Cəmi 6 ay 20 gün çəkdi bu evliliyin ömrü . Tanrı sevgisi ,
Vətən məhəbbəti " İLHAM və FƏRİZƏ " adlı ülvi eşq
dastanının nurlu sətirlərinə dönərək , əbədiyyət üfiqlərində
doğan Günəş kimi sönməz şəfəqlərini hər bir ürəyə yaydı .
Sonsuzluğa vardı bu iki gəncin sevgi dünyası . Ülvi məhəbbət ,
dərin hörmət və sədaqətin işığında əl - ələ addımladılar sevda
yollarında . Qara torpağa da birgə baş qoydular .
" ŞƏHİDLƏR XİYABANI " ... Neçə - neçə Vətən övladının
uyuduğu müqəddəs ziyarətgah . Daş məzarlardan boylanan
baxışlarda nə qədər yarın qalmış talelər dillənir . Bütöv
AZƏRBAYCAN naminə şəhid olmuş igidlərin qara torpağa
tapşırıldığı bu xiyabanda ilk məzar Fərizə və İlhamındı .
Neçə - neçə qönçə arzularla bəzəmişdilər qurduqları ailəni .
Şirin xəyalların gerçəyə dönəcəyi hələ nə qədər gözəl
günlər qarşıdaydı . Amma düşmən gülləsi bu sevgi nağılını
göz yaşlarıyla bəzədi .
İlhamın şəhid olduğunu eşidən Fərizə elə hey , " İlham ,
mən sənsiz yaşamayacam ! " , " Söz verirəm , yanına gələcəyəm ,
sənsiz mənə həyat yoxdur ! " deyirdi . Öncə Xırdalan
qəbiristanlığında torpağa tapşırılan İlhamın nəşinin iki gün
sonra ( 22 yanvar 1990 - cı il ) " ŞƏHİDLƏR XİYABANI " na
köçürülməsi qərarlaşdırılır . Həmin gün səhər saat 5 - 6
radələrində Fərizə əhdinə sadiq qalaraq özünə qəsd edir . Və
çox sevdiyi İlhamına əbədi qovuşur . And yerimiz olan
" ŞƏHİDLƏR XİYABANI " nda ilk məzarda öz ölümüylə sevgisini
ölümsüzləşdirən FƏRİZƏ uyuyur ...
30 iyun - " Sevgililər günü " dür . Sevənlərin unudulmaz və
əziz günü . Qoy , bütün sevənlərin dilində " SEVİRƏM ! "
kəlməsi çiçəklənərək gözlərində bərq vursun . Sevgi
yağmurları aydınlatsın könül dünyamızı .
Yazımı şəhid İlhamın anası Ofeliya İbrahimovanın bir
müsahibədə söylədiyi fikirlərlə bitirmək istəyirəm . Ofeliya ana
qəlbinin ağrısını dilə gətirərək qeyd edir : - " Üzümü bütün
gənclərə tutaraq tövsiyə edirəm ki , onlar təmiz sevgi üzərində
ailə qursunlar . Və İlham kimi , Fərizə kimi öz sevgilərinə
sadiq olsunlar . Gənclərə İlham və Fərizə taleyi yox ,
İLHAM və FƏRİZƏ MƏHƏBBƏTİ arzulayıram ! "
YAQUT HÜSEYNOVA