Yazı , Nəsiman Yaqublunun " Məmməd Əmin Rəsulzadə "
kitabından ( Bakı , " Gənclik " , 1991 -ci il . səh : 305 - 306 )
olduğu kimi götürülüb .
Ankaradan çıxan günü " ƏSRİ " məzarıstanlığına -
Məmməd Əmin Rəsulzadənin məzarıyla vidalaşmağa getdim .
Məzarın yanında dolanarkən qəfildən bir qoca yaxınlaşdı
mənə . Sorğusuz , sualsız sözə başladı . Dedi :
- Keçən il bu vaxtlar idi ( mən Ankarada olanda
yanvar ayı idi ) məzarıstanlığa gəlmişdim . Elə bu qəbrin
yanından keçəndə birdən inilti səsi eşitdim . Yaxınlaşıb
bir az da diqqətlə qulaq asdım . Yanılmamışdım . Səs
bu qəbirdən gəlirdi . Ağrılı , şikayətli bir inilti səsi idi .
Mən xoflanıb tez bu qəbirdən uzaqlaşdım . Bir müddət
özümə gələ bilmədim . Əhvalatı kimə danışdımsa
inanmadılar . Dedilər , səni qara basıb . Amma məni
qətiyyən qara basmırdı . O qəbirdən inilti səsi gəlirdi .
Qəribə heyrət içində qocadan soruşdum :
- Siz , keçən il yanvarın neçəsində olmuşdunuz burda ?
Qoca dedi :
- Ayın ya on doqquzu , ya da iyirmisi . Çünki mən
belə vaxt gəlib yaxın adamımın qəbrini ziyarət
edirəm . Amma indiki kimi yadımdadır . Qəbirdən
ağrılı , şikayətli bir inilti səsi eşidilirdi .
Qoca bu sözləri deyib çıxıb getdi .
Mən isə acı bir həqiqətin ağrısına bürünərək
Ankaranın " ƏSRİ " məzarıstanlığında , onun qəbri
yanında donub qalmışdım . Və dərdli - dərdli
düşünürdüm : Demək , ayın 20 - si günü o qanlı
yanvarda xalqımızın günahsız qanı axıdılanda qəbirdə
rahatlıq tapmamısan . İgid oğullarımız düşmən gülləsinə
nahaqdan hədəf tutulanda dözə bilməyib soyuq
məzarda inildəmisən . Qeyrətli cavanlarımız al qan
içində çırpınanda , analar ağı deyib fəryad
qoparanda dayana bilməmisən , ağrıyıb şikayətlənmisən .
Düşünürəm , acı - acı düşünüb ağrıyıram : qəbirdə
də rahat buraxmırlar , soyuq məzarda da incidirlər
səni ! Sən hələ sağsan , bizimlə yaşayıb , bizimlə də
xalqımızın azadlığı yolunda , istiqlaliyyəti uğrunda
mübarızə aparırsan !
YAQUT HÜSEYNOVA
Wednesday, September 7, 2011
Sunday, September 4, 2011
VARLIĞIMIZI BÜTÖVLƏŞDİRƏK !..
VƏTƏN - sərhəddən başlayıb , sərhəddə bitir . Nizamlanmış bir
çevrə olan sərhəd , hər bir dövlətin varlığını , ərazi
bütövlüyünü təsdiqləyən ümdə amildir . Vətənin tarix
kitabının açılıb - bağlandığı məqam , məhz sərhəddir .
Göz işlədikcə uzanan , lal sükuta qərq olmuş
tikanlı məftillərdə tarixin neçə - neçə keşməkeşli izləri
var . Sərhəd - tarixə naxışlanan , yaranandan bu günə
qədər keçib gəldiyimiz yolların ilmələridir . Əgər
yaddaşımızdan bir gün bu ilmələrin biri qaçarsa ,
varlığımız fəlakətə uğrayar .
Qəlbimizlə , ruhumuzla sərhəddən başlayan Vətənə dönək .
Və bu dönüşdə o taylı , bu taylı - bütöv Azərbaycanın
müqəddəs torpağına əbədi düşüb qalan əsl Vətən daşı
ola bildikmi , deyə minillərin düyünlərin çözməyə çalışaq .
Məhz bu bütövlükdə varlığımızı bütövləşdirək ...
Düşüncələrim yenə Cibran Xəlil Cibranın fikirlərində
qərar tapdı . O söyləyirdi : - " MƏHƏBBƏT və onun
doğurduğu , QİYAM və onun yaratdığı , AZADLIQ və
onun yer üzünə yaydığı - bax , budur , İLAHİ VARLIĞIN
ÜÇ GÖRÜNTÜSÜ !..

Subscribe to:
Posts (Atom)