Hər günüm adınla bağlı....
ATAM uşaqlıqdan, sanki məni öz yeri üçün hazırlayırdı. Rus dilində mükəmməl danışırdı. Ali təhsilli deyildi. Amma tarixi mən ondan öyrəndim. Bəli, ATAMDAN. Həmişə dediyi bir sözü vardı:-"Mənim ölümüm MƏHBUBƏNİN qarşısında olsun. Bir də Yaqut var, ölümdən qorxmuram..." Yatdığın TORPAĞA qurbanam, SƏNİN 😥
Bu gecə röyamın qonağı oldun,
Kaş ki, o yuxudan ayılmayaydım....
Bu gecə röyamın qonağı oldun,
Tutub əllərindən qayıtmayaydım!
Bu gecə röyamın qonağı oldun,
Hirslənib üstümə "gəlmə" söylədin...
Bu gecə royamın qonağı oldun,
Soruşub evmizi, niyə, göynədin?!
Bu gecə röyamın qonağı oldun,
SƏNSİZLİK nə imiş anladım bir-bir....
İstəyim, tezliklə sevincim olsun,
Yanında ÖZÜMƏ AYIRDIĞIM YER!!!
No comments:
Post a Comment