Sunday, April 8, 2018

"...SƏNLƏ MƏN KİMİ!..."




Fəsillər dəyişdi öz axarında,
Fərq  isə duyuldu, SƏNLƏ MƏN KİMİ!
Üç nöqtə qoyuldu söz axırında,
Fərq  isə duyuldu, SƏNLƏ MƏN KİMİ!


İzimiz üst-üstə düşdü hər səhər,
Boğdu qəlbimizi boğdu, qəm-qəhər,
Həyatda qalmaqçın güldük birtəhər,
Fərq  isə duyuldu, SƏNLƏ MƏN KİMİ!


Sanırdım, yoxluğum incidər səni,
Vicdanın cəllad tək dindirər səni!
VURDUĞUN YARADA axtarsan MƏNİ,
Fərqi də duyular, SƏNLƏ MƏN KİMİ!


Dəyişdin torpağın gözümdə rəngin,
Getdiyin cığırın zahiri "zəngin",
Dediyin sözlərin, vurduğun zəngin,
Fərqi də duyuldu, SƏNLƏ MƏN KİMİ!


Bəndəsi olsaydın, EŞQ adlı DİNİN,
Sürərdin səfasın hər ayəsinin,
Ayrılıq gətirən "BİZ" kəlməsinin,
Fərqi də duyuldu, SƏNLƏ MƏN KİMİ!


Baxışlar sevgidən danışan zaman,
Ümidim dil açdı, itəndə güman,
Tək bunu yaşamaq istədim, ancaq 
QƏLBİNDƏ SƏN KİMİ, SƏNDƏ MƏN KİMİ!!!





                                                   Yaqut Hüseynova






Wednesday, April 4, 2018

"YIXILDIQ, HAMIMIZ ÖZ QOLUMUZDAN!"

Yıxıldıq, hamımız öz qolumuzdan,
Yıxıldıq, qocalar evlərinə biz!
Yıxıldıq, hamımız öz qolumuzdan,
Yıxıldıq, xəyanət künclərinə biz!

Yıxıldıq, hamımız öz qolumuzdan,
Yıxıldıq, ümiddən ümidsizliyə!
Yıxıldıq, hamımız öz qolumuzdan,
YIXILDIQ!!!
Doğmalar içində kimsəsizliyə!

Yıxıldıq, hamımız öz qolumuzdan,
Yıxıldıq, gerçəkdən xəyallara biz!
Yıxıldıq, hamımız öz qolumuzdan,
Yıxıldıq, rüşvətdən saraylara biz!

Yıxıldıq, hamımız öz qolumuzdan,
Yıxıldıq, doğrudan min yalanlara!
Yıxıldıq, hamımız öz qolumuzdan,
Çevrildik, insandan CAN ALANLARA!

Yıxıldıq, hamımız öz qolumuzdan,
GÜNƏŞ də yıxıldı, ulduzlarından!
Yıxıldıq, hamımız öz qolumuzdan,
Təbiət seçilmır quduzlarından!

Yıxıldıq, hamımız öz qolumuzdan,
VƏTƏN də yıxıldı, PARALARINDAN!!!
Yıxıldıq, hamımız öz qolumuzdan,
ALLAH da yıxıldı, "İNSAN" adından!!!

Yıxıldıq, hamımız öz qolumuzdan,
"ALLAHU ƏKBƏR" LƏ çökdü, KƏRBƏLA!
Yıxıldıq, hamımız öz qolumuzdan,
Yaranış əzəldən qalıb çaqqala!

Yıxıldıq, hamımız öz qolumuzdan,
Uçrumlar çoxaltdı, başda "TACLARI"!
Yıxıldıq, hamımız öz qolumuzdan,
Doyurmaz, sonralar gözü acları!

Yıxıldıq, hamımız öz qolumuzdan
Sığındı laylalar uşaq evinə!
Yıxıldıq, hamımız öz qolumuzdan,
Haqqın da gözləri baxdı çəpinə!

Yıxıldıq, hamımız öz qolumuzdan,
Qan qoxdu millətin bayram aşından!
Yıxıldı, TARİXİN səhifələri də,
KÖRPƏ XOCALININ MƏZAR DAŞINDAN!!!


                                                         Yaqut Hüseynova





Friday, January 5, 2018

MOLLA PƏNAH VAQİFİN 300 illik yubleyinə həsr olunmuş tədbirdən...


Jurnalist-yazar YAQUT VAFİQQIZI



“BAŞLAR KƏSƏNDƏ”


Daha çin olmayır, nağılda belə,
Sən qızıl balığa arzu desən də!
Kədər də, sevinc də gəlməyir dilə,
Amansız həyatdan ürək küsəndə!

Dəyişər iqlimin səmti, yeri də,
Gilavar yerinə xəzri əsəndə!
"ÖLÜLƏR" çalışdı bizi diril də,
"ALLAHSIZ" damğası başlar kəsəndə!



                                                                       YAQUT HÜSEYNOVA





Friday, June 9, 2017

"SORUŞ", "QAMÇI" dan parça...


                                                      (ATAMIN əziz xatirəsinə)


Çörəyin ətrini, suyun dadını,
ATASI rəhmətə gedəndən soruş!
Kədərin təzəsin, həm boyadını,
ATASI rəhmətə gedəndən soruş!


Qazılan məzarın dərinliyini,
Cəhənnəm odunun sərinliyini,
Dostun da, yadın da sən kimliyini,
ATASI rəhmətə gedəndən soruş!
Dostun da, yadın da sən kimliyini,
ATASI rəhmətə gedəndən soruş!






                                                                 Yaqut Hüseynova












"YANIMDA YOXSAN"

  
                                                     (ATAMIN əziz xatirəsinə)

Deyirlər, atalar qızın çox istər,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!
Hər kəsin atası qapı döyəndə,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!


Gözlərim doymadı baxışlarından,
Əcəlin utandı göz yaşlarından,
Adını aradım baş daşlarından,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!

Qapıdan çıxanda həzin gülərdin,
"Sənə arxayınam, qızım..." deyərdin,
Hər axşam evinə sən tələsərdin,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!

Həmişə əlimdən möhkəm tutardın,
Taqətsiz əllərin bağrımı yardı,
Ağlasam ürəyin bunu duyardı,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!



                                  
                                                                               Yaqut Hüseynova












Tuesday, June 6, 2017

"MƏZAR BAŞINDA"

                                            
                                                  ( ATAMIN əziz xatirəsinə )



O necə mənzildi,necə ünvandı,
Nə bir pəncərəsi var, nə də qapısı.
Gələni qapıdan qaytarar geri,
Qonağın cavabsız qalar acısı.


Gələni duysa da qapısın açmaz,
Sovqatı çiçəklər, xatirə olar.
Göstərməz üzünü, kəlmə danışmaz,
Sirrini gizləyər, özüylə saxlar.



                                                       Yaqut Hüseynova