Wednesday, March 14, 2012

" DAN YERİ ... "


     Həzin    səhər   küləyi   əsir . Ağuşuna   sığındığım   salxım    söyüdlər   tək
sənin  adını    pıçıldadı   mənə .Tək   SƏNİN   ADINI !  Söyüdlərlə   
əhatələnmiş    nohurun    füsunkar   mənzərəsini   içimə   çəkə - çəkə   
yenə    kağız     qələmlə   bölüşürəm     ürəyimin    döyüntüsün . Masmavi   
səma  da   bu   gün   başqadı . DAN   YERİNİN     qətrə - qətrə   necə   
söküldüyünü   izləyirəm . Hər   yan   yenicə   doğan   günəşin    al   
şəfəqlərinə   bürünüb . Ruhuma   damla - damla   süzülən   AZAN   səsinin 
hüzuru   təbiətin   bu   əvəzolunmaz    gözəlliyini    daha   da    ülviləşdirir .

        Xəyallar    dumanı    sarıb   dördyanımı . Şirin   arzular   gözlərimin 
nurunda    dil   açaraq ,  qəlbimi    sətirlərə   köçürə - köçürə    mənimlə 
həmsöhbət    olub . Dərin    sükut     içində    qələmim   ağ   kağızlarla    
danışır . Səhərin   həzin   nəğməsindən    süzülən    ümid   dolu   ahəng    
bəyaz     vərəqlərin    köksündə  karvan    tək     yola     çıxan    könül   
duyğularımın   yoluna ,  sanki    bir  işıq  tutur...    
       " Bir   yol    gedirik   səssiz - səmirsiz .  Bir    yol    gedirik    dünəni   
bəlli ,  SABAHLARI     bir    tapmaca .  Anbaan    addımlarımızla    
qısaltdığımız   bu    yol ,  TALE    YOLLARIDIR ... "

                                                       
                                                          YAQUT    HÜSEYNOVA