Dünyadan 34 yaşında getmış nənəm Zəhranın
əziz xatirəsinə ittihaf etmışəm .
Baxıb məzarına bəmdən ağlaram ,
Yatdığın torpağa qurbanam , ana !
Od olub dünyanın bağrın dağlaram ,
Yatdığın torpağa qurbanam , ana !
Gəlmişəm , ay ana , ziyarətinə ,
İnsaf et , oyan sən , baxım üzünə ,
Bu şikəst ürəyim möhtac sözünə ,
Yatdığın torpağa qurbanam , ana !
Çiçəkdən hörülən çələng olaydım ,
Qəbrinin üstünə kaş qoyulaydım ,
Solub torpağına mən qarışaydım ,
Yatdığın torpağa qurbanam , ana !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment