" N " saylı hərbi hissədə Şirvan şəhər " SEVİL " qadınlar cəmiyyətinin və 16 nömrəli tam orta məktəbin xəttilə reallaşan tədbirdə şəxsi heyət vətənə , xalqa sədaqətlərini bu sözlərlə ifadə etdilər . O gün hərbi hissədə Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş " ŞƏRƏF və QƏHRƏMANLIQ GECƏSİ " adlı layihə əsgər və zabitlərə təqdim olundu . Hərbi hissədə gördüklərimiz bir daha sübut etdi ki , Azərbaycan ordusu getdikcə güclənir . Daha da mətinləşir və ordu quruculuğunun beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılması , inkişaf etdirilməsi daim dövlətin diqqqət mərkəzindədir . Azərbaycan Respublikasının dövlət himninin sədaları altında üç rəngli bayrağımız tribunanın önünə gətirildi . Sonra tədbirin bədii hissəsi açıq elan olundu . Məktəblilərin ifasında vətən , ordu , mərdlik , igidlik , əsgər şücaəti , yenilməzlik , şəhidlik və qəhrəmanlıq haqqında şeir və mahnıların səsləndirildiyi proqramda vətənpərvərlik nidalı səhnəciklər hər kəs tərəfindən böyük rəğbət və alqışlarla qarşılandı . " İndi Azərbaycanın öz torpaqlarını qorumaq , düşmən əsarətində olan ərazilərimizi azad etmək iqtidarında olan nizami , güclü ordusu var. " deyən , Şirvan şəhər " SEVİL " qadınlar cəmiyyətinin sədri Əzizə Məmmədova bir ana kimi gənc döyüşçülərə vətən qarşısında əsgəri borclarına sonadək sadiq olmalarını arzuladı . Natiq qeyd etdi ki , türk oğlu yenilməz qaladır . Əminik ki , bu gün ordu sıralarında xidmət edən igid oğullarımız erməni - daşnaklarını məğlub edərək QƏLƏBƏYƏ imza atacaq. Zəfər marşı QARABAĞIMIZDA səslənəcək ! Tədbirdə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini palkovnik - leytenat Ağacan Zərbəliyev çıxış etdi . O bildirdi ki , Azərbaycan ordusu dünyanın ən nüfuzlu hərbi təşkilatlarından olan NATO ilə əməkdaşlıq edir . Azərbaycan sülhməramlıları dünyanın ən qaynar nöqtələrində xidmət edir . Qarşımızda duran ən ümdə vəzifəmiz , işğal altında olan torpaqlarımızı mənfur düşmənlərdən azad etməkdir . Odur ki , biz , hamımız Ali Baş Komandanın " İRƏLİ ! " əmrini gözləyirik və buna hər an hazırıq! Tədbirdə hərbi hissənin tabor komandiri palkovnik - leytenant Azər Quliyev və komendant bölüyünün tərbiyə işləri üzrə müavini kapitan Sənan Əşrəfov da məruzələrində Azərbaycan ordusunun qüdrətini bir daha vurğuladılar . Layihənin rəhbəri , şair Mehriban Həsənli sonda şəxsi heyyətə " ÇƏK ƏLİNİ , QARABAĞDAN ! " poemasını səsləndirdi .