asiman qədər dərin və əlçatmaz idi. Ulduzlar səni anlatdı, bu gecə mənə.
Göylərin sükutunu nura qərq edən Azanın sədasında huzura qovuşdu,
"biz" adlı kiçik dünyamız. Deyilməmiş arzularımız, söylənməmiş duyğularımız,
yaşanmamış xəyallarımız, sanki həqiqətə döndü həsrət dolu ürəyimizdə. Ötən
aylar, saatlar, saniyələr belə geri qayıtdı, baxışlarımızın pıçıltısında!
Bəzən saatın əqrəblərini qovmağa çalışdıq, incikliyimiz unudulsun,
küskünlüyümüz bitsin, bəzən əqrəbləri dayandırmaq istədik, sevgimizin
gözlərimizdəki səadəti bitməsin deyə! Bəzən də önəmsəmədik, biganələr
tək izlədik, bizsiz keçən saatların, günlərin axıb gedişini. Qürurumuzu
daha üstün tutduq hisslərimizdən. Əl-ələ verib qəlbimizdəki "biz" arzulu
sevdanı məsum bir qığıltıyla bəzəmək əvəzinə, sevgimizin üzünə ayrılıq
adlı qapını açdıq!!!
YAQUT HÜSEYNOVA
No comments:
Post a Comment