Wednesday, April 4, 2018

"YIXILDIQ, HAMIMIZ ÖZ QOLUMUZDAN!"

Yıxıldıq, hamımız öz qolumuzdan,
Yıxıldıq, qocalar evlərinə biz!
Yıxıldıq, hamımız öz qolumuzdan,
Yıxıldıq, xəyanət künclərinə biz!

Yıxıldıq, hamımız öz qolumuzdan,
Yıxıldıq, ümiddən ümidsizliyə!
Yıxıldıq, hamımız öz qolumuzdan,
YIXILDIQ!!!
Doğmalar içində kimsəsizliyə!

Yıxıldıq, hamımız öz qolumuzdan,
Yıxıldıq, gerçəkdən xəyallara biz!
Yıxıldıq, hamımız öz qolumuzdan,
Yıxıldıq, rüşvətdən saraylara biz!

Yıxıldıq, hamımız öz qolumuzdan,
Yıxıldıq, doğrudan min yalanlara!
Yıxıldıq, hamımız öz qolumuzdan,
Çevrildik, insandan CAN ALANLARA!

Yıxıldıq, hamımız öz qolumuzdan,
GÜNƏŞ də yıxıldı, ulduzlarından!
Yıxıldıq, hamımız öz qolumuzdan,
Təbiət seçilmır quduzlarından!

Yıxıldıq, hamımız öz qolumuzdan,
VƏTƏN də yıxıldı, PARALARINDAN!!!
Yıxıldıq, hamımız öz qolumuzdan,
ALLAH da yıxıldı, "İNSAN" adından!!!

Yıxıldıq, hamımız öz qolumuzdan,
"ALLAHU ƏKBƏR" LƏ çökdü, KƏRBƏLA!
Yıxıldıq, hamımız öz qolumuzdan,
Yaranış əzəldən qalıb çaqqala!

Yıxıldıq, hamımız öz qolumuzdan,
Uçrumlar çoxaltdı, başda "TACLARI"!
Yıxıldıq, hamımız öz qolumuzdan,
Doyurmaz, sonralar gözü acları!

Yıxıldıq, hamımız öz qolumuzdan
Sığındı laylalar uşaq evinə!
Yıxıldıq, hamımız öz qolumuzdan,
Haqqın da gözləri baxdı çəpinə!

Yıxıldıq, hamımız öz qolumuzdan,
Qan qoxdu millətin bayram aşından!
Yıxıldı, TARİXİN səhifələri də,
KÖRPƏ XOCALININ MƏZAR DAŞINDAN!!!


                                                         Yaqut Hüseynova





No comments:

Post a Comment