ÇƏK    ƏLİNİ ,  QARABAĞDAN ! "  poemasını   səsləndirdi .          














YAQUT    HÜSEYNOVA