Torpaqdan yarandıq ... Bir gün gələcək ,
Yenidən torpağa dönəcəyik biz !
Boğsaq da dünyanı qaranlıq kimi ,
Məşəllər önündə sönəcəyik biz !
Yaxşılıq eyləyib , qoy , daş altına ,
Nə vaxtsa həmin daş tərpənəcəkdi .
Zəhmətlə yaşa sən , uyma altuna ,
Əməklə ucalan enməyəcəkdi .
Bir sənət seçəndə dərindən düşün ,
Sənətdə sənətkar olmaq gərəkdir !
Beş günlük dünyada yaşa şərəflə ,
Öləndə qəlblərdə qalmaq gərəkdir !
Eşqini dünyaya etmə etibar ,
Leylini Məcnundan ayırdı dünya !
Bağ - bağça söyüddən görməyibdi bar ,
Sazını nalədən düzəldib dünya !
Ölüm ayağında , axır nəfəsdə ,
- " HƏYATDAN DOYMUŞAM ! " - deyən , olmadı .
Dövləti başından aşsa da yenə ,
KƏFƏNİ XARADAN geyən olmadı !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment