Wednesday, June 15, 2011

İNSAN ALVERİ - BEYNƏLXALQ CİNAYƏTDİR !


 

 " İnsan    alveri      sahəsində     maarifləndirmə    və    hüquqi     yardım    
təşəbbüsü "    layihəsi     çərçivəsində    bu    günlərdə    Şirvan    şəhər
İcma    Məlumat    Mərkəzində    təlim    keçirildi .  Tədbiri    giriş    
sözüylə     açan     Amerika    Hüquqşünaslar    Assosasiyasının    Bakı
ofisinin     hüquqşünası     Günel     Quliyeva    layihə     barəsində    
iştirakçıları     məlumatlandırdı .  Natiq    bildirdi    ki ,   Amerika
Hüquqşünaslar    Assosasiyası   (  ABAROLİ  )     ABŞ    Dövlət
Departamentinin    maliyyə    dəstəyilə    Azərbaycanda    " İnsan
Alveri     sahəsində    maarifləndirmə   və    hüquqi     yardım   
təşəbbüsü "    layihəsini     həyata    keçirir .  İki     il     davam
edəcək    bu    layihənin     əsas    məqsədlərindən    biri    insan
alveri    mövzusunda    əhali ,  xüsusilə    qadınlar ,  uşaq    evləri
və    internatlarda    olan     uşaqlar     arasında    maarifləndirmə
tədbirlərini    keçirməkdir .  Əhaliyə     hətta    insan     alveri    
sahəsində    hüquqi     yardımın    göstərilməsi     də    nəzərdə
tutulub .  Regional     təlimlər    və     hüquqi     yardım ,  
Hüquqşünas     Qadınlar     Assosasiyası    və     İnsan
Hüquqları    üzrə    Hüquqşünaslar     Komitəsi    ilə    birgə
həyata     keçirilir .  Günel     Quliyeva     onu     da    vurğuladı
ki ,  insan    alveri ,  xüsusilə    qadın    və    uşaq    alveri ,   bütün
ölkələrin    bu    gün    qarşılaşdığı     qlobal     problemdir .  Hər    il
milyonlarla     insan      aldadılaraq ,  satın      alınaraq ,  digər
şəkildə     məcbur     edilərək   istismara     məruz     qalır .  Və
cinayətkar     " Biznes "     üçün     gəlir     mənbəyi     rolunu    
oynayır .  Qeyd     edək     ki ,   insan     alverindən    əldə     olunan
gəlir     milyardlarla     dollarla     ölçülür .  Geniş     yayılmış    bərabərsizlik
problemi ,  iş    imkanlarının    azlığı ,  münaqişələr ,  ayrı - seçkilik      və
yoxsulluq     ucbatından    hər     il     dünyada    insan    alverinin    
potensial   qurbanlarının     sayı     artır .
     İnsan     alveri     probleminin    müxtəlif     aspektləri ,  əsas    element   
və    növləri ,  xüsusən     uşaqlarla    bağlı     olduqda    insan   alverinin
xüsusiyyətləri ,  qurbanları     cəlbetmə     yolları ,  stereotiplər    haqqında
" Təmiz   Dünya "    təşkilatının     eksperti     Mehriban     Zeynalova
iştirakçılara     geniş    məlumat    verdi .
    İnsan      Hüquqları     üzrə     Hüquqşünaslar     Komitəsinin    vəkili
Şəfa      Camalzadə     insan    alverinə    qarşı    mübarizənin    məqsəd
və     prinsipləri ,  mübarizə    üzrə    milli    fəaliyyət    planı    və   bu
planın      vəzifələri ,   insan     alveri     qurbanlarına      kömək    fondu
sığınacaqlar ,  yardım    mərkəzləri ,  qurbanların    sosial
reabilitasiyası     və     reinteqrasiyası      mövzusunda    önəmli
məqamları    diqqətə    çatdırdı .
     Təlimin      sonunda    iştirakçılara     sertifikatlar     təqdim    olundu .
      

                                 YAQUT     HÜEYNOVA

Monday, June 13, 2011

ŞƏHİDLƏR ÖLMƏZ , VƏTƏN BÖLÜNMƏZ !

    

    Şirvan     şəhər     16     saylı    orta     məktəbin     müəllimi     Mehriban    
Həsənlinin     " Qəhrəmanlıq    və    Şöhrət    gecəsi "   layihəsinin   növbəti
ünvanı     Beləsuvar    rayonunun    Əliabad    kəndindəki    Milli    
Qəhrəman    Mübariz     İbrahimovun    adını    daşıyan    orta   
məktəb   oldu .  İgid   vətən   oğlunun    əziz     xatirəsinə   həsr    
olunmuş   bu   layihə  şagirdlərin  ifasında  məktəb    kollektivinə   
təqdim   olundu . Qonaqlar  öncə   məktəbin  foyesində   Mübariz   
İbrahimovun    əziz    xatirəsini    əbədiləşdirən    sərgiylə    tanış   
oldular . Sərgidə  qəhrəmana  həsr   olunmuş   kitablar ,  şəkillər ,  
Mübarizin  qiymət  cədvəlləri ,  eyni    zamanda   şəhidin   oturduğu   
parta  hər  kəsi  dərin  sükuta   qərq   etdi .
      Tədbirdə    Şirvan   şəhər   " SEVİL "   qadınlar   cəmiyyətinin  sədri
Əzizə    Məmmədova    səmimi    münasibətə   və    layihəni     diqqətlə
izlədiklərinə    görə   məktəb    kollektivinə   dərin   minnətdarlığını
bildirdi .   "  ŞƏHİDLƏR   ÖLMÜR ,  XALQIMIZIN   QƏLBİNDƏ  
DAİM   YAŞAYACAQ .  ONLAIN   QARŞISINDA   BAŞ   ƏYİRİK " ,  
deyən ,   Əzizə    xanım     onu    da    qeyd    etdi    ki ,  qəlbi    VƏTƏN
üçün    manqal    tək   yanan    Mübarizin    ömür    yolu    bütün    
gənclərimizə    ən    gözəl    örnəkdir . 
      Qonaqların    gəlişini    təqdirəlayiq    hesab   edən   Əliabad    kənd
orta    məktəbin    direktoru   Bəsirə   Rüstəmova   şagirdiylə   bağlı 
xatırələrini     iştirakçılarla     bölüşdü .  Natiq     göz     yaşlarını   da
gizlədə    bilmədi .  Bildirdi    ki ,  Mübariz    çalışqan ,  məsuliyyətli ,
diqqətli    və    həssas    olmaqla     yanaşı ,   əsl    vətənpər    idi .
Bəsirə  xanımın   sözlərinə  qüvvət   verən   Mübariz   İbrahimovun
sinif    rəhbəri    Əhliman    Quliyev   də    şagirdi   haqqında   
ürəkdolusu     danışdı .
      Tədbirdə    Şirvan    şəhər   21  saylı   orta  məktəbin  direktoru 
Səadət    Quliyeva ,  şairə   Mehriban   Həsənli ,  Şirvan   OYL - un
nümayəndəsi    Zemfira   Məmmədova   və    jurnalist   Yaqut
Vafiqqızının   çıxışları   dinlənildi .
      Sonda    şəhidin   xalası  Şükufə  Quliyeva   nümayəndə  heyətinə
dərin   minnətdarlığını    bildirdi .


                              YAQUT     HÜSEYNOVA