Tuesday, June 25, 2019

"KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!" (nəzirə)

   


   Bu günlərdə mercekhabergazetesi.com saytında qazeteci-yazar Mehmet Zengin in "SIFIRDAN BİR NESİL YETİŞTİRMEK DURUMUNDAYIZ" adlı yazısını oxudum. Mükəmməl bir yazı idi. Yazıda bu abzas daha çox diqqətimi çəkdi. Yazar vurğulayır ki, "bu gün, Vatanını ve milletini seven, sorgulayan, beynini kiraya vermeyen ve hiçbir şart altında kişisel menfaatini ülkesi ve milletinin menfaatinden önde görmeyen birey yetiştirilmesi eğitimin ana hedefi olmalıdır..." Qeyd edilən cümlədəki "beynini kiraya vermeyen" kəlməsi "KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR" adlı şeirimin yazılmasına səbəb oldu. 

Yazının linki: https://www.mercekhabergazetesi.com/makale/1562728/mehmet-zengin/sifirdan-bir-nesil-yetistirmek-durumundayiz


Kiminin arzusu, kiminin qəlbi,
KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!
İndi çox yazinin, şeirin təbi,
KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!


Qaçdıq özümüzdən özgələr kimi,
Böldük VƏHDƏTİ də döngələr kimi,
Artıq həyatın da sevinci, qəmi.
KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!


CANLI CƏSƏDLƏRLƏ doludur ətraf.
Günahkar RUHLAR da dolaşır "saf-saf "!!!
Qaranlıq gecələr, açılan sabah,
KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!


Çaşdırıb bu həyat dostu, yadı da,
Qırılıb ALLAHIN ümid qanadı!!!
İNSANLIQ özü də, İNSAN adı da,
KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!




                                                    
                                                                       

    
                                                                            Yaqut Huseynova

















No comments:

Post a Comment