Sus ... Qoy , qəlblərimiz danışsın . Qoy , gözlərimiz danışsın
ikimizin yerinə . Qoy , gözlərimizdə qığılcım kimi doğulub
GÜNƏŞ tək parlayan arzularımız danışsın ! Dodaqlarımızdakı gülüş
bölüşsün SEVGİ DÜNYAMIZI . Qoy , bu lal sükutu könlümüzü
layla həzinliyilə oxşayan məhəbbət yeli pozsun . Qaranlıq
gecədə bərq vuran ulduzlara dönsün ümidlərimiz . SEVGİ
yağmurlarında birgə addımladığımız yollarda TANRININ
xeyir - duasıyla nurlansın ülfətimiz . SEVGİ hekayətimizin
ömrü yağan yağmur damlalarının sayı qədər SONSUZ
olsun . ƏBƏDİ EŞQ adlı səfərə çıxaq . Və bu yol
fani dünyamızla əbədi həyatımızı - axirətimizi birləşdirəcək
sirat körpüsünə çevrilsin .
Göylərə açılan əllərimiz etdiyimiz duaların nuruyla
qabarlansın . Maddi varlıq olmaqdan qaçaq . Mənəviyyat
əbədiyyətinə varaq . Cəhalət bataqlığında deyil , SEVGİ dənizində
azaq . İKİ DAMLA tək yox olaq , səadət dalğalı sevda
dənizində . Sultan Süleymana qalmayan , yalanlar içində
alovlanan fani dünyadan əl çəkib , ilahi eşq aləminin
sonsuzluğunda var olaq . Açıb gözlərimizi diqqətlə baxaq ,
YER ÜZÜNƏ . Aldanmayaq , beş günlük dünyanın
cah - cəlalına . Saf niyyətlərlə zinətləndirək qəlbimizi ,
xeyirxahlıqla sətirləndirək əməllər kitabımızı .
Həyatın son nöqtəsi qoyulan məzar daşlarına
diqqətlə nəzər salaq və düşünək . Düşündükcə dərk
edək , yaradılışın mahiyyətini . Aləmlərin Rəbbinə şükr
edək , günahlarımızı , səhflərimizi etiraf tək gözlərimizdən
axan yaşlara düzək . Dünyanın pozulmaz qanununu ,
danılmaz həqiqətini təbəqələşən bəşəriyyətə dönə - dönə
xitab edək :
Ölüm ayağında , axır nəfəsdə ,
HƏYATDAN DOYMUŞAM , deyən olmadı !
Dövləti başından aşsa da yenə ,
KƏFƏNİ XARADAN geyən olmadı !
( müəllif : Yaqut Hüseynova )
Bu yerdə Cibran Xəlil Cibranın həyat haqqında
söylədiklərini xatırlamaq yerinə düşər : - " Mən insanları
sevmişəm ... Mənim qanunumda insanlar üç qisimdir ; bir
qisim - həyatı lənətləyir , bir qisim - ona , " EŞQ OLSUN ! " ,
deyir , bir qisim də onu dərk edir . Birinciləri bədbəxtliyinə
görə sevmişəm , ikinciləri ülətinə görə , üçüncüləri isə
müdrikliyinə görə ... "
Qoy , UCA YARADAN bizləri üçüncülərdən etsin , AMİN !
Mənəvi varidat arzsusuyla , YAQUT VAFİQQIZI !
No comments:
Post a Comment