Yaxınlarımdan birinin körpəsini ziyarət etmək üçün onların müalicə
olunduğu xəstəxanaya yollandım . Orada gördüklərim məni dəhşətə gətirdi .
İçin - için sızıldadı qəlbim . Düşüncələrim bir fırtına tək gözlərimdən damla -
damla axdı ...
olunduğu xəstəxanaya yollandım . Orada gördüklərim məni dəhşətə gətirdi .
İçin - için sızıldadı qəlbim . Düşüncələrim bir fırtına tək gözlərimdən damla -
damla axdı ...
Şöbəni körpələrin şirin qığıltısı və gülüşləri bürümüşdü . Həmin gün
həkimin qapısı önündə nə qədər valideyn öz növbəsini gözləyirdi ki ,
uşaqlarını müayinə etdirsin . Birdən hər kəsin diqqətini bir ananın
sakit - sakit ağlamaq səsi çəkdi . Ana körpə balasını bağrına sevgi
və nəvazişlə basaraq göz yaşı tökürdü . Həyat yoldaşı da sanki bu
dərdin içində sükuta qərq olmuşdu . Növbənin çox olduğunu görən
ana : - " Balam can üstədir , icazə verin , həkimin yanına keçək , vaxtımız
azdır ! " - deyə , gözləyənlərə müraciət etdi . Qucağındakı körpənin xırıltılı ,
ağır - ağır nəfəs alması onun gözlərində bir imdada dönmüşdü . Amma
növbədə gözləyənlərdən qarşılıq belə olmadı . Əksinə , " növbəni gözlə ,
biz səhərdən gozləyirik " deməsi yeri - göyü göynətdi . Düşündüm :
- " Bumu İNSANLIQ ?! Bumu HƏYAT ?! "

Nəhayət , uzun - uzadı cəhdlərdən sonra həkimin qəbuluna keçə
bildilər . Körpəyə ilk tibbi yardım göstərildi . Övladının yaşaması , həyatı
naminə valideynlərin tökdüyü göz yaşları və özlərini necə oda - közə
vurması hamını riqqətə gətirdi ...
bildilər . Körpəyə ilk tibbi yardım göstərildi . Övladının yaşaması , həyatı
naminə valideynlərin tökdüyü göz yaşları və özlərini necə oda - közə
vurması hamını riqqətə gətirdi ...
O gün xəstəxanada bir təzadın alovlarında dondu həyat gözlərimdə .
Digər palatada yenə ağır vəziyyətdə olan bir körpə və onun baş
ucunda oturub balasının bapbalaca əllərindən tutmuş gənc bir ana .
Bu mənzərə daha acınacaqlıydı . Övladının başını sığallaya - sığallaya
kədərə qarışan təbəssümüylə nağıllar danışan ana onu ovundurmağa
çalışırdı . Ağrılar içində qıvrılan körpə elə hey : - " Ana , atam gəldi ? "
soruşurdu . Ana isə bu sualdan qaçaraq , körpəsinin fikrini yayındırmağa
çalışırdı . Bu səhnə düşüncələrimi tarimar etdi . Suallar bürüdü dörd bir
yanımı . Sonradan bildim ki , körpənin atası eyş - işrətə uyaraq ailəsini
dağıtmış , övladının adını belə unutmuş !!!
Aman ALLAH ! Üç yaşlı bir körpənin dilində " ata " kəlməsi
sevgiylə , ümidlə , arzuyla dillənir , " ata " nınsa ağrılar içində qıvrılan
balasından xəbəri də yox !!!
HƏYAT ... Dünəni , bu günü və sabahları özündə birləşdirən
mübarizə meydanı ... HƏYAT , hər birimizin rol aldığı böyük bir
səhnə ... HƏYAT , ən əsası yaşayaraq YAŞATMAQDIR !..
Məsum gülüşləri əzablarla rənglənən İKİ QIĞILTI keçdi
gözlərimin önünüdən . Bu fani dünyamızda milyonlarla belə inildəyən
qığıltılar var . Təəssüflər olsun ki , həyatda çoxları ana və ata olmağın
səadətini , valideynlik şərəfini , məsuliyyətini , vəzifə və borclarını hələ
də dərk etmir ...
Yazımı kiçik bir hekayə ilə bitirmək istəyirəm .
" Bir gün bir körpədən soruşurlar :
- Sənin niyə iki əlin var ?
Balaca şirin - şirin gülümsəyərək cavab verir :
- Biriylə ANAMIN , o birisiylə ATAMIN əlindən tuta bilməkçin RƏBBİM
mənə iki əl verib ! "
Qoy , uca YARADAN heç bir körpənin əllərini boş qoymasın , arzusuyla ,