Mən ötən hər anı , günü sayarkən ,
Yazdın son məktuba : - " Yoxsan mənimçin ! "
Hər yerdə , hər yanda səni ararkən ,
Yazdın son məktuba : - " Yoxsan mənimçin ! "
Bir mizrab olmusan könül tarıma ,
Çevrildin baharda sevgi qarıma ,
Sən nöqtə qoyaraq arzularıma ,
Yazdın son məktuba : - " Yoxsan mənimçin ! "
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment