-19 il yaşadı, cəmi 19 il. 19 illik ömrü sanki on doqquz saniyə gəldi mənə. Bir göz qırpımında ömrümüzdən gəldi, getdi. Hələ də yoxluğuna inanmıram. Gözlərim qapıya dikilib. Elə bilirəm bir gün qapımızı yenidən gülər üzüylə döyəcək. O anı yaşamaq üçün nələri verərdim, nələri... Kaş o anı bir daha, özü də bir ömür boyu yaşaya biləydim. Onun çiyinlərində son mənzilə getmək ən böyük arzum idi. Oğlumun çiyinlərində qəbr evinə huzur dolu ruhla yola salınmaq qəlbimin ən gözəl köşəsində yuva qurmuşdu. Amma tərsinə oldu. Oğlumun ağ kəfənə bükülmüş nəşini qucaqlamaq alnıma yazıldı. Çox çətin və ağır kədərdi. Bu ağrını daşımaq, onun kölgəsində ömür yolunu addımlamaq əzab versə də, hər zaman onunla fəxr edirik, qürur duyuruq. Məftun tək bizim yox, VƏTƏNİN oğlu oldu. Şəhidlik zirvəsinə ucalaraq azadlıq, VƏTƏN uğurunda gənc ömrünün fəda edən mücahid kimi qəlblərdə ölümsüzlüyə qovuşdu.
Səfayə ana oğlu Məftun Osmanov haqqında danışdıqca gözlərindən axan yaşlar hər kəsi kövrəltdi. Bir qədər əlindəki şəklə baxıb, dərindən köks ötürüb sözünə davam etdi:
-Məftun
ilk övlad sevincimiz idi. 1973-cü il may ayının 18-də dünyaya göz açmışdı.Hər
bir ana kimi mənim də ürəyimdə övladımı qucağıma aldığım gündən min bir arzu
doğuldu. Onunla birlikdə böyüdü bu arzular. Elə Məftunla da birgə məzara baş
qoydu. Heç biri məni dinləmədi, səsimi, fəryadımı eşitmədi. Nə oğlum, nə də
arzularım. Öz dünyası vardı. Sakit, səssiz-səmirsiz dünyası. Heç vaxt
arzularından, məqsədlərindən danışmadı. Gözəl təhsil almaq istəyirdi. Mütaliəni
çox sevirdi. Onun oxuduğu, vərəqlədiyi, əllərinin qoxusu hopan bu kitablar,
sanki bir nur kimi oğlumun yoxluğunun qəlbimizdəki ağrısının qaranlığını
aydınladır. Məftunu birinci sinifə apardığım gün çox sevinirdim. Arzum gözəl təhsil alaraq
əsl vətəndaş olmasını görmək idi. Dərslərini yaxşı oxuyurdu. Yeddinci sinifə qədər
4 saylı orta məktəbdə oxudu. Sonra 20 saylı orta məktəbin şagirdi oldu və orta
təhsilini əla qiymətlərlə başa vurdu. Bu gün adı çəkilən məktəb oğlumun adını
daşıyır.
Səfayə
ananın yenidən gözləri doldu. Stolun
üstündəki xatirə dolu anları sərgiləyən şəkil albomunu vərəqlədi. Söhbəti şəhidin
atası Əlövsət Osmanov davam etdirdi:-“ TANRI bizə dörd övlad payı verdi. İlkimiz Məftun
idi. Ceyhun, Zahidə və Samirə qızımız. Şəkil albomumuzda bir şəkil qəlbimizdəki
ən dərin yaradı. Məftunla Ceyhunun birgə yeganə şəkli. Hər dəfə o rəsmə baxanda
nələr çəkdiyimizi bir ALLAH bilir. Ceyhun on ay yaşadı.
Məftunun varlığı bizi çox ovundudrurdu. Məktəbi bitirdikdən sonra 1990-cı ildə Əli Bayramlı şəhər 28 nömrəli orta Texniki Peşə məktəbində avtomobil təmiri-çilingəri kursunu oxudu. Hətta işə də düzəlmışdi. 1992-ci ildə Lvov(Ukrayna ) şəhərinə əsgərliyə yollandı. Üç ay orada xidmət etdi. O zaman Qarabağda qızğın döyüşlər gedirdi. Məftun VƏTƏNƏ qayıtdı. Biləcəridə 15 gün təlim keçdikdən sonra 1992-ci il martın 24-də Füzuliyə xidmət etmək üçün getdi. Çox narahat idik. Hər gün cəbhədən qara xəbər gəlirdi. Nə qədər etdiksə, geri dönmədi. VƏTƏN sevgisi, sanki gözlərinin nuruna dönmüşdü. 1992-ci il may ayının 18-də ilk dəfə idi ki, Məftunun doğum gününü onsuz qeyd edirdik. Mayın 29-zu evə gəldi, 31-i qayıtdı. Dinə çox bağlı idi. “ QURAN “ dərslərinə gedirdi. Müqəddəs kitabımızı səlist oxuyurdu. Elə vaxt olurdu ki, naharını tez çantaya yığıb dərsə tələsərdi. Deyirdi ki, müəllimimlə birlikdə nahar edəcəm. “ QURANİ-KƏRİM” kitabı, gitara, şəkillər və onunla bağlı saysız xatırələr... Bizi ovudan, məhz budur...

Gitarada gözəl ifa edirdi. Çox vaxt qəmli mahnılar çalardı. Dərin xəyallara dalardı, gözləri hey yol çəkərdi. 1992-ci il iyunun 9-zu idi. Mən işdə idim. Onun şəhid olduğu xəbərini aldım. Sanki dünya başıma uçdu. Məftun Şirvan şəhərinin Qarabağ uğurunda gedən döyüşlərdə həlak olan üçüncü ŞƏHİDİ oldu. Oğlumun bir dostu vardı, MÜBARİZ. O da cəbhədə idi. Məftunun yasına gəlmişdi, qəbul edə bilmirdi dostunun yoxluğunu. İnanın bu haqda danışmaq mənim üçün çox ağırdı. Heç bir ay çəkmədi ki, MÜBARİZ də döyüşlərin birində həlak oldu. Belimiz ikinci dəfə büküldü, bu dəfə bir dəfəlik. Məftundan sonra MÜBARİZİN varlığında təsəllimizi tapırdıq.
Şəhidin
bacısı Zahidə Süleymanova qardaşı haqda yalnız bunları deyə bildi:-“ Məftun
yaşayır, yaşayacaq da. Onun yasında anamın dili tutuldu. Düz iki ay anam sükut
içində yollara baxaraq, göz yaşı tökdü. Heç vaxt unutmaram. Qardaşım ilk maaşını
alanda anama, bacıma və mənə kiçik hədiyyə almışdı." Göz yaşları Zahidə xanımın
xatirələrini dilə gətirməyə aman vermədi.
Kiçik bacısı Samirə Qəmbərova qardaşına həsr etdiyi “ MƏFTUN “ adlı şeiriylə qəlbindəkilərini söylədi. Onu da qürurla qeyd etdi ki, bu gün qardaşımın adını daşıyan 20 nömrəli tam orta məktəbdə bir müəllim kimi çalışıram, övladlarımızda bu məktəbdə təhsil alır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRƏ RƏHMƏT ELƏSİN !
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment