Atalarımızdan bizə belə bir söz mənəvi miras qalıb : - " Özgəsinə quyu qazan özü düşər." Əsrlərin , qərinələrin deyimlərdə və atalar sözlərindəki həqiqətini hər zaman HƏYAT özü təsdiq edib . Molla Nəsrəddin demişkən , " Quyunu qazanda dərin qazma !!! " Ay Molla əmi, sən , nə qədər başa saldın ki , dayaz qaz quyunu . Nə eşidən oldu , nə də başa düşən . Daha doğrusu , başa düşmək istəmədilər . Amma çox sonra başa düşdülər . Onda da artıq
gec idi ! Bax , burda yenə rəhmətlik ata - babalarımızın daha bir sözünü xatırladım : - " Böyük sözünə qulaq asmayan mələr qalar . " Həqiqətən, mələr qalır . Zamanında quyu qazanlar murdar xislətlərinə aldanaraq , quyunu azğınlaşaraq daha da dərin qazmasaydılar , bəlkə də sonra quyunun zülmət saçan dibindəki mələrtilərini kimsə duya bilərdi . Köməklərinə gələn olardı ki , xisləti şeytani hissləriylə yazıqlaşanlara " SƏN İNSAN OLARAQ YARADILDIN ! " fikrini bir də anlatsın .
Özgəsinə quyu qazanın hədəfi yalnız və yalnız ÖZÜDÜR . Çünki nahaq əlindəki ölümsaçan silahıyla haqq , ədaləti hədəf seçsə də , hər zaman öz gülləsiylə özünü darmadağın edib !
QUYU QAZMAQ ... Adına " müasir " dediyimiz dünyanın , əfsuslar olsun ki , dəbdən düşməyən dəbidir . Bu dəbi mənəviyyatına , xislətinə geydirənlər də milyonlarladır . Bəlkə də bu prizmadan yanaşsam , təbəqələşən cəmiyyətimizin eyniləşən məqamı , məhz bu DƏBDİR ! Yenə Molla Nəsrəddin jurnalının sətirlərinə qayıdır düşüncələrim . Çünki çözməyə çalışdığım mövzunun ətrafındakı fikirlərimə onun sətirlərindəki həqiqətdə aydınlıq hopur . ALLAH qəni - qəni rəhmət eləsin , MİRZƏ CƏLİLƏ ! O yazırdı : - " Quyu qazma , ağac ək ! Bəlkə , ay nadan , TORPAĞI tanıyasan ! " TORPAĞI TANIMAQ , ona yaxın olmaqdan başlayır . Elə insanlığa gedən yol da əllimizə götürəcəyimiz BİR OVUC TORPAQDAN başlayır . Bir ovuc torpaqdan başlayan İNSANLIQ , HƏYAT , İLAHİ EŞQ elə bir ovuc torpaqda da SONA qovuşur . Üstündə dayandığımız qara torpağa elə addımlarla iz salaq ki , sonda dönəcəyimiz bir ovuc torpağı VƏTƏN özünə YAD SAYMASIN !
Atalarımızdan qalan gözəl bir fikirlə başladım yazımı . Ümumiyyətlə, xalq
deyimləri mənsub olduğu xalqın kimliyini sübut edir , onun hansı əqidəyə , hansı məsləyə etiqadını göstərir və hansı amallar uğrunda yaşadığından söhbət açır . Deməli , atalar sözləri hər bir millətin iç üzünə ayna tutan başlıca məqamdır. Bu yerdə mənfur düşmənlərimizin bir deyimini vurğulamaq istəyirəm:-" Harada günün yaxşı keçirsə , ora sənin vətənindir . "Dünyaya qondarma erməni soyqırımını təsdiqlətməyə çalışan , böyük Ermənistan yaratmaq xülyasıyla yaşayan, " QARABAĞ erməni torpağıdır " cəfəngiyatını reallaşdırmaq üçün addımlar atan daşnaklar özləri özlərinə öz deyimlərində belə quyu qazırlar!!! Ən dəhşətlisi də elə budur !!!
Hərdən düşünürəm ki , hələ neçə - neçə YUSİFLƏR keçəcək görən səndən , ey DÜNYA ?!
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment