Wednesday, August 24, 2011
Tuesday, August 23, 2011
TƏLƏBƏLİK ALBOMUMU VƏRƏQLƏYƏRKƏN ...
Tələbəlik illərindən mənə əbədi yadigar qalmış şəkil
albomumu sevinclə dolu kövrək xatirələrlə vərəqləyirəm .
Gah gözlərim dolur , gah da ki rəsmlərdə donub qalmış
dörd illik zaman kəsiyindən yenidən keçirəm . Ürəyim
gözlərimdə dillənir . Ömrümün əvəzolunmaz sevincinin və
şirin qayğılarının əks olunduğu tələbəlik illərinin
sətirlərinə dönən xatirələri pillə - pillə qalxıram . Bu
rəsmlər özündə həyatımın bir parçasını yaşadır . Hər
dəfə albomumu vərəqləyəndə bir rəsmin xatirəsi məni
çox incidir . Qəribəsi də budur ki , həmin şəkil
albomumda yer almayıb ...
Naxçıvan Dövlət Universitetinin jurnalistika
ixtisasının ikinci kursunda oxuyurdum . Eyni zamanda
Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı olan
" NUH YURDU " qəzetinin ştatdankənar müxbiriydim .
Yazılarım bu mətbu orqanında müntəzəm dərc
olunurdu . Bir gün qərara aldım ki , şəhərdə yenicə
fəaliyyətə başlayan Gözdən Əlil olan uşaqlar üçün
xüsusi ibtidai məktəbdən yazı hazırlayım . Və bu
məqsədlə adıçəkilən ünvana yollandım . Məktəbin
direktoru Mətanət Əhmədova və MR - in Gözdən
Əlillər Cəmiyyətinin sədri Cəmşid Abdullayevlə
görüşdüm . Təhsil ocağıyla yaxından tanış olub
lazımi materialları topladım . Ən unudulmaz an isə
mənimçin bu məktəbdə təhsil alan ilk sinfin
üzvləriylə görüşməyim oldu . Sanki zaman həyatın ən
saf , ən ülvi məkanında dayanmışdı . Sinif otağında
əyləşən körpə fidanların təmiz dünyasında qəlbim
sözlə ifadə edə bilməyəcəyim hüzur və duyğularla
dolmuşdu . Özləri tək adları da gözəl idi . Məktəbin
direktoru müsahibənin sonunda bildirdi ki , NDU - nun
tələbələri könüllü olaraq məktəbimizlə əlaqə saxlayır
və uşaqların dünyagörüşünün formalaşmasında işimizə
yardım edir .
O gündən mən də bu nəcib missiyaya qoşulmaq
üçün Mətanət xanımdan icazə aldım . Beləcə bu
təhsil ocağı mənə getdikcə doğmalaşdı . Tez bir zamanda
uşaqlara qaynayıb - qarışdım . Onlara elə bağlanmışdım ki ,
dərsim olan günləri səbrsizliklə gözləyirdim . Körpə
fidanların dünyası mənə çox şey öyrətdi . Onu da etiraf
edim ki , bu balacaların sirli yazılarını - " BRAYL " yazı
sistemini heç cür öyrənə bilmədim .
Deyirlər , hər kəs öz ömür payını yaşayır bu
dünyada . Onunçun ayrılmış tale yollarını addımlayır .
Kimi səadət günəşinin al şəfəqləri , kimisə ümid
çırağının zərif şölələri altında qət edir bu cığırları .
İşıqlı sabahlara inana - inana yaşayır , yaradır insan .
Bəzən əbədi zülmətin tikanlı məftillərinə ömürlük
əsir düşmüş gözlərin sükutunda , sevincində , giryanında
dillənir həqiqət . Onların da nuru uyumuş gözlərində
acı gerçək belə nəql edirdi hər birinin hekayətini .
Sinifdəki uşaqların bəzilərinin gözləri çox zəif ,
bəzilərininki isə dünya nurundan məhrum idi . Amma
bütün bunlara baxmayaraq , çox savadlı , düşüncəli və
istedadlı idilər . Onların əl işlərinə baxanda yerimdəcə
donub qalırdım . Düşünürdüm ki , ALLAHIM , insan təbiəti ,
gözəllikləri və rəngləri görmədən bunları necə yarada bilər !..
Çox gözəl musiqi duyumları vardı . Dərslərimiz bir - birindən
maraqlı keçirdi , ürəyimdə dərin iz buraxan günə qədər ...
Həmin gün tələbə yoldaşlarımla birlikdə şəhər gəzintisinə
çıxıb xatirə şəkilləri çəkdirdik . Fotoaparatın lentində boş
kadrlar qalmışdı . O gün məktəbdə dərsim də vardı .
Fotoaparatı götürüb dərsə getdim . Uşaqlar şəkil çəkdirəcəyimizi
biləndə çox sevindilər . Sinfin ən dəcəli , ən balacası olan
Təbriz məndən fotoaparata baxmağı xahiş etdi . Və balaca
əlləriylə ona toxundu . Şəkil çəkdirmək məqamında Təbrizdən
fotoaparatı istədim və ona cərgədə durmağını bildirdim .
Birdən Təbrizin sevinc dolu səsi , sanki yox oldu .
- " Nə oldu , Təbriz , niyə bikef oldun ? " - deyə ,
soruşdum . O isə nuru əbədi donmuş masmavi
gözlərini bir nöqtəyə dikib , dərindən köks ötürdü
və heç bir söz demədi . Bu mənzərə məni çox
narahat etdi . Onun gözlərinə nəzər saldım , giley dolu
baxışlarını heç cür çözə bilmədim . Beləcə şəkil çəkdirdik .
Hər kəs öz yerini aldı . Dərsi davam elədim . Birdən
Təbrizin hıçqırtısını eşidib , niyə ağladığını yenidən
öyrənməyə çalışdım . Uzun - uzadı səssizlikdən sonra
Təbriz yalnız bunları söyləyə bildi : - " Müəllim , şəkli
mən çəkmək istəyirdim . Görmədiyimə , görəmi fotoaparatı
məndən aldınız ?!. Amma mən hər şeyi görürəm , hər
kəsi duyuram !.. "
O an dünya başıma fırlandı . Gözlərim dolsa da ,
özümü ələ aldım . Və gülərək ona yaxınlaşdım : - " Təbriz ,
bəs niyə demədin ki , şəkli sən çəkmək istəyirsən ? Bir
də bunu unutma , kaş hər kəs sizin tək bütün kainatı
saf hisləriylə görməyi bacaraydı . Al , fotoaparatı istədiyin
qədər şəkil çək . Hə , Təbriz , götür . "
Bir qədər sakit dayandıqdan sonra Təbrizin gözlərinin
gileyi , kədəri şirin gülüşlərdə yox oldu .
Aradan bir neçə gün keçmişdi . Tələbə yoldaşlarım
lenti yandırdığıma görə məndən çox incidilər . Lentin
məhv olduğuna görə üzülsəm də , içimdə hüzur dolu
rahatlıq vardı . Çünki DƏNİZDƏN qopan bir cüt
MASMAVİ DAMLA yenidən ÜMİD və SEVİNC
dəryasına qərq olmuşdu ...
Yazılan taledən qaçmaq olmayır ,
Uyuyub işığı , nuru gözümün !
Kədər də çiçəkdir , lakin solmayır ,
Uyuyub işığı , nuru gözümün !
Sönübdür gözlərim , yanan qor deyil ,
Giryanım şərbətdir , daha şor deyil ,
Gözüm kor olsa da , qəlbim kor deyil ,
Uyuyub işığı , nuru gözümün !
YAQUT HÜSEYNOVA

KÖNLÜMÜN ARADIĞI GÖZƏLLİIK ...
hər dəfə bura gələndə ruhuma ilahi rahatlıq , qəlbiməsə əvəzolunmaz
hüzur çökürdü . Bu hüzur içində gözlərimə ülvi bir sevginin nuru
şəfəq saçırdı . Sanki dünyaya yenidən gəlirdim , yenidən doğulurdum .
Çiçək dənizində gözlərimi mavi səmaya dikərək , yenə də özümlə
təkliyə çəkildim . Yaralı qəlbimin səsini , hər atışını divardakı
saatın səsini dinlədiyim tək dinləməyə başladım . Dərin xəyallara
dalaraq xatirələrlə görüşdüm . ƏFSUS !.. Şirin xəyallarımdan acı
gerçəkliyə körpü salındı . Bu körpüdən keçə - keçə həyatın
enişli - yoxuşlu yollarında bir dərvişə dönən gözlərimlə hüzur
bulduğum bu cənnət məkanında sarı çiçəyi aradım . Bir - birindən
gözəl , ətirli gülləri baxışlarıma düzə - düzə sevimli çiçəyimi
harayladım .
Nəhayət , bağçanın ən gözəl yerində bitən Sarı Çiçəyimi
gördüm , tez ona tərəf qaçdım . Və bütün bağçanın çevrəsinə
nəzər saldım . Unudulmaz mənzərəydi ; sanki bağça bu
çiçəyin varlığından şəfəqlənirdi , ülviləşirdi . Onun yanında
oturdum . Titrək əllərimlə ahəstəcə ləçəklərinə toxundum .
Bu toxunuş məni yalanlar dünyasından alıb həqiqət
dənizinə atdı . Yumdum gözlərimi , qəlbim yenə də
kəlmə - kəlmə dilimdə misralandı . Düşüncələrim beynimdə
bir karvan tək yola çıxdı . İllərdən bəri yaddaşıma
həkk etdiyim müsəlman aləminin böyük filosofu
Cibran Xəlil Cibranın bir kəlamı fikirlərimə
aydınlıq gətirdı . O deyirdi : - " Gözəllik , sənin qəlbinin
can atdığıdır . Gözəllik - əldə etmək istədiyin deyil ,
fəda olmaq istədiyindir . O cismin sınağı , ruhun
pərvazıdır . Nəhayət , gözəllik o qüvvətdir ki , sənin
varlığının müqəddəsliyində doğulur və son həddinədək
varır ... "
Məhz , bu gözəl deyimin daxilindəki həqiqət də
budur ; arzular və xəyallar neçə sirri özündə gizlədən
kainat kimi hüdudsuzdur , nə sonu görünür , nə də
əvvəli ...
HÜDUDSUZ GÖZƏLLİKLƏR və ARZULAR diləyilə ,
YAQUT HÜSEYNOVA .
Monday, August 22, 2011
UNUTQANLIQ
" İnsan üçün böyük dərslərdən birisi də tarixdir . Aç , tarixin
səhifələrini . Əgər gördün ki , bir vaxtlar insanlar bir para
işlərdə səhv eləyiblər , dəxi sən həmin səhvi etmə . Bu bir
tarixdir ki , insanlar üçün həmişə dərs olacaqdır ... " ALLAH
rəhmət eləsin , MİRZƏ CƏLİLƏ ! Onun bizlərə ünvanladığı
bu sözlər , " DÜNƏNİ UNUTMA ! " çağırışıdır . Zamanın
sınağından çıxmış bu müraciətdə danılmaz həqiqət var .
Nurlu sabahlara gedən yol , məhz dünəndən başlayır .
Tarixin səhifələrinə dönən dünənləri yaşatmaq hər birimizin
vətəndaşlıq borcudur . Çünki o dünənlərdə varlığımızı ,
mücadiləmizi və haqq səsimizi təsdiqləyən əzəlı və əbədi
həqiqət tarixə qovuşub . Yaşadaq tariximizi ! Məhz , onun
sətirlərinə milyon şəhidin al qanıyla yazılmış istiqlaliyyət
nəğməsi işıqlı gələcəyimizin al şəfəqlərinə dönüb !

gah da ki düşünmədən dayandıq . Amma unutduq ki , zaman dayanmır .
Durmadan , anbaan irəliləyir . Və bizə meydan oxuyur . Kainata hakim kəsilən
zamanın girdabından keçə - keçə , yolçu yolda gərək deyib , yürüdük . Yollar
uzandıqca uzandı . Enışlərdən - yoxuşlardan keçən addımlarımız sıldırım qayalara ,
keçilməz dağlara rast gələndə içimizdəki fırtınanı şərqin böyük filosofu Cibran
Xəlil Cibranın söylədiyi bir fikir yatırdı . O deyirdi : - " Bu dünyanın tikanlı
yollarıyla getməkdən qorxmayın ! Çünki o yollar sizin dabanlarınızdan artıq ,
xarab olmuş qanları çixaracaq !.. "
Başımıza gətirilənin bir daha gəlməsini istəmiriksə , gələni və gətirəni heç
vaxt , heç zaman unutmamalıyıq . TERROR və ETNİK TƏMİZLƏMƏ ; budur
erməni - daşnak xislətinin iç üzü . Ötən əsrdə xalqımızın başına bədnam
qonşularımız faciələr gətirdi , soyqırmlar törətdi . Amma bir dəfə də
olsun ki , düşünmədik ki , bu faciələrin təkrarlanmasının səbəbi nədir ?
Bu sualın cavabını aradıqca beynimizdəki bəlkələrin sayı da artır . Əslində
bəlkələrin ətrafında düşünməyə dəyməz . Çünki əsas səbəb -
UNUTQANLIĞIMIZDIR !..
dağıtsın içimizdəki unutqanlıq zülmətini . Hər an düşmənə nifrət hissiylə
yaşayaq . Və bu hissi övladlarımıza da aşılayaq . Təəssüflər olsun ki , çox
vaxt balalarımıza körpəlikdən düşmənlə barışmaz olmağı öyrətmirik .
Gözləyirik , qoy , böyüsün , ağıllansın , sonra öyrədərik . Dəhşətlisi budur ki ,
heç sonra da öyrətmirik . Beləcə , yaddaşımızı unutqanlıq girdabında
boğuruq .
Deyirlər , AZADLIĞIN nə olduğunu bilməyən HƏYAT cansız bədənə ,
AMALIN nə olduğunu bilməyən AZADLIQSA çaşqın ruha bənzər . Qoy ,
Uca Yaradan bizi belə var olmaqdan qorusun , AMİN!
YAQUT HÜSEYNOVA
Sunday, August 21, 2011
SOMALİDƏKİ DƏHŞƏTLİ VƏ İBRƏTAMİZ SƏHNƏLƏR .
Dünən telekanalların birində bütün dünyanı ayağa qaldıran
SOMALİDƏKİ dəhşətli səhnələr , eyni zamanda ibrətamiz
məqamlar yayımlanırdı . Somali cəhənnəmində minlərlə insanın -
uşağın , qocanın , cavanın aclıq və susuzluğun qurbanı olduğunu
görüntüləyən kadrlarda , hətta ibrət götürüləcək çox məqamlar
yer almışdı . Belə ki , Somali düşərgələrində sığınacaq tapan
insanların çoxu hər səhər sübh tezdən aclıq və susuzluğun
hökm sürdüyü bu məkanda sahura qalxır , oruc tutur ,
ibadətlərini TANRI rzasına yerinə yetirir . Amma qəlb
göynədən reallıq odur ki , dünya dövlətlərinin yardımı
nətıcəsində hər axşam açılan iftar zamanında oruc
tutanların çoxu dünyasını dəyişir . Bu görüntüləri
izlədikdən sonra günümüzün reallığına nəzər saldım .
ƏFSUS ki , bu gün bütün şəraitə , var - dövlətə ,
dünyanın hər cür naz - nümətinə , fiziki sağlamlığa
sahib olan çox insanlar yaşayaraq yarı
etdikləri ömürlərində bir dəfə də olsun , nə
sahura qalxıb , nə də UCA YARADANIN iftar
adlı ziyafətinə qonaq olub ...
MADDİ zənginliyə deyil , MƏNƏVİ VARİDATA
sahib olmağa can ataq və bir həqiqəti heç zaman
unutmayaq :
DÖVLƏTİ BAŞINDAN AŞSA DA , YENƏ ,
KƏFƏNİ XARADAN GEYƏN OLMADI !..
YAQUT HÜSEYNOVA
( misralar " DÜŞÜNCƏLƏR " şeirimdəndir )

Thursday, August 18, 2011
QOCALAR EVI
ANA duasını , ATA nəfəsin ,
Qocalar evinə sakin etməyin !
Onların müqəddəs ayaq səsini ,
Qocalar evinə sakin etməyin !
YAQUT HÜSEYNOVA
Qocalar evinə sakin etməyin !
Onların müqəddəs ayaq səsini ,
Qocalar evinə sakin etməyin !
YAQUT HÜSEYNOVA
VƏTƏNÇİN ÖLƏNƏ - ÖLÜ DEYİLMƏZ !
TANRININ yanında şəhidlər diri ,
VƏTƏNÇİN ÖLƏNƏ - ölü deyilməz !
Onların yatdığı torpaq - AND YERİ ,
VƏTƏNÇİN ÖLƏNƏ - ölü deyilməz !
Fərizə eşqinə , İLHAM andına ,
VAĞZALI üstündə yasin oxundu !
Məhəbbət nidalı qərənfillərə,
VAĞZALI üstündə yasin oxundu !
YAQUT HÜSEYNOVA
VƏTƏNÇİN ÖLƏNƏ - ölü deyilməz !
Onların yatdığı torpaq - AND YERİ ,
VƏTƏNÇİN ÖLƏNƏ - ölü deyilməz !
Fərizə eşqinə , İLHAM andına ,
VAĞZALI üstündə yasin oxundu !
Məhəbbət nidalı qərənfillərə,
VAĞZALI üstündə yasin oxundu !
YAQUT HÜSEYNOVA
Subscribe to:
Posts (Atom)
.jpg)