Doğrayıb , çox qəlbi söz yarasıyla ,
Mən belə dünyanın nəyindən küsüm ?!
Ucaldıb namərdi , endirib mərdi ,
Mən belə dünyanın nəyindən küsüm ?!
Yalanı bilinmir , düzü bilinmir ,
Göynəyən gözlərin yaşı silinmir ,
Haqsızlıq önündə lal olub dinmir ,
Mən belə dünyanın nəyindən küsüm ?!
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment