Wednesday, June 15, 2011

İNSAN ALVERİ - BEYNƏLXALQ CİNAYƏTDİR !


 

 " İnsan    alveri      sahəsində     maarifləndirmə    və    hüquqi     yardım    
təşəbbüsü "    layihəsi     çərçivəsində    bu    günlərdə    Şirvan    şəhər
İcma    Məlumat    Mərkəzində    təlim    keçirildi .  Tədbiri    giriş    
sözüylə     açan     Amerika    Hüquqşünaslar    Assosasiyasının    Bakı
ofisinin     hüquqşünası     Günel     Quliyeva    layihə     barəsində    
iştirakçıları     məlumatlandırdı .  Natiq    bildirdi    ki ,   Amerika
Hüquqşünaslar    Assosasiyası   (  ABAROLİ  )     ABŞ    Dövlət
Departamentinin    maliyyə    dəstəyilə    Azərbaycanda    " İnsan
Alveri     sahəsində    maarifləndirmə   və    hüquqi     yardım   
təşəbbüsü "    layihəsini     həyata    keçirir .  İki     il     davam
edəcək    bu    layihənin     əsas    məqsədlərindən    biri    insan
alveri    mövzusunda    əhali ,  xüsusilə    qadınlar ,  uşaq    evləri
və    internatlarda    olan     uşaqlar     arasında    maarifləndirmə
tədbirlərini    keçirməkdir .  Əhaliyə     hətta    insan     alveri    
sahəsində    hüquqi     yardımın    göstərilməsi     də    nəzərdə
tutulub .  Regional     təlimlər    və     hüquqi     yardım ,  
Hüquqşünas     Qadınlar     Assosasiyası    və     İnsan
Hüquqları    üzrə    Hüquqşünaslar     Komitəsi    ilə    birgə
həyata     keçirilir .  Günel     Quliyeva     onu     da    vurğuladı
ki ,  insan    alveri ,  xüsusilə    qadın    və    uşaq    alveri ,   bütün
ölkələrin    bu    gün    qarşılaşdığı     qlobal     problemdir .  Hər    il
milyonlarla     insan      aldadılaraq ,  satın      alınaraq ,  digər
şəkildə     məcbur     edilərək   istismara     məruz     qalır .  Və
cinayətkar     " Biznes "     üçün     gəlir     mənbəyi     rolunu    
oynayır .  Qeyd     edək     ki ,   insan     alverindən    əldə     olunan
gəlir     milyardlarla     dollarla     ölçülür .  Geniş     yayılmış    bərabərsizlik
problemi ,  iş    imkanlarının    azlığı ,  münaqişələr ,  ayrı - seçkilik      və
yoxsulluq     ucbatından    hər     il     dünyada    insan    alverinin    
potensial   qurbanlarının     sayı     artır .
     İnsan     alveri     probleminin    müxtəlif     aspektləri ,  əsas    element   
və    növləri ,  xüsusən     uşaqlarla    bağlı     olduqda    insan   alverinin
xüsusiyyətləri ,  qurbanları     cəlbetmə     yolları ,  stereotiplər    haqqında
" Təmiz   Dünya "    təşkilatının     eksperti     Mehriban     Zeynalova
iştirakçılara     geniş    məlumat    verdi .
    İnsan      Hüquqları     üzrə     Hüquqşünaslar     Komitəsinin    vəkili
Şəfa      Camalzadə     insan    alverinə    qarşı    mübarizənin    məqsəd
və     prinsipləri ,  mübarizə    üzrə    milli    fəaliyyət    planı    və   bu
planın      vəzifələri ,   insan     alveri     qurbanlarına      kömək    fondu
sığınacaqlar ,  yardım    mərkəzləri ,  qurbanların    sosial
reabilitasiyası     və     reinteqrasiyası      mövzusunda    önəmli
məqamları    diqqətə    çatdırdı .
     Təlimin      sonunda    iştirakçılara     sertifikatlar     təqdim    olundu .
      

                                 YAQUT     HÜEYNOVA

2 comments:

  1. Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)

    ReplyDelete
  2. Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)

    ReplyDelete