yan qərənfil ətrinə bürünüb . Yaddaşımızı , ürəyimizi qanlı
şənbə gecəsinin şaxtası bu gün də qılınc tək kəsir .
Yaddaşımız da düşüncələrimiz tək qərənfil yağışına tutulub .
Qərənfillər içində itib addımladığımız yollar . Bir zamanlar
sevgililərin sevimli gülləri olan al qərənfillər bu gün tamam
başqadır . Onlar daha sevgi , məhəbbət nidalı deyil . Məhz o
qanlı şənbə gecəsində al qərənfillər , mübarizlərin cihad
simvoluna çevrildi .
Yaddaşımızın 20 yanvar səhifəsi 131 şəhidin adıyla yazıldı .
Tarix yenidən yaşandı . Dünən bir daha təkrarlandı . O gün
mürgülü yaddaşımız da silkələnib oyandı . Azadlıq deyə ,
hayqırdı ürəklərimiz . Əliyalın olsaq da canımızla , qanımızla
istiqlaliyyət uğrunda irəlilədik . Odlu silahların , zirehli
tankların altında xıncım - xıncım əzilsək də geri
çəkilmədik , əyilmədik . Qəlbimizdəki AZƏRBAYCAN boyda
VƏTƏN sevgisinin gücüylə qana boyanmış gecədən
açılan səhərin al şəfəqlərinə qovuşduq ...
Deyirlər , yazılan taledən qaçmaq mümkün deyil . Qanlı
şənbə gecəsində bunun bir daha şahidi olduq .
Qərənfillərin də taleyi dəyişmədi . Əbədi and yerimiz
olan " ŞƏHİDLƏR XİYABANI " nda uyuyan
İLHAM və FƏRİZƏ adlı məhəbbət dastanını sevgi
çələngi tək bəzəyən qərənfillər , ilahi eşqin qəlbimizdə
nurlandırdığı elə bir sönməz məşəldir ki , daim
İSTİQLALİYYƏT nəğməsi kimi dilimizdə səslənəcək !
Tanrının yanında şəhidlər diri ,
VƏTƏNÇİN ölənə - ölü deyilməz !
Onların yatdığı torpaq , and yeri ,
VƏTƏNÇİN ölənə - ölü deyilməz !
Vağzalı üstündə yasin oxundu !
Məhəbbət nidalı qərənfillərə ,
Vağzalı üstündə yasin oxundu !
DÜNƏNDƏN SABAHA yol gedirik . Tarixin keşməkeşlərinə
sinə gərərək , dünəndən sabaha addımladığımız cığırın körpüsü,
məhz bu gündən keçir . Bu körpüdə inamla addımlamalıyıq.
Çünki BU GÜN adlı bu körpüdə milli ruha köklənən
VƏTƏN sevgisi və QALİBİYYƏT qətiyyətiylə atdığımız
hər addımın izi , tarıxın daş salnamələrinə naxışlanan möhür
kimi dünənimizi yaşadan sabahlara sakin edəcək bizləri !
YAQUT HÜSEYNOVA