Deyirsən , lal kimi durmusan , yenə ,
Soruş , gözlərimdən məhəbbətimi !
Qəlbimi qoparıb vermışəm sənə ,
Soruş , ürəyimdən məhəbbətimi !
Göydəki ulduzlar gəlməyir saya ,
Qəlbimdə cücərən arzular kimi .
Gündüzlər Günəşə , gecələr Aya ,
Mən həmdəm etmişəm təmiz eşqimi .
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment