Bax , səslənir birinci zəng ,
Dəcəlliyin sona yetir .
Məktəblisən , dünyan qəşəng ,
Həyat səni təbrik edir .
Çiynindəki çantan ağır ,
Körpə quzum , gücün çatmır .
Üz - gözündən sevinc yağır ,
Elmə gedən yol qurtarmır .
Əlindəki qızılgüllər ,
Məktəbinə salamındı .
Şagird ömrü - qızıl günlər ,
Vətən - ilkin kəlamındı .
İlk müəllimən , səni quzum ,
Qarşılayır gülə - gülə .
Bu gün sənə budur arzum :
- " Elm bağında dön bülbülə ! "
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment