Sunday, May 24, 2026

'' GÜRBETİN ANLAMIN SORMAYIN BANA!"

Gürbetin anlamın sormayın bana,
BABAMIN hasreti dökülür dile!
Gürbetin anlamın sormayın bana,
Gizli bir acıdır sevinci bile!

Gürbetin anlamın sormayın bana,
Güneşi ısıtmaz canını bile!
Gürbetin anlamın sormayın bana,
Rüzgarı dokunur kalbine bile!



                                                        YAQUT VAFİQQIZI

Monday, December 30, 2024

PENDİKTEN GAZZEYE

  Eğitim-Bir-Sen 4 nolu Şubesi ve Sivil Toplum Kuruluşlarıyla birlikte "Gazze'ye Bir Nefes” programlarının İstanbul'daki

ilk ayağı Pendik'te gerçekleştirildi.
Siyonist İsrail’in katliamlarına dikkat çekmek,farkındalık yaratmak ve uykudadır Müslümanlarının uyanmasına,silkilenmesine vesile olmak; hepsinden önemlisi Filistinli kardeşlerimizin yanında olduğumuzu gostermek,onlara bir nefes olmak gayesiyle gerçekleşen söyleşi çok sayıda katılımcı ile gerçekleşti. Sanat,akademi ve spor dalından konuşmacıların katıldığı programda bendeniz de bir kısa konuşma ve şiirimle katkı sağlamaya çalıştım.



23 Aralık tarihinin Gazze ve tüm dünyada şehit edilen çocukları anma günü

 23 Aralık tarihinin Gazze ve tüm dünyada şehit edilen çocukları anma günü olarak kabulü için ankete destek verelim.

Monday, April 10, 2023

"MEHMEDİM ("Barış Pınarı" harekatının mehmetciklerine)

 


DUALAR okunur senin adına,
Seferin mübarek olsun, MEHMEDİM!!!
İsminiz yazılmış ALLAH katına,
Seferin mübarek olsun, MEHMEDİM!!!

Çıktığın yollarda ZAFERLER senin,
"BARIŞ PINARI" ndan yükselsin sesin!!!
Düşmanı mahf edip kökünü kesin,
Seferin mübarek olsun, MEHMEDİM!!!

Yırtıp perdeleri, açtın iç yüzü,
Anlattın çakkallar aksatmaz düzü!!!
Elinle silinsin TERÖRÜN izi,
Seferin mübarek olsun, MEHMEDİM!!!

Hezreti Zeynepin yatdığı toprak,
Sayende yeniden azad olucak!!!
AZANLAR okundu, dağıldı tuzak,
Seferin mübarek olsun, MEHMEDİM!!!


Gazeteçi-Yazar, Şair

"Düşünen beynler kuruyan zaman!"

 

Dünyanın nizamı pozular hemen,
Düşünen beynler kuruyan zaman!
Oyanış röyaya yozular hemen,
Düşünen beynler kuruyan zaman!

Deyişer Siratın istikameti,
Yeyiler zehirli başların eti,
En kutsal şeylerin yok kerameti,
Düşünen beynler kuruyan zaman!


Yaqut Hüseynova

"MASKA"

Qorxusu o qeder böyük ki ONUN,

Çaşıbdı önünde deyişen "donun",
Baskıyla başlayan cığırın, yolun,
MASKALI olacak her görüntüsü!

ALLAH da çox qorxdu
YARATDIĞINDAN,
EHLETLE terpedib oyatdığından!
Gülüşler aşarsa, ürek dağından,
MASKALI olacak her görüntüsü!



Yaqut Hüseynova





"ONLAR GİDİNCE..."

ONLAR GİDİNCE...

Hayat sanki değişer. Sıcakların yerini soğuklar alar....

ONLAR GİDİNCE...

Gökdeki güneş bile sadece bir ışıltıdan ibaret olur kalanlar için...

ONLAR GİDİNCE...

Geceler ayın şahitliği ile okunan ninniler bile anlamsız kalır....

ONLAR GİDİNCE...

Dört mevsime sığmaz insan, yeni mevsim arar yürek....

ONLAR GİDİNCE...

Hayallerin, arzuların da onunla birlikte kuş gibi uçub gider ellerinden.....

ONLAR GİDİNCE...

Göz yaşları da kayb olar yüreğinde....

ONLAR GİDİNCE...

Hayat da kopar tüm varlığından. Çünki daha kimse sana onun gibi sarılıb okşamayacak.....
Bak, onlar gidince ömür kitabının satırlarında tamamlanmamış bir sızıltı kalar....
O sızının tek bir adı var, ANALAR Gidince....
Unutma, analar gidince varlığının ayak izleri bile tüm yüreklerden siliner.........

"GÖZLƏRİNƏ BAX!"

 Həyatı tanımaq istəsən, əgər,

ATASIZ qızların gözlərinə bax!

Dörd fəslin rəngini duymaq istəsən,

ATASIZ qızların gözlərinə bax!

"ANNESİN ARAYAN ÇOCUKLAR GİBİ!"



Gökler de ağladı, ey Yüce Rabbim,

Kimsesi kalmamış çocuklar gibi!
Ruhumun yolunda kayboldu beynim,
Kimsesi kalmamış çocuklar gibi!

Günahdan arındı sanki yer yüzü,
Kefensiz uyuyan çocuklar gibi!
Sarılan yarada bütün umutlar,
Annesini arayan çocuklar gibi!


                                              Yaqut Hüseynova





"İYLƏNMİŞ RUHLAR"

Baxırsan görnüşü adama bənzər,

Ağzı var, dili var, əli, ayağı...
Şah sayır özünü neçə QUL BEÇƏ,
Çatmayır əlində saqqal darağı!!!

Adamlar gördüm ki, varlığı, fəqət,
İYLƏNMİŞ RUHLARIN xarabasıdır!!!
Adamlar gördüm ki, sağlığı, fəqət,
İnsanlıq adının ÜZ QARASIDIR!!!


Tuesday, June 25, 2019

"KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!" (nəzirə)

   


   Bu günlərdə mercekhabergazetesi.com saytında qazeteci-yazar Mehmet Zengin in "SIFIRDAN BİR NESİL YETİŞTİRMEK DURUMUNDAYIZ" adlı yazısını oxudum. Mükəmməl bir yazı idi. Yazıda bu abzas daha çox diqqətimi çəkdi. Yazar vurğulayır ki, "bu gün, Vatanını ve milletini seven, sorgulayan, beynini kiraya vermeyen ve hiçbir şart altında kişisel menfaatini ülkesi ve milletinin menfaatinden önde görmeyen birey yetiştirilmesi eğitimin ana hedefi olmalıdır..." Qeyd edilən cümlədəki "beynini kiraya vermeyen" kəlməsi "KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR" adlı şeirimin yazılmasına səbəb oldu. 

Yazının linki: https://www.mercekhabergazetesi.com/makale/1562728/mehmet-zengin/sifirdan-bir-nesil-yetistirmek-durumundayiz


Kiminin arzusu, kiminin qəlbi,
KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!
İndi çox yazinin, şeirin təbi,
KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!


Qaçdıq özümüzdən özgələr kimi,
Böldük VƏHDƏTİ də döngələr kimi,
Artıq həyatın da sevinci, qəmi.
KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!


CANLI CƏSƏDLƏRLƏ doludur ətraf.
Günahkar RUHLAR da dolaşır "saf-saf "!!!
Qaranlıq gecələr, açılan sabah,
KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!


Çaşdırıb bu həyat dostu, yadı da,
Qırılıb ALLAHIN ümid qanadı!!!
İNSANLIQ özü də, İNSAN adı da,
KİRAYƏ VERİLƏN EVLƏRƏ BƏNZƏR!




                                                    
                                                                       

    
                                                                            Yaqut Huseynova

















Saturday, June 15, 2019

"TƏNHA QALANDA"


Bilirsən,  ÜMİDLƏR  nə zaman bitir,
Ümidlər özü də ÜMİD umanda!
Xəyalda buludlu kölgələr itir,
Özünlə baş-başa TƏNHA qalanda!!!






                 

                                                                                Yaqut Huseynova 
   



Thursday, June 13, 2019

ABDURRAHİM KARAKOÇ:- "TUT ƏLLƏRİMDƏN..."


   
   Həyat qəribədir, nə zaman nə ilə qarşılacağımızı özü tənzimləyir, sanki özü belə olmasını istəyir. Bağladığımız dəftərləri zamanı gəlincə, özü bizə, yenidən məhz qəlbimizin əli ilə açdırır. Halbu ki, o vərəqlərin son səhifəsi elə ürəyimizin özünə etdiyi son etiraflarla qapanmışdı... Həyat bu!!! Bəzən gətirəcəyi və verəcəyi bizə möcüzə kimi görünsə də, acıları şəkərə çevirən, məhz yaşananlardı. Daha doğrusu, yaşamaq istədiklərimizdir. Əslində, ömrümüz gözlədiyimiz həqiqətlərlə bizi tanış edərkən, içimizdən səssizcə bir kəlmə keçir:-"Həyatımın rəngi tamamlandı..." Dünya fani, amma rəngləri əbədi... Fəqət, qəlbimizin rəngini sevgi və bağlılıq yansıdır. O elə bir rəngdir ki, hər həyatın payına düşmür, hər ömrün səmasında dua yağmurlarından sonra, doğan göy qurşağı kimi parlamır. O elə bir göy qurşağıdır ki, hər rəngində ÜMİDİN ARZULARIN anlamı dil açır. O anlamlar, bəzən həzin bir musiqi kimi yansıyar düşüncələrə, duyğulara. Dinlədikcə, yorulan RUHUMUZUN acısı unudular və yaxud zamanla azalar. Aradakı fərqi, məhz özün duyarsan. Amma bu fərqin nuru ətrafına da sıçrayar. Nəticədə yolculuk başlayar... İNSANIN özünə yol aldığı yolçuluk... Bəlkə də ilk addımlar qorxudar səni, amma cəsarət, yenidən həyatı qazanmaq, daha doğrusu həyatın bir zaman düşünmədən İTİRDİYİ SƏNİ qazanmaq duyğusu yoluna mum kimi işıq salar. Mumun saçdığı işıq kiçik olar, fəqət o nurun içindəki inamla birgə yaratdığı vəhdətin parıltısı gözləri qamaşdırar. Artıq sən həyatı yox, həyat səni və addımlarını izləməyə, öyrənməyə çalışar gizlin-gizlin olsa da. Öyrəndikcə, bəzən məsum bir cocuk kimi də gülümsər üzünə... Yenə də aldanmazsan, bu gülümsəmələrə... Çünki çox gözəl bilirsən, bəzi gülümsəmələrin ürəyində açdığı yaraların izi heç vaxt qapanmır. Çox vaxt qapanmış kimi görünər... Fəqət, o yaralardan axan qanın rəngi çöhrəndəki sirri çözülməyən baxışlarda ortaya çıxar... 





   
   Üzləşdiyin həqiqətlərdən qorxmazsan. Çünki həqiqətlər incidər insanı, amma yaralamaz. Dürüstcəsinə davranar bizlə. XƏYAL qırıqlıqlarına uğratmaz düşündüklərimizi. Çünki "məni olduğum kimi sev, olduğum kimi tanı" deyər, bizə həqiqətlər. Ən əsası da "olduğum kimi qəbul etmənə gücün yetəcəkmi, mən heç bir zaman dəyişməm deyər, dəyişdiyim zaman da adım həqiqət olmaz ki!!! Mənim bu olmazım, sənin var olanın ola biləcəkmi?" deyə, suallar verər sənə. Bu sual düşünməyə zaman tanımaz. Bəlkə də həyatın yeganə sualıdır ki, cavabı düşünüldüyü zaman yox olaraq, min dondan-dona girər!!!
   Həyatı sevinclərlə sevməyə alışıb insan. Amma həyatda elə söylənilənlər var ki, sevincdən də ötə olar.  Dərininə vardıqca, incidiyimiz, daha doğrusu, qəlbimizi incidən doğruların mahiyyətindəki həqiqətləri görərik və susarıq, ŞİKAYƏT adlandırdığımız kəlmələrin önündə...
   Sakitcə bir köşəyə çəkilərik. Yenidən yıxılmaqdan qorxarıq, inandıqlarımız tərəfindən. "XƏYALLARIM YOXDUR..." deyərik, özümüzlə söhbətdə. Amma unudarıq ki, XƏYALSIZ İNSAN yoxdur. Sadəcə  XƏYALLARINI nəinki ətrafından, özündən belə GİZLƏYƏNLƏR var... 
   
   ÜSYAN edərik... ÜSYAN DOĞRULARIN duyulmayınca hayqırışlarla söylənilməsidir. 

-Ən böyük ÜSYAN bilirsən, nədir? 

-ÖZÜMÜZÜN özümüzə söylədiyimiz, fəqət duymaq istəmədiyimiz DOĞRULARIMIZDIR!!!


   

  
    Həyatımız kitablıqları xatırladar. Fərqli cildlərdə olan kitablarla zəngin kitablığı. Varlığımız o kitablığın MƏCMUSU KİMİDİR... Səhifə-səhifə vərəqlənər sevdiklərimizin qarşısında, amma YALNIZ BİZİ SEVƏN tərəfindən sətir-sətir anlayaraq oxunar. Çözümlər bulunar, gah araşdırılar, gah da oxunduqca susqunluqlar yaranar. SUSQUNLUQLAR, cavabını aradığımız sualların toplusudur. Bəzən o toplu birər-birər cavablara varar, həm öz içində, həm də  SEVDİYİNİN  səbrlə, sevgiylə bir dost kimi söylədikləri ilə... Bəzən soruşmaqdan qaçarsan, çünki zamanla alınan yaraların ağrılarını yenidən yaşatmaqdan qorxarsan. Çünki SEVMƏK incitmək deyil, qəlbinlə duya bilməkdi dərinlikləri. Onlar haqda danışmadan belə... Sevgini ararsan, bir həqiqət dayanar qarşında, məhz bu kəlmələrlə:-"EŞQ UMİD DEYİLDİR, SEVGİ SEVGİNİ dəlicə yaşamaqdır, bütün həqiqətləri ilə bir ömür YAŞAMAQDIR!" Ətrafın, sanki bir sehrə bürünər. GÜLMƏK istərsən... Və anlayarsan ki, GÜLMƏK üçün heç bir sehrə ehtiyac yox, SEVƏNİN varlığını duya bilmək gərək. Onun var olmasına bütün varlığın və qəlbin ilə izn verə bilməkdir....




                  
                       SEHİRLİ  GÜLÜŞLƏR  DİLƏYİ  İLƏ,

                              
                                                                       
                                                                                  Yaqut Huseynova 
   




                    



                                 







Wednesday, June 12, 2019

"Köçürmək istədik, RƏSMLƏRƏ BİZ!"

ÜRƏYƏ deyil də, GÜLÜŞÜ ancaq,
Köçürmək istədik, RƏSMLƏRƏ BİZ!
HƏYATI tələsik, vaxt itirmədən,
Köçürmək istədik, RƏSMLƏRƏ BİZ!

RƏSMLƏR böyüdü çərçivələrdə,
Bəlkə də umuruq, təsəlli ondan!
Dünyanın həqiqi mənzərəsi bu-
BƏYAZA bükülən RƏSMDİ İNSAN!

Görüntü aradıq, fəqət, bilmədik,
ALLAHIN QƏLBİNDƏ necə biriyik!!!
Dönüb rəsmlərə, fəqət bilmədik,
RUHUMUZ ÖLÜMÜ, yoxsa DİRİYİK!!!



                  


                                                                  Yaqut Hüseynova





"GÜLÜŞÜM kədərdən yoğrulub mənim!"

Taleyin oyunu bitməyir nədən,
GÜLÜŞÜM kədərdən yoğrulub mənim!
Sabahın ilməsi kopmaz dünəndən,
GÜLÜŞÜM kədərdən yoğrulub mənim!


Günahsız günahkar eləyib məni,
Susduqca bitmədi ittihamların!
Doydunmu, ey həyat, verdiklərindən,
Susduqca bitmədi ittihamların!









                                                                     Yaqut   VAFİQQIZI