Tələbə olanda universitetimizin Tələbə Teatr Studiyasının üzvi idim. Bu teatrın səhnəsində ən cox səhnələşdirilən Cəlil Məmmədquluzadənin "ANAMIN KİTABI" əsəri idi. Pyes dəfələrlə müxtəlif tələbələrin ifasında səhnələşdirilmişdir. Gülbahar obrazını mən d canlandırmışdım. Müəllimimiz Gülxarə Əhmədovanın zəhmət və əməyi sayəsində daha bir uğurumu qazanmışdım. Əgər bir gün ilk oxucusu olduğum "SƏMAYA QAYIDAN YAZI" romanı ekranlaşdırılarsa, Aytən obrazını canlandırmaq təklifi alaramsa, bu rolu ən gözəl şəkildə ekrana gətirəcəyimə əminəm.
Sunday, June 12, 2016
Wednesday, June 1, 2016
Saturday, May 21, 2016
ALLAHIN “VƏTƏN”İ...
Yazıçı, şərqşünas
Əli Rzazadənin “SƏMAYA QAYIDAN YAZI”
romanı haqda düşüncələrim
Deyirlər,
yazıçı əsərləri ilə qəlblərdə və beynlərdə öz tarixini yaradır. Məhz əlindəki qələmin
gücü və səmimiyyəti ilə yaddaşlarda iz salır. Bəli, qələm böyük qüvvədir.
İsmayıl Bəy Qaspiralı yazırdı ki:-“Hər nə yazacaq isən, qələmi üç qəpiklik qara
mürəkkəbə batırma. ÜRƏYİNƏ batırıb, onun qanı ilə yazı yaz. Sözün ötər,
VİCDANLARA yetər. Əks halda bisəmərə gələr, keçər.” Həsən Bəy Zərdabi isə
deyirdi ki:-“Yaxşı kitab qiymətli xəzinədir.” Həqiqətən, hər bir xalqın ədəbiyyatı
onun səhifələrinə daxil olan belə xəzinələr sayəsində dəyər taparaq, əbədiyyət
qazanır. Yazıçı, şərqşünas Əli Rzazadənin “SƏMAYA QAYIDAN YAZI” adlı yeni
kitabı da, məhz belə nəşrlərdəndir. Kitab yazıçının oxucuları ilə dördüncü
görüşüdür. Ə.Rzazadənin sayca ikinci romanı olan bu əsər dini radikalizm, onun
mənşəyi, tarixi kökləri, dünyanı hörümçək toru kimi saran terrorçu
qruplaşmaların İSLAM dini adı altında törətdiyi faciə və müsibətlərdən bəhs
edir. Romanda dini radikalizmin, İŞİD-in iyrənc mahiyyəti bütün məqamları ilə
oxucuya çatdırılır. Qeyd olunur ki, radikalizm bütün
zamanlarda və toplumlarda fərqli şəkillərdə təzahür edən zehniyyət tərzidir. Radikallıq
əslində dinlərin və ya digər ideologiyaların mahiyyətindən deyil, onların mənsublarının
düşüncəsindən, psixologiyasından və yanaşmasından qaynaqlanır. Romanda
bu bəladan
xilas olmağın yolları, canlandırılan obrazların timsalında açıqlanır.
Vurğulanır ki, dini radikalizmdən qurtulmaq üçün ilk növbədə cəmiyyətdə dini
maarifləndirmə ciddi və məqsədyönlü şəkildə aparılmalıdır. Müqəddəs dinimiz
İSLAM olduğu kimi insanlara təbliğ edilməlidir. Problemin digər çözüm
yolu isə ictimai müzakirələri təşviq edərək, radikal dini ideyaların tədricən məhv
edilməsinə nail olmaqdır.
Əsərin baş qəhrəmanı Qədir ixtisasca adlı-sanlı cərrahdır.
O eyni zamanda gözəl bir ailə başçısıdır. Atası dünyasını dəyişdikdən sonra,
anası Güşvər xanım uşaqlarını min bir zəhmətlə böyüdüb, boya-başa çatdırmışdı.
Qədir ailənin qürur duyulacaq övladı idi. Kiçik qardaşı Orxan şəhərə işləmək məqsədilə
gəlsə də, çox keçmir ki, dini radikal qruplaşmalardan birinin “beyn yuma” siyasətinin
qurbanına çevrilərək, onun ən fəal üzvi kimi tanınır... Və kafirlərə qarşı
aparılan “müqəddəs cihad” a qoşulmaq üçün “ALLAHIN HAKİM KƏSİLDİYİ ÖLKƏ” yə
yollanır. Qardaşını axtarıb tapana qədər, Qədirin keçdiyi məşəqqətli yol əsərdə
o qədər gözəl və təsirli təsvir edilib ki, oxucu kitabı vərəqlədikcə, sanki
özünü o hadisələrin içində hiss edir.
Romanda
Qədirin ailəsinə yazdığı məktub oxucunun qəlbində silinməz iz salır. O, HƏZRƏTİ
ZEYNƏBİN uyuduğu müqəddəs torpaqda qələmə aldı, ailəsinə sevgi, ümid və etiraf
dolu məktubunu. Elə bu məktubdaca:-“Görüşənədək...” - deyib, anasına və əzizlərinə
qardaşı Orxanla birlikdə Bakıya dönəcəyinə bir daha söz verdi. Məktubu həyat
yoldaşı, çox sevdiyi Aytənə yazsa da, anası Güşvərin qabarlı əllərində son
damla sevincə dönən bu balaca zərf hər kəsin
ürəyində sönməyən bir ümid idi. Qədir bu vərəqlərdə qardaşını tapmaq üçün
çıxdığı yolda başına gələn əhvalatları, şahidi olduğu ağrı-acıları və arzularını
dilə gətirir. Və övladlarını, məhz bu məktubun sətirlərində sonuncu dəfə
bağrına basır...
Ə.Rzazadənin bir yazıçı kimi daha bir uğuru ondan ibarətdir ki, romanda işıqlandırdığı əsas mövzu və ideyanın fonunda cəmiyyətimizdə mövcud olan neçə-neçə problemə toxunaraq, onların həlli istiqamətinə də oxucunun diqqətini yönəltməyə nail olmuşdur. Əsərin bədii gücünü daha da mükəmməl etmək üçün romanın bir neçə yerində yazıçı düşüncə və duyğularını, məhz nəzmlə dilə gətirib.
Yazıçının
bəyaz vərəqlərin köksünə köçürdüyü sətirlər kitablarını vərəqləyən oxucu ilə həmsöhbət
olaraq, ruhunu dindirə bilir. Onun həyata baxışlarına yaxın bir dost kimi
çözümləri ilə aydınlıq gətirərək, beynindəki sualların cavabına çevrilir. Ən əsası,
qələmə aldığı əsərlərindən bəhrələnilir.
Məhz budur, ƏSL YAZIÇI qələminin, Əli Rzazadə yaradıcılığının ucalığı...
Romanın
kuliminasiya nöqtəsini İŞİD terror qruplaşmalarından birinə rəhbərlik edən Əbu
Həmzə adlı erməni ilə Qədir arasında olan dialoq təşkil edir. Bu dialoqdan
kiçik bir hissəni xüsusilə vurğulamaq istəyirəm. Terrorçular tərəfindən İSA
Peyğəmbər kimi çarmıxa çəkilən Qədir, Tanrının ona bəxş etdiyi belə uca ölümü
yaşayacağına görə çox sevinir. Bunu görən erməni dığası onu “axmaq” adlandırır.
Və TÜRK OĞLUNUN bu sevincinin səbəbini soruşanda, Qədirin murdar erməniyə
cavabı belə olur:-“...Axmaq sənsən ki, bunu anlamırsan. Həmişə
düşünürdüm ki, mən bu torpaqlarda ölsəm, bu mənim üçün ucuz ölüm olacaq. Amma
indi sevinirəm. Sevinirəm ki, məni şərəfsiz erməni öldürəcək. Özümü Qarabağda
öldürülən şəhidlərimizin sırasında görürəm. Və inanıram ki, ölümdən sonrakı həyatda
mənim ruhum erməni şərəfsizliyi ilə öldürülən şəhidlərimizin ruhlarının
qatarına qoşulacaq...”
Əsərdə dönə-dönə vurğulanır ki, ilahi sevgidən, ilahi nurdan yarandı Yerin, Göyün hər
damlası. Tükənməz mərhəmət və ilahi ədalət sətirləndi, təbiətin naxışlarında.
Uca Yaradan həyatın mahiyyətini, həqiqətin nəfəsini bütün yaradılana son mənzilimiz
olan qara torpağın ətrində daddırdı. O ətirdə anlatdı, HAQQA gedən yolun yönünü.
ALLAHA qovuşmağın, ONA tapınmağın, ONU tanımağın sərhədlərini qəlblərə və beynlərə,
məhz o ətirlə qətrə-qətrə köçürdü. Əlimizə götürdüyümüz BİR OVUC TORPAQDAN
başlar, İLAHİ EŞQƏ gedən yolun ilk addımı. Bu bir ovuc torpağın zərrələrinə dönən
VƏTƏNİN müqəddəsliyini, yalnız ruhuyla duyanlar aləmlərin RƏBBİNƏ qovuşa bilər...
Bizi YARADANA ruhumuzla, qəlbimizlə qovuşa bilək ki, müqəddəs kitabımız “QURANİ
KƏRİM” sonda “SƏMAYA QAYIDAN YAZI” ya çevrilməsin!!! “ALLAHIN hakim kəsildiyi nə
bir ölkə, nə də bir şəhər” var!...
İnanıram
ki, bütün dünyada aktual mövzu və fəlakət olan İŞİD-in iyrənc mahiyyətindən,
tarixindən bəhs edən ƏLİ RZAZADƏNİN bu mükəmməl romanı əsasında yaxın gələcəkdə
gözəl bir bədii film ekranlaşdırılacaq.
“ALLAHIN VƏTƏNİ”
Axtarma, YARADAN hardadır deyə,
ONUN nə ölkəsi, nə VƏTƏNİ var!
“Müqəddəs cihada” yollanan cahil,
ONUN nə ölkəsi, nə VƏTƏNİ var!
Vərəqlə,
“QURAN” I... Budur, həqiqət,
TANRI nə görünər, nə BÜTLƏŞƏR “O”!
Asiman nurunu
yaysa da, fəqət,
HAQQ olub, ÜRƏKDƏ
VƏTƏNLƏŞƏR “O”!!!
Aldanma, iblisin yalanlarına,
SALAMDAN aşılar, SÜLHÜ DİNİMİZ!
Yem olma, dünyanın ilanlarına,
SALAMDAN aşılar, SÜLHÜ DİNİMİZ!
Yaqut VAFIQQIZI
Tuesday, May 17, 2016
"ALLAHIN VƏTƏNİ"
Yazıçı, şərqşünas ƏLİ RZAZADƏNİN çox yaxında işıq üzü görəcək ilk oxucusu olduğum "SƏMAYA QAYIDAN
YAZI" romanına həsr etdiyim yazım tezliklə blogda
və saytlarda yerləşdiriləcək.
Saturday, May 14, 2016
“EVİMİZİN QƏFİL QONAĞI”
-O evimizin qəfil qonağı idi. Övladımız kimi
sevirdik onu. Çox zəhmətkeş, dərin düşüncəli, ən əsası qayğıkeş idi. HƏRBÇİ
olmaq istəyirdi. Həmişə deyirdi ki:-“ Mütləq hərbi təhsil alacam. Və ömrümün
sonuna qədər VƏTƏNƏ layiqincə xidmət edəcəm.” Uşaqlığı böyük çətinliklər içində
keçmişdi. Valideynlərinə kömək etmək üçün həmişə müxtəlif işlərdə işləyirdi.
Çox gənc olsa da, əllərindəki qabarlar çəkdiyi əziyyət və zəhməti kəlmə-kəlmə nəql
edirdi. Onun haqqında keçmiş zamanda danışmaq çox çətindir bizə. Hələ də
inanmırıq, RAHİLİN yoxluğuna. Aprel ayının 14-də iyirmi yaşı tamam olmuşdu. Hər
dəfə zəng vuranda:-“ Hər şey qaydasındadır. Narahat olmayın. Addımbaadım irəliləyirik.
İnşallah, bayrağımızı ŞUŞADA dalğalandıracağıq!”- deyirdi. Rahildən “cəbhədə vəziyyət
necədir” soruşanda, bizə cavabı yalnız bu olurdu:-“Mənə belə sual verməyin. Biz
bura VƏTƏNİ qorumağa gəlmişik!” Çox yaxında gələcəyini deyirdi. Yolunu səbrsizliklə
gözləyirdik... Bəli, o gəldi. ŞƏHİD kimi qayıtdı, doğulduğu torpağa. Həmişəki
kimi bu dəfə də gəlişi qəfil oldu...
Ərəbovlar
ailəsinin yaxını Tamilla xanım çətin də olsa, göz yaşları içində sözünü, məhz
bu fikirlərlə tamamladı.
Şəhidin
anası Narıngül ana qapıya dikilən gözlərini oğlu Rahilin tablodan boylanan
simasına yönəldərək, bunları söyləyə bildi:-“RAHİL ölməyib, o yaşayır, mütləq
qayıdacaq. Aprelin 15-i, doğum gününün səhəri mənimlə telefonda danışanda
qayıdacağına söz verdi. O evimizin sonbeşiyi idi. 2015-ci ilin oktyabr ayının
10-da oğlumu hərbi xidmətə yola saldıq. And içmə mərasimindən sonra xidmətini
könüllü olaraq, Astaradan Ağcabədiyə dəyişdi. Sonuncu dəfə onunla Novruz
bayramında görüşmüşdük. Həyatımızın ən gözəl və unudulmaz bayramını yaşadıq.
Döyüş bölgəsində övladım və onun əsgər yoldaşları ilə birgə qarşıladıq, bahar
bayramını. Nə biləydik ki, gözəl arzularla salamladığımız baharda Rahil şəhid
olacaq... Mayın 7-si zəng vurmuşdu. Hamı ilə danışdı. Amma mənimlə danışmadı.
Yalnız bunu anama çatdırın demişdi:-“Tezliklə, anama QƏLƏBƏ şəkillərini göndərəcəyəm,
nigaran qalmasın...”
Narıngül
ana bağrına basdığı üç rəngli bayrağımızı göz yaşları içində qoxlayaraq, öpdü.
Qəlbindəki kədər dediyi ağılarında dilə gəldi:-“Bu bayraqla sarıldı, oğlumun cənazəsi.
Arzusu, Şuşada bayrağımızı dalğalandırmaq idi. Allahdan ömür istəyirəm, balamın
arzusunu çin etmək üçün. İnşallah QƏLƏBƏ günündə ŞUŞAYA özüm aparacam, BAYRAĞIMIZI!...”
Qey edək
ki, qoşunların təmas xəttində gedən döyüşlərdə Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbə
sakini Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Ərəbli Rahil Rafiq oğlu mayın
12-də şəhid olub. Şəhid Şirvan şəhər “ŞƏHİDLƏR XİYABANI” nda torpağa
tapşırılıb.
Yaqut Hüseynova
“ŞUŞAYA GETMƏK İSTƏYİRƏM!...”
Bu günlərdə sosial şəbəkədə daha çox paylaşılan gözəl
bir şəkil diqqətimi çəkdi. Balaca AZƏRBAYCAN qızı əlində bayrağımızla birlikdə
tutduğu rəsmdə arzusunu dilə gətirmişdi. “BİZ BU YAY ŞUŞAYA GETMƏK İSTƏYİRİK!”
sözünün yazıldığı rəsm, bu qızcığazın kiçik qəlbindəki dünya boyda VƏTƏN
sevgisinin tərcünmanı idi. O gözlər torpaq eşqinin aşılandığı bir ürəyin güzgüsü
idi. BƏLİ, VƏTƏN SEVGİSİNİN AŞILANDIĞI... Paylaşımları izlədikcə, müxtəlif
fikirləri oxudum. Bəziləri informasiya müharibəsində uşaqlardan istifadə edilməsinə
etiraz etdi. Hətta çoxları “bu yaşdakı uşaqlarda vətən sevgisi, vətən həsrəti
onlara öyrətdiyimiz şeirlər qədərdir” söylədi. Deməli, məsələnin kökündə də bu
məqam dayanır. Öyrənilən, məhz ÖYRƏTDİYİMİZ QƏDƏRDİR. VƏTƏNİ, TORPAĞI, HƏYATI,
SEVGİNİ və NİFRƏTİ övladlarımıza necə aşılayırıqsa, gələcəyimizi də, məhz elə formalaşdırırıq.
Hər şey öz əllərimizdədir. “UNUTQANLIQ” adlı yazımda da bu mövzuya toxunmuşdum.
Elə həmin yazımdan kiçik bir hissəni xatırlamaq istəyirəm. Çünki bununla demək
istədiklərimi daha gözəl ifadə etmiş olaram:-“... Hər an düşmənə nifrət hissiylə
yaşayaq! Və bunu övladlarımıza da aşılayaq! Təəssüflər olsun ki, çox vaxt
balalarımıza lap körpəlikdən düşmənlə barışmaz olmağı öyrətmirik. Gözləyirik,
qoy böyüsün, ağıllansın, sonra öyrədərik. Dəhşətlisi budur ki, heç sonra da öyrətmirik.
Beləcə, yaddaşımızı unutqanlıq girdabında boğuruq...”
Bir daha diqqətlə baxaq, bu rəsmə.
Mahiyyətindəki uca məqamı qəlbimizin səsiylə duymağa çalışaq...
-“ŞUŞAYA getmək istəyirəm... ŞƏHİDLƏRİMİZİN məzarına
aparacağım çiçək dəstəsini ŞUŞADAN toplamaq üçün! ŞUŞAYA getmək istəyirəm... Mən
gəldim, əslində “BİZ GƏLDİK!” demək üçün! İllərlə işğal altında inildəyən
torpağımızın üstündə izi qalan çaqqalların ləpirlərini ÖZ ADDIMLARIMIZLA birdəfəlik
silmək üçün! ŞUŞAYA getmək istəyirəm... Heykəli belə mənfurlar tərəfindən güllələnmiş
XAN QIZI NATƏVANIN tənindəki güllə yaralarını sağaltmaq üçün! İSA BULAĞINDAN
ovcuma alacağım büllur suyun sərinliyini, illərlə köksümüzdə göynəyən QARABAĞ
nisgilinə məlhəm etmək üçün! Dünya uşaqlarının SÜLH istəyini YER KÜRƏSİNƏ
“PƏNAHABAD” qalasında dalğalandıracağımız ulu bayrağımızla söyləmək üçün!
ŞUŞADAN
XOCALIYA QƏLƏBƏ sevincini gətirmək istəyirəm... Malıbəylidəki “QIZLAR MƏKTƏBİ”
yenidən şagirdlərinin uğurlarıyla tanınsın. “AĞABƏYİM AĞANIN QƏSRİ” ndə bir
daha səyahət etmək istəyirəm, MOLLA PƏNAH VAQİFİN poeziya dünyasına. Vətənin hər
daşına, hər çiçəyinə birər-birər nəql etmək istəyirəm, ŞƏHİDLƏR XİYABANINDA
uyuyan beş yaşlı XOCALININ məzarda “böyüyən uşaqlığından”...
KƏLBƏCƏRDƏ
vərəqləmək istəyirəm, onun tarixini. “ÇAY ÜSTÜNDƏ QALA” adlandırılan bu
torpaqda uşaqlıqdan iz salacaq addımlarımızla böyüyək! Bütün dünyada “QASIMUŞAĞI”
adı ilə tanınan milli dəyərlərimizdən biri olan xalçamızın ilmələrinə QƏLƏBƏ
sevincimiz, məhz LAÇINDA toxunsun! QARABAĞIN ÜRƏYİ sayılan AĞDAMDA dinləmək istəyirəm,
QARQAR və XAÇININ sularındakı həzin nəğməni... CƏBRAYILDAKI yaşı altı əsri
adlamış ÇİNARIN kölgəsində sevdiyim kitabları oxumaq istəyirəm... Böyük
dramaturqumuz İLYAS ƏFƏNDİYEVİN möhtəşəm əsərlərinə FÜZULİ DÖVLƏT DRAM
TEATRINDA tamaşa etmək istəyirəm... Və ZƏNGİLANDAKI BARTAZ QIZ QALASINDA asmaq
istəyirəm, əlimdə tutduğum ÜÇ RƏNGLİ AY-ULDUZLU BAYRAĞIMI!”
Yaqut
Hüseynova
Thursday, May 12, 2016
"VƏTƏNİM"
Gözlərimin nurusan,
Mənim ana Vətənim!
Ürəyimin qorusan,
Mənim ana Vətənim!
Damarımda qanımsan,
Günəşimsən, ayımsan,
Bəyaz saçlı anamsanŞ
Mənim ana Vətənim!
Müəllif: Axverdiyev Rəhman
Subscribe to:
Posts (Atom)

















