Hayana baxıram səni görürəm ,
Həsrətdən telimə çələng hörürəm ,
Divanə könüllə ömür sürürəm ,
Qayıt , gəl , ömrümə , qayıt , sevgilim !
Nədir üzündəki küskün baxışlar ,
Bu hüsnün qəlbimə kədər bağışlar ,
Fələklər qisməti yazar , naxışlar ,
Qayıt , gəl , ömrümə , qayıt , sevgilim !
İçimdə nə qədər ağrı - acım var ,
Kədərdən qurulan taxtım - tacım var ,
Sevginə əbədi ehtiyacım var ,
Qayıt , gəl , ömrümə , qayıt , sevgilim !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment