Həzin səhər küləyi əsir . Ağuşuna sığındığım salxım söyüdlər tək
sənin adını pıçıldadı mənə .Tək SƏNİN ADINI ! Söyüdlərlə
əhatələnmiş nohurun füsunkar mənzərəsini içimə çəkə - çəkə
yenə kağız qələmlə bölüşürəm ürəyimin döyüntüsün . Masmavi
səma da bu gün başqadı . DAN YERİNİN qətrə - qətrə necə
söküldüyünü izləyirəm . Hər yan yenicə doğan günəşin al
şəfəqlərinə bürünüb . Ruhuma damla - damla süzülən AZAN səsinin
hüzuru təbiətin bu əvəzolunmaz gözəlliyini daha da ülviləşdirir .
Xəyallar dumanı sarıb dördyanımı . Şirin arzular gözlərimin

nurunda dil açaraq , qəlbimi sətirlərə köçürə - köçürə mənimlə
həmsöhbət olub . Dərin sükut içində qələmim ağ kağızlarla
danışır . Səhərin həzin nəğməsindən süzülən ümid dolu ahəng
bəyaz vərəqlərin köksündə karvan tək yola çıxan könül
duyğularımın yoluna , sanki bir işıq tutur...
" Bir yol gedirik səssiz - səmirsiz . Bir yol gedirik dünəni
bəlli , SABAHLARI bir tapmaca . Anbaan addımlarımızla
qısaltdığımız bu yol , TALE YOLLARIDIR ... "

YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment