Wednesday, June 12, 2019

"Köçürmək istədik, RƏSMLƏRƏ BİZ!"

ÜRƏYƏ deyil də, GÜLÜŞÜ ancaq,
Köçürmək istədik, RƏSMLƏRƏ BİZ!
HƏYATI tələsik, vaxt itirmədən,
Köçürmək istədik, RƏSMLƏRƏ BİZ!

RƏSMLƏR böyüdü çərçivələrdə,
Bəlkə də umuruq, təsəlli ondan!
Dünyanın həqiqi mənzərəsi bu-
BƏYAZA bükülən RƏSMDİ İNSAN!

Görüntü aradıq, fəqət, bilmədik,
ALLAHIN QƏLBİNDƏ necə biriyik!!!
Dönüb rəsmlərə, fəqət bilmədik,
RUHUMUZ ÖLÜMÜ, yoxsa DİRİYİK!!!



                  


                                                                  Yaqut Hüseynova





No comments:

Post a Comment