Yazılan taledən qaçmaq olmayır ,
Uyuyub işığı , nuru gözümün !
Kədər də çiçəkdir , ancaq solmayır ,
Uyuyub işığı , nuru gözümün !
Sönübdü gözlərim , yanan qor deyil ,
Şərbətdi giryanım , daha şor deyil ,
Gözüm kor olsa da , qəlbim kor deyil ,
Uyuyub işığı , nuru gözümün !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment