Thursday, December 15, 2011

QADINLARIN VƏ QIZLARIN TƏHSİLİ .

        " Qadınların   və   qızların    təhsili    yalnız     gender    bərabərliyinin   
təbliğində    deyil ,   həm   də     XXI    əsrin    bir    sıra     mühüm   
problemlərinin    həllində    vacib     rol    oynayır .   Tədqiqatlar    sübut
edir   ki ,  təhsilin     maliyyələşdirilməsi    bir    ölkənin    inkişafa   
qoyduğu   ən    effektiv    və    yüksək    gəlirli    sərmayə    növüdür , "   
fikirləri   Şirvan   şəhər    mərkəzi     kitabxanasında    Amerika    
səfirliyinin   və   İREX - in    ( Beynəlxalq    Tədqiqatlar    və    
Mübadilə   Şurası )  birgə   təşkilatçılığıyla     reallaşan    tədbirdə    çıxış   
edən   səfirliyin    nümayəndəsi    Kristofer   Consun  nitqində  səsləndi .  
Natiq    qeyd    etdi    ki ,  qızların   təhsili   həm   onların    hüquqları , 
həm   də    inkişafa   təkan   vermək    baxımından    vacıbdir .  Onların   
təhsilinə    dəstək    verilməsi     özü   ilə    bir    sıra   müsbət    nəticələr 
gətirir .
   
 

        Tədbirdə    Kaliforniyalı    sahibkar    Alisia    Morqa     mövzuyla   
bağlı   məruzə    etdi .  O   bildirdi    ki ,   qızların    və   qadınların    
təhsil    alması , adətən    təhsilin     onlara ,  onların     uşaqlarına    və    
cəmiyyətə    verdiyi   faydalar    baxımından    qiymətləndirilir .   Ancaq    
bu      düzgün    yanaşma  deyil .  Qızların    və    qadınların    təhsil    
alması    onların    ailələrinə   və   ya   cəmiyyətə    verə    biləcəkləri     
faydalara   görə   yox ,  ilk    növbədə   insan   hüquqları    tələbi   kimi   
qəbul    edilməlidir .  Alisia   Morqa   eyni    zamanda   qadın   və  biznes   
haqqında      düşüncələrini    iştirakçılarla     bölüşdü .

     
      Sonda     İREX - in     nümayəndəsi     Sara    Hennesi     ABŞ - ın    
Azərbaycanda ,   o    cümlədən    dünyanın    bir    çox    ölkələrində   
həyata  keçirdiyi    təhsil    proqramları    və   təhsil     imkanları     
barəsində    məlumat     verdi .




                                                     YAQUT       HÜSEYNOVA

HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN SƏFƏRLƏRİ .

      Əməkdaşlıq    və     iş    təcrübəsinin    artırılması    məqsədilə   Şirvan
Şirvan   şəhər   Heydər   Əliyev   mərkəzinin    kollektivi ,  o   cümlədən
mərkəzin    nəzdində    fəaliyyət   göstərən   " Heydərsevərlər "   klubunun
üzvləri     bu    günlərdə    Sabirabad   və   Saatlı    rayonunda   səfərdə  oldu .





Öncə    Sabirabad    rayonunda    yerləşən    H. Əliyev    mərkəzində
qonaq     olan    kolllektivi    mərkəzin    direktoru    Rəna   xanım
salamladıqdan     sonra    mərkəzlə    yaxından    tanış   edərək ,  Ulu
Öndərimizin     Sabirabad    rayonuna    olan    14   səfəri     haqqında
danışdı .


       
         Kollektivin    Saatlı    rayonuna   səfəri   də   yaddaqalan    oldu .
Belə   ki ,   rayonun     Heydər    Əliyev    Mərkəzində    səmimiyyətlə
qarşılanan    kollektivə    Ümummilli    Liderin    Saatlı      rayonunun
inkişaf    tarixindəki     rolu    bələdçinin    təqdimatında    işıqlandırıldı .
Mərkəzin     direktoru    Əzizağa    müəllim   qonaqlara    " Saatlı "   adlı
disk    hədiyyə    etdi ,  xatirə   şəkli   çəkdirildi .




      Görüş     Yeni     Azərbaycan    Partiyasının    Saatlı    rayon  
təşkilatında    dəyirmi    masa    ətrafında     davam     etdirildi . Mərkəzlər
arasında    əməkdaşlıq    münasibətlərinin    qurulması    və    iş
təcrübəsinin    paylaşılması   yüksək    dəyərləndirildi .



                                                 YAQUT         HÜSEYNOVA