Wednesday, April 29, 2015

HÜQUQLARIMIZI BİLƏK Kİ , QURBANA ÇEVRİLMƏYƏK !

   İnsan alveri xüsusilə qadın və uşaq alveri bütün ölkələrin qarşılaşdığı qlobal problemdir . Hər il milyonlarla insan aldadılaraq , satın - alınaraq , digər şəkildə məcbur edilərək , istismara məzruz qalır . Bu insanlar cinayətkar " biznes " üçün gəlir mənbəyi rolu oynayır və insan alverindən əldə olunan gəlir milyardlarla ölçülür . Geniş yayılmış bərabərsizlik problemi , iş imkanlarının azlığı , münaqişələr, ayrı - seçkilik və yoxsulluq ucbatından hər il dünyada insan alverinin potensial qurbanlarının sayı artır .


Şirvan şəhər 11 nömrəli tam orta məktəbdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri Ülviyyə Balayeva bəşəriyyətin qlobal problemi olan " İnsan alveri " mövzusunda keçirilən tədbirdə uşaqlara münasibətdə insan alverinin formaları , insanın istismarı nədir , bu və digər məqamlar haqqında geniş məruzə etdi . Natiq onu da qeyd etdi ki , əsası 1920 - ci il  mart ayının 10 - da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi , general - leytenant Əliağa Şıxlınskı tərəfindən qoyulan Azərbaycan Qızıl Aypara Cəmiyyəti 95 illik zəngin tarixə malikdir . Ötən bu zaman ərzində cəmiyyətin həyata keçirdiyi məqsədyönlü siyasəti qlobal problemlərin həllində mühüm rol oynamış , müxtəlif səpkili maarifləndirici təbliğat layihələri uğurla reallaşdırıb . İnsan alveri probleminin maarifləndirmə və hüquqi yardım təşəbbüslərində effektiv nəticələrə imza atıb . İnsan alveri bu gün öz aktuallığıyla bütün dünyanı narahat edən bəlalardan biridir.Maarifləndirmə və təbliğat layihələrimizin daha çox ümumtəhsil məktəblərində aparılması ümdə vəzifələrimizdəndir . Çünki insan alveri qurbanlarının yüksək faizini yeniyetmə və gənclər təşkil edir .


Ülviyyə Balayeva " Mən miqrantam " mmövzusunda da fikirlərini bölüşdü. O vurğuladı ki , Beynəlxalq Miqrasiya Təşkilatının ( BMqT ) və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ( Az QAC ) birgə əməkdaşlığının nəticəsi olaraq Az QAC - ın 7 Regional Mərkəzi və Miqrasiya İnformasiya Məntəqələri yaradılıb ki , hər kəs bu məntəqələrin fəaliyyətindən bəhrələnməlidir . Unutmamalıyıq ki , miqrasiya yeni imkanlar gətirdiyi halda , hüquqlarımızı bilmədiyimiz zaman böyük problemlərə də yol açır . Ona görə də tənzimlənən miqrasiya barəsində ətraflı bilgiyə malik olmalıyıq . Özümüzü tənzimlənməyən miqrasiyanın gətirəcəyi bütün bəlalardan qorumağa çalışaq ki , insan alverinin qurbanına çevrilməyək .
 Tədbirdə mövzuyla əlaqədar video - çarx izləndi . Şagirdləri maraqlandıran suallar cavablandırıldı . Sonda məktəbin direktoru Kamandar müəllim tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək , bu missiyanın silsilə xarakteri almasının vacibliyini qeyd etdi .


Şirvan QAC - nin eyni adlı tədbiri Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə də keçirildi . Məktəbin direktoru Səadət Quliyeva qonaqları salamladıqdan sonra mövzuyla bağlı çıxış edərək real faktlardan danışdı . Müasir dünyanın insan alveri və digər bu kimi bəlalarından gələcəyimizi qorumaq üçün aparılan təbliğatların , görülən işlərin vurğulayaraq , hər kəsi gözəl gələcək naminə səfərbərliyə çağırdı . 
    Məktəblilər insan alverindən necə qorunmaq olar layihəsini əhatə edən video - çarxı izlədikdən sonra qonaqlar şagirdlərlə  geniş fikir mübadiləsi apardı . 


                                                                     YAQUT   HÜSEYNOVA 

No comments:

Post a Comment