VƏTƏN - sərhəddən başlayıb , sərhəddə bitir . Nizamlanmış bir
çevrə olan sərhəd , hər bir dövlətin varlığını , ərazi
bütövlüyünü təsdiqləyən ümdə amildir . Vətənin tarix
kitabının açılıb - bağlandığı məqam , məhz sərhəddir .
Göz işlədikcə uzanan , lal sükuta qərq olmuş
tikanlı məftillərdə tarixin neçə - neçə keşməkeşli izləri
var . Sərhəd - tarixə naxışlanan , yaranandan bu günə
qədər keçib gəldiyimiz yolların ilmələridir . Əgər
yaddaşımızdan bir gün bu ilmələrin biri qaçarsa ,
varlığımız fəlakətə uğrayar .
Qəlbimizlə , ruhumuzla sərhəddən başlayan Vətənə dönək .
Və bu dönüşdə o taylı , bu taylı - bütöv Azərbaycanın
müqəddəs torpağına əbədi düşüb qalan əsl Vətən daşı
ola bildikmi , deyə minillərin düyünlərin çözməyə çalışaq .
Məhz bu bütövlükdə varlığımızı bütövləşdirək ...
Düşüncələrim yenə Cibran Xəlil Cibranın fikirlərində
qərar tapdı . O söyləyirdi : - " MƏHƏBBƏT və onun
doğurduğu , QİYAM və onun yaratdığı , AZADLIQ və
onun yer üzünə yaydığı - bax , budur , İLAHİ VARLIĞIN
ÜÇ GÖRÜNTÜSÜ !..
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment