Dəli külək əsir . Yağmur öz həzin nəğməsini damla - damla
ürəyimin hər döyüntüsünə köçürür . Narın damlaların altında
düşüncələrim , sanki cilalanır , ruhum rahatlıq tapır . Rüzgarları ,
yağmurları , bir də dənizi çox sevirəm .
Yağmurlu yollarda adlaya - adlaya yenə də ürəyim SƏNİNLƏ
həmsöhbət olub . Yenə qəlbimdəki təmiz sevginin al şəfəqlərinə
boyanıb, həsrətli yollarda azıb qalan gözlərim . Yollar , bəlkə də
SƏNİ gözləməkdən yorulub - usanacaq . Mənsə əsla . Əbədi
duyğularımı misralara düzə - düzə SONSUZLUQDA yox oldum .
Amma çox xoşbəxtəm . Çünki bu " yoxluq " ƏBƏDİYYƏTƏ
VARMAQDIR !
Yağan yağmur damlalarına qarışıb göz yaşlarım . Yağ ,
sevgi yağışım , yağ ! Qoy , həsrətdən cadar - cadar olmuş
qəlb torpağımda min ARZU , bir ÜMİD cücərsin . İşıqlansın ,
ömür karvanımın adladığı enişli - yoxuşlu yollar ...
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment