Son görüş günündən illər ötübdü ,
Sinəmdə intizar , həsrət bitibdi ,
Sevincim kədərdə , qəmdə itibdi ,
Sən təmiz sevgimi nəfsə dəyişdin !
Hicran mənzilinə yetişdi qəlbim ,
Tükəndi dözümüm , tükəndi səbrim .
Xatirə içində qazıldı qəbrim ,
SƏN təmiz sevgimi nəfsə dəyişdin !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment