"-Deyirem, ay arvad, kosmetik vasitələrdən qadınlar bilmirəm, gözəlləşmək üçün istifadə edir, yoxsa çirkinliyin gizlətmək üçün... Sən yaxşı bilərsən, dəqiq cavab tapa bilmirəm. Çaşıb qalmışam.
-Nə olub, ay Molla, indi də kosmetika ilə maraqlanırsan? Nəyinə lazım, axı, bu sual?! Lap qəribə adamsaneee...
-Yox, ay arvad, nə danışırsan... Mənim maraqlandığım başqa "kosmetika" dı. Məşədi İbad demişkən, "tarixi-nadiri yarıya qədər oxumuşam, amma bu "kosmetika" ya bir ad verə bilmirəm ki, hansı "brend"ə məxsusdur. Yox edilmiş mozaik şəkil mənə bunu xatırlatdı. Əslində, edilənlər "MOZALAN" sərgüzəştləri kimi dayandı, gözlərimin önündə. Fərq də qəribə idi, bənzətməm də. Qəfildən Dollar yadıma düşdü. Nənəm demiş, ay arvad, elə bil başıma od töküldü. Dolların adı pul eskinazında olsa da, onu deyəndə, milliyyətindən asılı olmayaraq, imtanosiyada da özünəməxsus bir səsləniş var. Amma... Amma deyirəm, pul eskinazlarımız dəyişilsə də, yeni eskinaz adları, təəsssüf ki, çox beynlərdə elə "məmməd" qalıb. Bəli, "məmməd"!!! Lap uşaqlığım yadıma düşdü. Kəndimizdə, məhləmizdə Məmməd adlı birini çağıranda, müraciətdə belə bir hörmət vardı. Fəqət, DAHİ BİR DÜHANIN ÜRƏKLƏRDƏ ƏBƏDİYYƏTƏ QOVUŞAN ADI VƏ SOYADI beynlərə "MOZALAN" lar tərəfindən sadəcə "məmməd" kimi həkk edilməyə məhkum edildi.
Yenə də hardan-hara gəldim. Dilxorluğum fikrimi qarışdırdı. Yadınızdadırsa, bir söhbətimdə "Köhnəlmiş çarıx" larımdan danışmışdım. Məhz o çarıxlarımla qoca vaxtımda metroda addımlaya-addımlaya O BÖYÜK TARİXİ ŞƏXSİYYƏTİN mozaik şəklini axtardım. Divara elə üzlük çəkilmişdi ki, baxan deyərdi ki, divar əzəldən belə olub. Nə şəkil? Nə vaxtsa burada mozaik şəkil olub?! "QƏTİYYƏN!" Bir az da acı-acı gülümsədim. Deyirəm, dünyanın ən istedadlı və nənəm demiş, ən sanballı arxieoloqları gəlsə də 28 may metrosundakı MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN mozaik şəklinin izlərin axtarıb tapa bilməz. ƏSL KOSMETİKA, BAX, budur!!!