Fərq isə duyuldu, SƏNLƏ MƏN KİMİ!
Üç nöqtə qoyuldu söz axırında,
Fərq isə duyuldu, SƏNLƏ MƏN KİMİ!
İzimiz üst-üstə düşdü hər səhər,
Boğdu qəlbimizi boğdu, qəm-qəhər,
Həyatda qalmaqçın güldük birtəhər,
Fərq isə duyuldu, SƏNLƏ MƏN KİMİ!
Sanırdım, yoxluğum incidər səni,
Vicdanın cəllad tək dindirər səni!
VURDUĞUN YARADA axtarsan MƏNİ,
Fərqi də duyular, SƏNLƏ MƏN KİMİ!
Dəyişdin torpağın gözümdə rəngin,
Getdiyin cığırın zahiri "zəngin",
Dediyin sözlərin, vurduğun zəngin,
Fərqi də duyuldu, SƏNLƏ MƏN KİMİ!
Bəndəsi olsaydın, EŞQ adlı DİNİN,
Sürərdin səfasın hər ayəsinin,
Ayrılıq gətirən "BİZ" kəlməsinin,
Fərqi də duyuldu, SƏNLƏ MƏN KİMİ!
Baxışlar sevgidən danışan zaman,
Ümidim dil açdı, itəndə güman,
Tək bunu yaşamaq istədim, ancaq
QƏLBİNDƏ SƏN KİMİ, SƏNDƏ MƏN KİMİ!!!
No comments:
Post a Comment